GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » "Ağdamda ölüm-dirim mübarizəsi getdiyi bir vaxtda onlar kreslo bölüşdürürdülər..."

"Ağdamda ölüm-dirim mübarizəsi getdiyi bir vaxtda onlar kreslo bölüşdürürdülər..."

Tarix: 24-07-2020, 01:16 Bölmə :Siyasət Baxış: 645
"Ağdamda ölüm-dirim mübarizəsi getdiyi bir vaxtda onlar kreslo bölüşdürürdülər..."


AXC iqtidarı dönəmində prezident Əbülfəz Elçibəyin köməkçisi olmuş Oqtay Qasımov Ağdamın işğalının 27-ci ildönümündə Əbülfəz Elçibəyin xalqa etdiyi müraciəti özünün facebook səhifəsində paylaşıb.
Xatırladaq ki, həmin müraciəti 27 il öncə Kələkidə olan prezident Əbülfəz Elçibəy imzalamışdı. Beləliklə həmin müraciəti GundemXeber.Az-ın oxucularına olduğu kimi təqdim edirik:

“Əziz həmvətənlərim!

Ermənistan ordusunun Ağdam rayonunu işğal etdiyi bu faciəli günlərdə böyük ürək ağrısı ilə sizə müraciət edirəm.

Azərbaycan dövlətinin aprel-may aylarında apardığı fəal xarici siyasət nəticəsində BMT-nin Təhlükəsizlik Şurası 822 No-li qətnamə qəbul edərək ermənilərin Kəlbəcəri işğalını pislədi və qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etdi. Bu qətnamənin həyata keçirilməsi üçün ABŞ-Türkiyə-Rusiya üçtərəfli planı işlənib hazırlandı. Həmin plan imzalandıqdan sonra onun icra vaxtını müəyyənləşdirməkdən ötrü danışıqlara başlandı. Bütün bu müddət ərzində cəbhə xəttində bir dəfə də olsun irimiqyaslı toqquşma qeydə alınmamışdı. Yaranmış sakitlikdən mümkün qədər əlverişli istifadə etmək üçün biz ordu quruculuğu prosesini sürətləndirdik, buraxılmış səhvləri aradan qaldırmağa, müxtəlif mərkəzlərdən idarə olunan qoşun hissələrini vahid nizami ordu şəklinə salmağa başladıq. Yaz hərbi çağırış planı ilk dəfə olaraq 100% yerinə yetirildi, lakin bir əsgər də təlimsiz cəbhəyə göndərilmədi. Qısa müddətdə yeni hərbi təlim mərkəzləri yarandı və orada çağırışçıların döyüş hazırlığına başlandı. Lakin iyunun 4-də Gəncədə hökumətə tabe olmaqdan imtina etmiş hərbi hissənin qiyamından sonra bəzi xarici dövlətlər tərəfindən də dəstəklənən qüvvələr respublikada daxili vəziyyəti pozmağa çalışdılar və qarşılarına qanuni prezidenti devirmək məqsədi qoydular. Nəticədə başladığımız bir çox işlər kimi ordu quruculuğunda gedən proseslər də yarımçıq qaldı. Azərbaycanda vəziyyətin qarışmasından istifadə edən ermənilər öz işğalçılıq niyyətlərini davam etdirmək imkanı əldə etdilər və Ağdam üzərinə irimiqyaslı hücuma keçdilər.

İyunun 24-də Milli Məclis pespublika prezidentinin səlahiyyətlərini Ali Sovet sədrinə həvalə etmək haqda konstitusiyaya zidd olaraq qərar qəbul etdi. Bunun ardınca S.Hüseynov Baş Nazir təyin edildi. Hakimiyyəti zor gücünə ələ keçirmiş qüvvələr bütün səylərini torpaqlarımızın qorunmasına yönəldəcəklərinə söz versələr də cəbhə bölglərində yerləşmiş rayonların müdafiəsi üçün ciddi tədbirlər görmədilər. Bizim çox böyük zəhmət hesabına yaradıb xüsusi təlim keçdiyimiz hərbi hissələr AXC batalyonları adı ilə tərksilah edilib buraxıldılar. Nəticədə bir il bundan əvvəl azad etdiyimiz Ağdərə, bundan sonra Füzuli rayonunun ona qədər kəndi və ermənilərin hücumlarına 5 il mərdliklə sinə gərmiş Ağdam şəhəri işğal olundu. Şəhərlərimizin və kəndlərimizin müdafiəçilərinə lazımi kömək göstərilmədi, respublikanın rayonlarında soyğunçuluqla və icra hakimiyyəti başçılarını silah gücünə devirməklə məşğul olan “yeni rejimin tərəfdarları” döyüş bölgələrinə göndərilmədi. Halbuki qiyamçıların əlində kifayət qədər canlı qüvvə və xüsusilə hərbi texnika var idi. Amma onlar Ağdamda ölüm-dirim mübarizəsi getdiyi bir vaxtda Bakıda vəzifə kreslolarını bölüşdürməklə və öz siyasi rəqiblərini aradan götürməklə məşğul olurdular.

Bununla belə bir fikri hamıya çatdırmaq istəyirəm: mən həmişə bütün müvəffəqiyyətsizliklərin günahını yalnız özümüzdə axtarmağın, hər bir uğursuzluğu xəyanətlə izah etməyin əleyhinə olmuşam. Düşmən güclü və məkrlidir. Onun arxasında hər tərəfdən xarici ölkələrin imperiyapərəst xülyalarla yaşayan siyasi və hərbi dairələri, digər tərəfdən isə Zaqafqaziyada gedən müharibələrdən böyük mənfəət əldə edən iqtisadi qüvvələr dayanır. Lakin zor işlədib Bakıda hakimiyyəti ələ almış yeni rəhbərlər siyasi qüvvələr arasında nifaq salmaqla, ordunu parçalamaqda davam etməklə ölkəmizin müdafiə qüdrətini daha da sarsıdır. Və belə bir daxili siyasət Azərbaycanın başına hələ çox fəlakətlər gətirə bilər. Heç bir hakimiyyət davası torpaqlarımızın hesabına aparıla bilməz. Millət qarşısında əsl cinayət budur. Mən hakimiyyət hərislərindən gələcək nəsillərin lənətindən qorxub düşmən dəyirmanına su tökən əməllərindən çəkinməyi tələb edirəm. Mən Azərbaycan ordusunun əsgər və zabitlərini siyasi oyunlara qoşulmamağa, yalnız bir məqsədə-vahid qüvvə şəklində birləşib vətən torpaqlarını erməni işğalçılarının işğalından xilas etmək məqsədinə xidmət etməyə çağırıram. Bütün tərəfdarlarımı öz səylərini ilk növbədə xarici düşmənə qarşı siyasi və hərbi yollarla mübarizəyə səsləyirəm.

Azərbaycan Respublikasının prezidenti kimi mən qəti əminəm ki, xalqımız öz sözünü deyəcək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda uzun illər apardığımız mübarizə bütün maneələrə baxmayaraq qələbə ilə nəticələnəcək.”

24.07.1993-cü il
Ordubad, Kələki
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Elçibəyin köməkçisindən sərt cavab – “Atdığın iftiranı…”

    Elçibəyin köməkçisindən sərt cavab – “Atdığın ...

    26-05-2016, 16:58

  • 
  • Əbülfəz Elçibəyin anadan olmasından 82 il ötür

    Əbülfəz Elçibəyin anadan olmasından 82 il ötür ...

    24-06-2020, 11:35

  • 
  • Əbülfəz Elçibəyin vəfatından 17 il ötür

    Əbülfəz Elçibəyin vəfatından 17 il ötür ...

    22-08-2017, 10:46

  • 
  • Elçibəyin Kələkiyə qəfil gedişinin səbəbi - VİDEO

    Elçibəyin Kələkiyə qəfil gedişinin səbəbi - VİDEO ...

    19-06-2018, 16:04

  • 
  • ​Türkiyə prezidentinin köməkçisi: "Ermənistan həyasız şəkildə beynəlxalq hüququ pozur"

    ​Türkiyə prezidentinin köməkçisi: ...

    26-12-2018, 12:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu