GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Nazirlər Kabinetinin qərarı tənqidlə qarşılanıb - sahibkarların və ekspertlərin rəyləri

Nazirlər Kabinetinin qərarı tənqidlə qarşılanıb - sahibkarların və ekspertlərin rəyləri

Tarix: 6-07-2020, 17:43 Bölmə :Siyasət Baxış: 545
Nazirlər Kabinetinin qərarı tənqidlə qarşılanıb - sahibkarların və ekspertlərin rəyləri


Nazirlər Kabinetinin fəaliyyətinə icazə verilmiş işçilərin sayının 50 faizə endirməsi və əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizə endirilməsi barədə iyunun 25-də qəbul etdiyi qərar sosial platformalarda tənqidlərə məruz qalıb. Ümumilikdə, hökumətin karantin qaydalarını bir çoxları narahatlıqla qarşılayır.

Rövşən Ağayev: İdarəetmə niyə bu gündədir?
İqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, hökumət karantin prosesini idarə edə bilmir.

Yaranmış vəziyyət əsəb və stresi artırır, insanların sağlamlığını qorumaq əvəzinə onların immunitetini azaltmaqla daha təhülkəli vəziyyətlə üzləşdirir.
Rövşən Ağayev, iqtisadçı ekspert


“Qadağan olunmayan fəaliyyət sahələrinin siyahısına düşməyən sahibkarlara elektron icazə verilməməsi, icazə verilmiş insanların icazəsinin az sonra ləğvi, bu məsələrlə bağlı sosial şəbəklərdə qaldırılmış suallara rəsmi şəxslərin adekvat olmayan və qeyri-müəyyən cavabları, çağrı telefonlarında bu tip şikayətləri ünvanlamaq üçün müvafiq düymənin olmaması da bunu təsdiq edir.
Yaranmış vəziyyət əsəb və stresi artırır, insanların sağlamlığını qorumaq əvəzinə onların immunitetini azaltmaqla daha təhlükəli vəziyyətlə üzləşdirir.

Məsləhət xidməti göstərən fiziki şəxs kimi vergi uçotundayam.
Hətta pandemiya dövründə belə vergilərimi və sosial sığortamı ödəmişəm. Amma vergi ödəmək üçün gərək işləyəsən, fəaliyyət azadlığın ola.
Nazirlər Kabineti isə bizim kimi fəaliyyət göstərənləri nə fəaliyyəti qadağan olunan, nə də fəaliyyətinə icazə verilən sahələrin siyahısına daxil edib.
Bunun nəticəsidir ki, indi elektron icazə sistemi bizim müraciəti qəbul etmir, fəaliyyət azadlığımızı məhdudlaşdırır. Təklif edir ki, vergi orqanı ilə fəaliyyət kodumuzu aydınlaşdıraq. Halbuki biz qeydiyyatdan keçmək, VÖEN almaqla zamanında bunu aydınlaşdırmışıq. Sistem bizi rəsmən tanıyır, vergimizi, sosial ödənişlərimizi, hesabatlarımızı qəbul edir - tanımasa bunlardan da imtina edərdi.

Bu təxminən o vəziyyətdir ki, dövlət doğulan uşağı rəsmən tanıyıb şəhadətnamə vermək istəmir. Vətəndaşına şəxsiyyət vəsiqəsi vermir,” o qeyd edib.

Ağayev sual edir ki, `bu idarəetmə niyə bu gündədir?`

“Ona görə ki, peşəkarlar deyil, peşəkar olmayanlar görəvdədir. Bir dəfə ironiya ilə yazmışdım, indi də yerinə düşür: təsəvvür edin ki, Messi səviyyəli futbolçuları atırsan 3-cü liqaya, 3-cü liqanın da oyunçularını gətirib A liqasında oynadıb camaatı onlara baxmağa məcbur edirsən. Deyəcək sözlərin hamısı bitib. Bizim ən yaxşı halda tamaşa edib ya əl, ya da fit çalmağa gücümüz çatır. Sən işləməyə icazə vermədiyin sahibkara yardım da vermirsən, fəaliyyət sərbəstliyi də. Bunun adı nədir?” o yenə sual edir.

Nigar Köçərli: Heç olmasa gündəlik evinə çörək aparan insanları məhv etməyin!
"Əli və Nino" kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli də Nazirlər Kabinetinin qərarını tənqidlə qarşılayıb.

O yazıb ki, karantin dövrü başlayan son 4 ayda heç zaman şikayət etməyib.

Bu səhər heç bir məlumat verilmədən hamının işə çıxmaq icazəsi ləğv olunub. On-line mağazamızda çalışan 20 işçimiz səhər işə gəlsələr də nə sifarişləri çatdıra, nə də evə qayıda bilmirlər.
Nigar Köçərli, sahibkar

“Çünki bizimlə yanaşı bütün dünya ağır günlərini yaşayır. Amma son vaxtlar hökümətin qeyri-adekvat qərarları məni məcbur edir ki, bu fikri mən də söyləyim: bunların məqsədi bizi məhv etməkdir? 4 aydır ki, var-gücümüzlə çalışırıq ki, işçilərimiz evə əliboş getməsin, bir qədər maaş alsınlar. Mağazalar bağlandı, dedik heç olmasa on-line satışla yaşayaq.

Bu səhər heç bir məlumat verilmədən hamının işə çıxmaq icazəsi ləğv olunub. On-line mağazamızda çalışan 20 işçimiz səhər işə gəlsələr də nə sifarişləri çatdıra, nə də evə qayıda bilmirlər. Bütün qaynar xətlər deyirlər ki, iş günü müraciət edin. Bu durumda yalnız biz deyilik, minlərlə digər insanlar da bu tələyə düşüb, cərimələnirlər!

Yoluxmanın qarşısını ala bilmirsiniz. Xəstələri xilas edə bilmirsiniz. Evlərində ehtiyac içində acından ölən insanlara kömək edə bilmirsiniz! Heç olmasa gündəlik evinə çörək aparan insanları məhv etməyin!” sahibkar facebook səhifəsində yazıb.

Asima Nəsirli: Bizimlə də problem yaranıb
Hüquqşünas Asima Nəsirli də Nazirlər Kabinetinin qərarından əziyyət çəkdiyini bildirib.

İcazə sistemi isə icazəni təsdiqləmir.
Asima Nəsirli, hüquqşünas


“Bizimlə də problem yaranıb. Operativ qərargah açıqlama verib ki, Vəkillər Kollegiyasının üzvləri vəsiqə ilə, Kollegiyanın üzvü olmayan hüquqşünaslar isə portaldan qeydiyyatdan keçməklə fəaliyyət göstərə bilərlər. İcazə sistemi isə icazəni təsdiqləmir, deyir ki, hüquq sahəsində fəaliyyət icazə verilən sahəyə aid deyil,” o qeyd edib.

Mikayıl Şükürov: Vergiyə şikayət yazdıq​

Sahibkar Mikayıl Şükürov yazır ki, dünən 4 nəfər üçün müddətini artırdığı icazələr bu gün dayandırılıb.

“Səbəbini heç nəylə izah etmək mümkün deyil. İcazə verilən sahədir, fəaliyyət növündə də, əmək müqavilələrində də, icazə portalında da bir yanlışlığımız yoxdu. Vergiyə şikayət yazdıq. Nə ilə izah edəcəkləri üzərində bayaqdan baş sındırıram,” o qeyd edib.

Paşa Həsənov: Karantin rejimi biz yetim-yesirlər üçündür
Ictimai fəal Paşa Həsənov yazır ki, insanlar hələ də nəyin mübahisəsinin getdiyini anlamır.

“Hoteldə olanların videosunu (dünən Bakıda hotellərin birində imkanlı insanların hovuzda başınd aistirahət etdiyi barədə video yayılıb-red) yəqin gördünüz. Anlayın, gözəl insanlar bütün sərt karantin rejimi biz yetim-yesirlər üçündür. Konkret feodal dövlətdə yaşayırıq,” ictimai fəal qeyd edib.

İbrahim Məmmədov: Nümayəndə kimi çıxış edənlər portalda qeydiyyatdan keçməlidirlər
Öz növbəsində, Nazirlər Kabineti yanında Operativ Qərargah 21 iyun - 5 iyul tarixlərində ölkənin bir sıra şəhərlərində tətbiq edilən sərt karantin rejimi qaydalarının bəzi bəndlərinə aydınlıq gətirib.

Belə ki, qərarın 1.2.5-ci bəndində vəkillərin xidməti vəsiqə ilə sərbəst hərəkət edə biləcəyi qeyd olunub. 1.3-cü bənddə isə Qərarın əlavəsində fəaliyyətinə icazə verilən şəxslərin icaze.e-gov.az portalında qeydiyyatdan keçməsi nəzərdə tutulur. Həmçinin, qərarın əlavəsinin 10-cu bəndində “Vəkillik fəaliyyəti” qeyd olunub.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bildirib ki, Vəkillər Kollegiyasının üzvləri xidməti vəsiqə ilə hərəkət edə biləcəklər.

“Hüquq məsləhətxanalarında fəaliyyət göstərən, Kollegiyanın üzvü olmayan, amma hüquq sahəsində işləyən şəxslər, nümayəndə kimi çıxış edənlər portalda qeydiyyatdan keçməlidirlər,” o qeyd edib.

Anar Məmmədli: Sahibkarlara maksimum imkan yaradılmalıdır
Siyasi məsələlr üzrə ekspert Anar Məmmədli hesab edir ki, indiki çətin dövrdə hökumər sahibkarlara maksimum imkanlar yaratmalıdır.

Hazırda vacib məsələ sərt karantin rejiminin yumşaldılması, insanların açıq havada gəzintisinə qadağaların götürülməsidir.
Anar Məmmədli, siyasi ekspert

“Əgər ölkədə ictimai səhiyyə xidməti Avropa standartlarına orta səviyyədə cavab versəydi, məmnuniyyətlə karantin rejiminin ləğvinə çalışar, bu yöndə ictimai təşəbbüsləri dəstəkləyərdim. Amma milli səhiyyə sistemi o qədər inkişaf etməyib ki, bu tələbə qoşulum. Hazırda vacib məsələ sərt karantin rejiminin yumşaldılması, insanların açıq havada gəzintisinə qadağaların götürülməsi, aztəminatlı ailələrə sosial dəstəyin artırılması, onlayn satış və çatdırma ilə məşğul olan sektora, həmçinin fərdi sahibkarlara maksimum imkanların yaradılmasıdır,” o qeyd edib.

Zahid Oruc: Sahibkarların tənqidi mövqeləri məruz qaldıqları şəraitlə bağlıdır
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc Amerikanın Səsinə müshaibəsində bildirib ki, insanların həyat və fəaliyyətinə, aktivliyinə təsir edən, bu və ya digər şəkildə yaranmış ağır şəraitdən çıxış strategiyasını özündə ehtiva edən qanuni yollarla yumşalma rejimini nəzərdə tutan reseptlər olmalıdır.

Sahibkarların çağırışları ən müxtəlif səviyyədə qiymətləndirilməyə layiqdir. Yaranmış şəaritdə hökumətin yükünü azalda bilən alternativ tədbirlər, yumşalma addımlarına gedilməlidir.
Zahid Oruc, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri

“Hesab edirəm ki, bir sıra sahibkarların tənqidi mövqeləri onların məruz qaldıqları şəraitlə bağlıdır. Operativ Qərargah buna qədərki dövrdə iqtisadi aktivliyi bərqərar etmək üçün ən müxtəlif, pul-kredit siyasəti, müxtəlif iqtisadi stimullaşdırıcı addımlar, vergi güzəştləri və sairəni həyata keçirməkdə idi. İndi, birdən-birə aktivliyin dayandırılması mövqeyi seçilibsə şübhəszi ki, bu insanların təhlükəsizliynin qorunması məqsədi ilə edilib. Lakin, bir-birnin ardınca verilən qərarların hökumətin bütün strukturları tərəfindən sinxronlaşdırılması və koordinasiya edilməsi tələb olunur. Çox arzulayıram ki, o sahibkarların arzuları nəzərə alınaraq differensial-çoğrafi yanaşma tətbiq olunsun.”

Onun fikrincə, sahibkarlarla bağlı verilən qərarlar hazır reseptin olmaması ilə bağlıdır.

“Bununla yanaşı, onların bu çağırışları ən müxtəlif səviyyədə qiymətləndirilməyə layiqdir. Yaranmış şəaritdə hökumətin yükünü azalda bilən alternativ tədbirlər, yumşalma addımlarına gedilməlidir. Nəzərə almalıyıq ki, Bakı, onun infrastrukturu çalışmayacaqsa qısa bir müddət sonra sosial-iqtisadi ağırlıq koronavirusla paraleldə insanların həyatını bu və ya digər formada təhdid etmiş olacaq.”

Zahid Oruc hesab edir ki, pandemiya ilə əlaqədar dünyanın bütün ölkələrində, o cümlədən Azərbaycanda kəndlərə dönüş başlayıb. Hökumət insanların kəndlərə dönüşünü dəstəkləməlidir.

“Kəndlərə dönənlərin təbii ki, bir qismi geri qayıtmayacaq. İlk dəfə olaraq paytaxtın sosial və infrastrukur yükünw azaltmaq üçün şərait yaranıb. Hökumət insanların kəndlərdə yaşamasını iqtisadi vasitələrlə stimullaşdırmalıdır,” o, Amerikanın Səsinə müsahibəsində bildirib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 650 milyon manatın taleyi bəlli deyil

    650 milyon manatın taleyi bəlli deyil ...

    1-12-2016, 18:59

  • 
  • KİV nümayəndələrinin də fəaliyyətinə icazə veriləcək

    KİV nümayəndələrinin də fəaliyyətinə icazə ...

    19-06-2020, 20:51

  • 
  • Bu şəxslərə icazə verilməyəcək-Rəsmi

    Bu şəxslərə icazə verilməyəcək-Rəsmi ...

    5-07-2020, 18:32

  • 
  • Rövşən Ağayev: Zəngin Azərbaycan və yoxsul Gürcüstanda büdcə müzakirələri...

    Rövşən Ağayev: Zəngin Azərbaycan və yoxsul ...

    20-11-2017, 16:57

  • 
  • Ekspert büdcədə neftin qiymətini 90 dollardan götürməyi yanlış sayır

    Ekspert büdcədə neftin qiymətini 90 dollardan ...

    14-10-2014, 12:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu