GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Tənqidçi alman jurnalistlərinin Bakıya səfəri əngəllənir

Tənqidçi alman jurnalistlərinin Bakıya səfəri əngəllənir

Tarix: 13-09-2013, 11:21 Bölmə :Siyasət Baxış: 677
 Tənqidçi alman jurnalistlərinin Bakıya səfəri əngəllənir

"Der Tagesspiegel"də AzTV-yə gülürlər, “Sərhədsiz Reportyorlar”da isə Eynulla Fətullayevi yenə də müdafiə edər...
Almaniyadakı Azərbaycan səfiri jurnalistlərlə görüşdü, amma...
“Azərbaycan hakimiyyəti barədə tənqidi məqalələr hazırlamış bəzi alman jurnalistlərin prezident seçkiləri ilə əlaqədar Azərbaycana gəlişinə imkan verilmir. Bəzi almaniyalı jurnalistlərə viza verilməsindən imtina olunub. Bunu Almaniyanın "Der Tagesspiegel" qəzetinin siyasət şöbəsinin müdiri Claudia von Salzen hazırda Berlində olan azərbaycanlı jurnalistlərlə görüşündə bildirib.


Xatırladaq ki, Xəbər verdiyimiz kimi, Fridrix Nauman Fondu Azərbaycandan bir qrup jurnalisti Almaniyaya, daha konkret desək, ölkə mediasının qəlbinin döyündüyü Hamburq şəhərinə, eləcə də Berlinə səfərə aparıb.

Səfər heyətində “Yeni Müsavat” qəzetini bu sətirlərin müəllifi, “Azadlıq” qəzetini Aytən Məmmədova, “BizimYol” qəzetini Natiq Cavadlı, APA-nı Şamil Əlibəyli, Mətbuat Şurasını Qadir İbrahimli, Fridrix Nauman Fondunun Bakı ofisini Səbuhi Qafarov və Yanacaq və Energetika Nazirliyinin mətbuat xidmətini Azər Mənsimli təmsil edir.

Görüşlərdə həmçinin Fondun Cənubi Qafqaz layihələrinin rəhbəri Yasmin Pamuk, eləcə də fondun Berlin üzrə nümayəndəsi Sabine Landşaydt da iştirak edir.

“HÖKUMƏT MEDİASININ ALMANİYA HAQDA YAZDIQLARINA ANCAQ GÜLÜRÜK”

C.Salzen bildirdi ki, onun özü də "Eurovision" musiqi yarışması ərəfəsində Bakıda səfərdə olub və Azərbaycan hökumətini tənqid edən məqalə hazırlayıb. Şöbə müdiri dedi ki, bu dəfə seçki ilə əlaqədar Bakıya "Der Tagesspiegel"dən özü yox, başqa əməkdaş göndəriləcək: “Təəssüf ki, mən gedə bilməyəcəm, çünki oktyabrda başqa işim var. Amma çox istərdim ki, gedim”.

"Eurovision" zamanı Azərbaycan hökumətini tənqid etməsindən danışan xanım jurnalist həmçinin vurğuladı ki, ölkəmizlə bağlı təkcə neft və siyasət haqda danışmaq olmaz” deyən jurnalistin fikrincə insan hüquqları, demokratiya sahəsindəki problemlərə göz yummaq mümkün deyil.

Claudia von Salzen həmçinin “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıla qarşı aparılmış qara piar barədə də danışdı. Onun fikrincə, xanım jurnalistin başına gələnlər əslində Azərbaycanda nə baş verdiyinə işıq salır: “Mən Xədicə İsmayılova ilə görüşmüşəm, onun haqqında məqalə də yazmışam. Onun mövqeyi məni qürurlandırır. Mən Azərbaycana baxanda hər şeyi parlaq göstərə bilmərəm. Axı başa düşürəm ki, orada nə baş verir. Siyasət mövzusunda yazan jurnalist tənqidçi olmalıdır”.

Azərbaycanın hökumət mediasında Almaniya əleyhinə aparılan anti-təbliğat kampaniyasına gəlincə, xanım jurnalist dedi ki, bu barədə məlumatlıdırlar: “Hətta bir dəfə süjet vermişdilər ki, guya Frankfurtda polislər etirazçıları döyür, adamlar çadırlar qurublar və s. Biz bu cür şeylərə ancaq gülürük”.

“EYNULLA FƏTULLAYEV YENƏ HƏBS OLUNSA….”

Səfər iştirakçılarının maraqlı görüşlərindən biri də Sərhədsiz Reportyorlar Təşkilatının Berlin bürosunun icraçı direktoru Kristian Meeromla baş tutdu. İki dəfə Azərbaycanda olduğunu deyən təşkilat rəhbəri bildirdi ki, Avroviziya musiqi yarışması zamanı Azərbaycanda çox işləyib və ölkəmiz barədə çox yazıblar. O, söylədi ki, Sərhədsiz Reportyorlar Təşkilatının Berlin ofisi Fransa ofisindən fərqli olaraq kiçik olsa da, qlobal təşkilatdır və axtarışlarını davam etdirir: “Biz azad söz və müstəqil jurnalistika uğrunda mübarizə aparırıq. Azərbaycandakı fəaliyyətimizin də əsas sualı bunlardır. Düzdür, ölkəniz Rusiya qədər böyük deyil. Amma hər şey diqqətdə saxlanır. Hazırda Soçi olimpiadasına hazırlaşan şimal qonşunuzla bağlı kampaniyaya başlamışıq. Əsas istiqamət də internet azadlığıdır”.

Kristian Meron həmçinin dedi ki, təşkilatın alman ofisinin maliyyə mənbələri ianə, üzvlük hesabınadır. Onun sözlərinə görə, təşkilatın 1100 üzvü var. Hər il mayın 3-də 1200 tirajla foto albom çap olunur və dünyanın bütün ölkələrinə yayılır. Albomun qiyməti 12 avodur. Fransa sektoru bu cür 4 albom buraxır: “Biz ölkələrdəki mediaya münasibəti reytinqlər vasitəsilə öyrənirik. Xüsusən də mətbuatın iqtisadi, hüquqi, siyasi təzyiqləri araşdırırıq. Bütün hallarda söz azadlığını müəyyən etmək çətindir”.

K.Meron keçmiş vicdan məhbusu Eynulla Fətullayevlə bağlı suala belə cavab verdi. “O, yenə də həbs olunsa, yenə də müdafiə olunacaq. Baxmayaraq ki, onun bizim haqqımızda son hərəkəti ifrat iddialı idi. Onun materiallarında əsas arqument o idi ki, guya Almaniya və Avropada insan haqları pozulur. Bunu əsas götürərək Sərhədsiz Reportyorları bu problemləri qabartmaqda yox, başqa ölkələrin daxili işlərinə qarışmaqda ittiham etmişdi. Halbuki insan haqları coğrafi məsələ deyil. Onsuz da biz Almaniyada və başqa Avropa ölkələrində insan haqlarının durumu, media ilə bağlı hesabatlar hazırlayırıq. İddia etmirik ki, Almaniyada hər şey yaxşıdır. Ancaq Azərbaycandan fərqli olaraq Almaniyada jurnalistlər istənilən mövzuya müraciət edib, sərbəst şəkildə işləyirlər. Bu da dövlət idarəetməsindən irəli gəlir. Ona görə də Fətullayevin materiallarını hökumətin mövqeyi kimi qəbul edirik”.

“SİZİN HÖKUMƏT AZAD MƏTBUATIN ZƏİF OLMASINDA MARAQLIDIR”

O, bildirdi ki, ildə təşkilata miqrasiya ilə bağlı 15-20 jurnalist müraciət edir. Bunlar daha çox İran, Suriya, Rusiya jurnalistləri olur. Hətta gözlənilmədən Meksikadan da belə müraciət almışıq. K.Meron Azərbaycanda medianın durumunun yaxşı olmadığını, əksinə pisləşdiyini qeyd etdi: “Amma Azərbaycanda başqa ölkələrdən fərqli olaraq birbaşa senzura yoxdur, sadəcə, özünüsenzura var. Biz jurnalistlərin döyüldüyünü bilirik. Məsələn, Socarın mühafizəçilərinin bir jurnalisti döyməsi haqda məlumatlıyıq. Xədicə İsmayıl məsələsi birbaşa senzura deyildi, daha pis idi. Sizin hakimiyyət azad mətbuatın zəif olmasında maraqlıdır. Və bizim hesabatlarımıza 3 formada reaksiya verir: qeyri-mədəni, təzyiqlə və nəhayət indiki apardığı siyasətin davam etdirilməsi ilə”.

Jurnalist heyətinin görüşlərindən biri də Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazovla baş tutdu. Jurnalistlərlə Almaniya və Azərbaycan mediası, hər iki ölkənin media qurumları arasında gedən informasiya “müharibəsi”, habelə bir çox mövzular üzrə danışan səfir bunların yayımlanmasına icazə vermədi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Polislər "Cumhuriyyət" qəzetini mühasirəyə aldı - Fotolar

    Polislər "Cumhuriyyət" qəzetini ...

    14-01-2015, 12:55

  • 
  • Jurnalistlərlə bağlı yeni qayda təsdiqləndi

    Jurnalistlərlə bağlı yeni qayda təsdiqləndi ...

    19-08-2015, 11:22

  • 
  • Azərbaycanlı siyasi mühacir qadın Almaniyanı qarışdırdı

    Azərbaycanlı siyasi mühacir qadın Almaniyanı ...

    10-01-2014, 18:32

  • 
  • Nabranda ayağını itirmiş uşağın Berlinə aparılması üçün xüsusi təyyarə gətirilir

    Nabranda ayağını itirmiş uşağın Berlinə ...

    25-07-2013, 12:08

  • 
  • İsa Qəmbər Tiflisdə Nauman fondunun konfransında çıxış edib – (Fotolar)

    İsa Qəmbər Tiflisdə Nauman fondunun konfransında ...

    20-11-2013, 17:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu