Üçrəngli bayraq altında islama vurulan zərbə, yaxud konstitusiya ilə təsbit olunmuş insan haqları necə pozulur? Avropanın bir çox ölkələrindən və Türkiyədən sonra islam simvollarına qarşı Azərbaycan cəmiyyətində də açıq mübarizə başladı. Azərbaycan cəmiyyətində, yəni o cəmiyyətdə ki, əhalisinin doxsan faizindən çoxunun müsəlman olduğu etiraf edilir. Məhz o cəmiyyətdə ki, ölkə prezidenti öz prezidentlik fəaliyyətinə başlayanda Konstitusiya ilə yanaşı İslam dinin müqəddəs kitabına, yəni Qurana da and içir. Maraqlıdır ki, islam dininin əsas atributlarından biri olan hicaba qarşı açıq-aşkar mübarizə “dünyəvilik” pərdəsi altında aparılır. Ölkəmiz müstəqillik əldə etdikdən sonra azadlıq qazanan ənənələrdən biri də dini adət-ənənələrin icrası idi. Sovet dönəmində dini ayinlərin icrasına ciddi məhdudiyyət vardı. Ancaq müsəlman ölkəsi olaraq müstəqil Azərbaycanda dini amilə geniş yer verildi. Məhz bu baxımdan da əksər ekspertlər hesab edirlər ki, müsəlman ölkəsində bəzi şagirdlərin təhsil müəssisələrinə getməsi normal qarşılanmalıdır. Hazırda ölkədə dini ayinlərə ciddi əməl edən dindar ailələr formalaşmaqdadır. Bu baxımdan da onlar dini qayda-qanunlara əməl etmək məcburiyyətindədirlər. Hicaba gəldikdə isə bu, sırf dini tələblərdən hesab olunur. Hətta "Qurani Kərim"də bununla bağlı surə var. Vətəndaşlar da bu amili rəhbər tutaraq ailələrində hicab məsələsini önə çəkirlər. Qeyd edək ki, hicab məsələsi Türkiyədə də ciddi qalmaqal yaratmışdı. Vətəndaşlar tələb edirdilər ki, ABŞ kimi böyük bir xristian ölkəsində müsəlmanların təhsil müəssisələrinə hicabla getməsinə qadağa qoyulmadığı halda, Türkiyə kimi müsəlman ölkəsində bu qadağanın qoyulması qəbulolunmazdı. Belə bir şəraitdə Ərdoğan hökuməti xalqın rəyini nəzərə almaq zorunda qaldı. Türkiyədə təhsil müəssisələrindəki hicab qadağası aradan götürüldü. Bunu Türkiyənin islamçılığa qayıtması kimi dəyərləndirənlər olsa da, xalq müsəlman ölkəsi olduğunu bir daha ortaya qoya bildi. Hazırda ölkəmizdə bu məsələ ilə bağlı yaranmış qalmaqalın da bir hüquqi həlli olmalıdır. Bəzi ekspertlər də bunun hüquqi həllinin vacibliyini vurğulayırlar. Sovet dönəmindən fərqli olaraq, indiki halda bu sahədə müəyyən güzəştlər olmalıdır. Hazırda qadağaların bu qədər sərt olması da düzgün deyil. Bundan əlavə, Təhsil Nazirliyi valideynlərin bir sıra haqlı tələblərini də normal qarşılamalı, bu sahədə ciddi addımlar atmalıdır. Çünki hicab məsələsinin qadağası ilə görüntü yaratmaq problemin həlli deyil. Bu gün təhsil sistemində ciddi islahatlara ehtiyac var. Sistemdəki çatışmazlıqlar, təhsilin aşağı səviyyədə olması, məktəblilərdən mövsümi "pul" yığımları və sair halların baş alıb getdiyi bir zamanda, yaxşı olardı ki, Təhsil Nazirliyi bu sahədə ciddi işlər görsün. Onu da qeyd edək ki, bu məsələdə dindar ailələrin və hicablı insanların mövqeyi də nəzərə alınmalıdır. Din vicdan azadlığı olduğu üçün insanların bu ayinləri icra etməsinə qarşı çıxmaq ədalətsizlikdən başqa bir şey deyil. Qəbul etsək də, etməsək də biz müsəlmanıq, şərqliyik.
Qadağa heç bir qanunla və ya yazılı sərəncamla müşayiət olunmur Ölkənin təhsil sisteminə gəldikdə isə bu sahədə ciddi çatışmazlıqlar mövcuddur. Həmin problemləri yaradan hicab deyil. Ona görə də hicabdan çıxmaqla problem həll etmək olmaz. Bu gün Qərbdə və elə qonşu müsəlman ölkələrdə kifayət qədər savadlı hicablı qadınlar var. Onların təhsil almasına hicab mane olmadığı kimi, ölkəmizdə də olmayacaq. Təhsilə mane olan bir sıra dırnaqarası qüvvələr var ki, onları aradan qaldırmaq lazımdır. Əhalisinin əksər hissəsinin müsəlman olduğu iddia edildiyi Azərbaycanda hicaba qadağanın qoyulması qəribədir. Birincisi, bu qadağa heç bir qanunla və ya yazılı sərəncamla müşayiət olunmur. Təhsil nazirliyi (keçmiş təhsil naziri) tərəfindən şifahi tərzdə verilən bir göstəriş, yerlərdə bütün məktəb rəhbərlərini, parlamentdə isə xeyli sayda deputatları hərəkətə gətirdi. Birincilər hicablı qızları məktəbə buraxmadılar, ikincilər isə “dünyəvilik” prizmasından belə hüquq pozuntusuna haqq qazandırmağa çalışdılar. Müsəlman qadınların və qızların istifadə etdiyi hicab islam əxlaqının və dini inancın göstəricisidirsə, islam mədəniyyətinə düşmən kəsilən qüvvələr üçün siyasi və iqtisadi təzyiq vasitəsidir. Hicaba qoyulan qadağa fundamental insan hüququnun pozulması kimi cəmiyyətin eyni hüquqlu vətəndaşlarının siyasi və iqtisadi sıxışdırılmasıdır və ciddi siyasi diskriminasiyadır. Təəssüf ki, ona qoyulan qadağanın aradan qaldırılması özünü dünyəvi hesab edən vətəndaşların ciddi müqaviməti ilə üzləşir. Öz dini inanclarına görə, hicab geyinən qadın və qızların vicdan azadlıqlarının simvolu öz hakimiyyətlərini itirməkdən qorxan siyasilər üçün “dini seçim” statusundan “siyasi seçim” statusuna transformasiya edilir. Bu kimin günahıdır? Öz dininə sadiq olan və həyatını dini inanclar əsasında quran sadə müsəlman vətəndaşların, yoxsa cəmiyyəti siyasi qarşıdurmalara sürükləməklə öz hakimiyyətini təmin etməyə cəhd göstərən siyasi qrupların?
Hicaba dəstək verən inanclı insanlar narkotik maddə və odlu silahla həbs edirlər
Azərbaycanda hicab qadağasına qarşı çıxan inanclı insanlar oldu. Daxili İşlər Nazirliyinin ilahiyyatçı Taleh Bağırovu həbs etməsi barədə xəbərləri yəgin ki, hamının yadındadır. Onun üzərindən narkotik maddə və odlu silah aşkarlanaraq götürülüb. O, dindarlar arasında iqtidarı sərt tənqid edən nitqləri ilə məşhur ilahiyyatçıdır. Eləcə də bəzi xəbər saytlarında, yayılan "Facebook" sosial şəbəkəsində müzakirələrə səbəb olan xəbərlər yayıldı: Azərbaycanın Unversitetlərində saqqalı və hicablı tələbələr dərsə buraxılmır, orta məktəblərdə də hicablı qızlar dərs otaqlarından çıxarılır dərsə buraxılmır Zamanla belə hallarla tez-tez rastlaşmışıq: orta məktəblərdə hicaba qadağa, qadağaya etiraz edən Azərbaycan İslam Partiyasının bəzi üzlərinin həbsi...Bir sözlə 100-lərlə inanclı insanlar hicaba dəstək verdiyi üçün hakimiyyətin sifarişi ilə həbsə atıldı. Azərbaycanın ictimai-siyasi həyatı ilə azdan-çoxdan maraqlanan hər kəsin etiraf etməli olduğu bir həqiqət var: hökümətin dindarlarla münasibətləri heç də həmişə birmənalı olmayıb. Ölkənin müxtəlif regionlarında hələ də-XXI əsrdə xeyli məktəbin qəzalı durumda olmasına rəğmən total məscidləşdirmə kampaniyası, prezident İ.Əliyevin vaxtaşırı ölkədə dinin inkişaf etməsinə görə "narahatlıq" ifadə edən fikirlər səsləndirir.Belə çısışlardan sonra dindarların üzərində narkotik "aşkarlaması", axundu saunada tutması, dindarın evindən üşaq yatağından silah-sursat anbarı aşkar etməsini şərh etməyə ehtiyac qalmır. İqtidar dindarlardan real təhlükə hiss edir və ona görə "qara məni basınca, qoy qaranı mən basım" prinsipi ilə hərəkət edir. Ölkədə din baxımından real təhlükə yoxdur. Sadəcə cəmiyyətdə, ələlxüsus gənclər arasındakı oyanışdan diqqəti yayındırmaq niyyətindədir; Avtoritar rejimlərdə dindən istifadə qayət təbii haldır. Dinin reallıqdan daha çox axirətə köklənməsi, üstəlik hüquqsuzluq, savadsızlıq dinin qol-budaq atması üçün münbit şərait yaradır. Sağ-mühafizəkar qanadı təşkil edən islamçıların Qərbə qarşı radikal münasibəti iqtidara oradan gələn istənilən təzyiq qarşısında dayanmaq gücü verməklə bərabər, ondan demokratiya, insan haqları konusunda ciddi islahatlar gözləntisində olan beynlxalq icitmaiyyətə "baxın biz olmasaq onlar olacaq" deməklə canını qurtarmağa imkan verir. Azərbaycanın təhsil müəssisələrində hicaba qadağanın qoyulması Azərbaycan KİV-lərində də müzakirə edilməkdədir. Müsahibələrdə diqqəti cəlb edən əsas məqam ondan ibarətdir ki, mövcud problemin nədən ibarət olduğu ciddi şəkildə gizlədilir. Başqa sözlə desək, adi vətəndaşların vicdan azadlığının kobud şəkildə pozulmasının arxasında hansı siyasi məqsədlərin dayandığı pərdələnir Azərbaycan qanunlarına zidd olan hicab qadağası Azərbaycanda İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatların və Milli Məclis deputatların bu məsələdə seyrçi mövqe tutması, bəzi hallarda isə təhsil nazirinin şifahi verdiyi göstərişi dəstəkləməsi qətiyyən başa düşülən deyil. Beləki,bəzi qadın deputatlar və hüuq müdafiəşiləri zaman-zaman mətbuata aşıqlamarında bildirb ki, valideynləri tərəfindən azyaşlı qızların məktəbə hicabla göndərilməsi qadın hüquqlarının pozulmasıdır. Əgər məsələni milli və dini aspektdən yalnız hüquq aspektinə keçirsək, hüquq müdafiəçisi “hicablılığın” məcbur edilməsini hüquq pozuntusu kimi qeyd edəndə haqlıdır. Lakin “hicabsızlığı” tələb edəndə qətiyyən haqlı deyil. Çünki “hicabsızlığın” tələb edilməsi də eyni dərəcədə hüquq pozuntusudur. Bildirək ki, Azərbaycanda “Dini etiqad azadlığı haqqında” qanun var və hüquqi dövlət olaraq qanunlarımıza riyayət eməliyik. Beləki, İnsan və vətəndaş hüquqlarını dini, əqidə, mənsubiyyətinə görə məhdudlaşdırmaq qadagandır (AR Konstitusiyası maddə 25, bənd 3) Bu gün Azərbaycan bütün dünya ölkələrinə bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafı mövqeyi, əhalisinin etnik tərkibi burada müxtəlif dinlərin mövcudluğuna şərait yaradır. Məlumdur ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının (AR) Qanunu (1992) hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır. Bunun üçün AR Konstitusiyasının 48-ci maddəsinin 2-ci bəndinə nəzər salmaq kifayətdir. Burada çox sadə şəkildə bildirilir: “Hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq hüququ vardır”. Ölkəmizdə əhalisinin 95%-ni təşkil edən müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə Allah qadınlara başlarını bağlamağı buyurur. Bu səbəbdən də İslam dinini qəbu edən qadın bu dinin müqəddəs kitabında yazılanlara əməl etməyə çalışır və bu seçimdə də azaddır. Dini inancına görə başını bağlayan qadınlara baş örtüklərini açmağı məsləhət görmək və ya bu istiqamətdə onlara hər hansı bir yolla təsir etmək onların Konstitusion huquqlarının pozulması deməkdir. Azərbaycanda yaşayan bütün insanların hüquq və azadlıqlarına Azərbaycan Respublikası Konstitusiyası tam təminat verir. Bunun üçün Konstitusiyaya nəzər salmaq kifayətdir. 1. Dövlət dinindən,əqidəsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını dini, əqidə,mənsubiyyətinə görə məhdudlaşdırmaq qadagandır. (Azərbaycan Respublikası Konstitusiyası, 2-ci Bölmə, 3-cü fəsil, maddə 25, bənd 3) 2. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. (Azərbaycan Respublikası Konstitusiyası, 2-ci Bölmə, 3-cü fəsil, maddə 47, bənd 2) 3. Heç bir halda heç kəs din, və əqidəsini açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz. (Azərbaycan Respublikası Konstitusiyası, 2-ci Bölmə, 3-cü fəsil, maddə 71, bənd 4) 4. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. (AR Konstitusiyası, 2-ci Bölmə, 3-cü fəsil, maddə 71, bənd 5) 5. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. (AR Konstitusiyası, 1-ci Bölmə, 2-ci fəsil, maddə 12, bənd 1) Görəsən Konstitusiyanın 71-ci maddəsinin 4-cü bəndində deyilən “Heç bir halda heç kəs din və əqidəsii açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz” cümləsini niyə bizim bəzi məmurlar unudurlar? Burada işlədilən “heç bir halda” ifadəsinə niyə fikir vermirlər. Bəlkə də bir-çox məmurların Konstitusiyanın bu bəndindən heç xəbərləri belə yoxdur. Bəlkə də onlar Konstitusiyanın maddələrini özlərinə sərf edən kimi başa düşüb təfsir edirlər. Bu hal isə elə bu qanunverici kitabın 71-ci maddəsinin 5-ci bəndi ilə qadağan edilir. Xatırladaq ki, AR Konstitusiyası Azərbaycanda ən yüksək hüquqi qüvvəyə (maddə 147, bənd 1) və birbaşa hüquqi qüvvəyə malikdir (maddə 147, bənd 2). Eyni zamanda bu Konstitusiya Azərbaycanın qanunvericilik sisteminin əsasıdır.
“Hicab - bizim dinimizin əmrlərindən biridir və mən onun qadağası ilə razılaşa bilmərəm” -deyən Hacı Allahşükür Paşazadə
Bir neçə gündən sonra Azərbaycan təhsilində canlanma olacaq. 15 sentyabr yeni tədris ilinə start veriləcək. Bu tədris ilinin baçlanması ərəfəsində hicab məsələsi yenidən gündəmə gəlib.Eləcədə hicaba qadağa ilə bağlı yeni təhsil naziri bəzi qurumlar hicabla bağlı açıqlamalr verərək Azərbaycanda hicab qadağası olmadıgını dilə gətirir və yöndə mətbuata açıqlamalr veririlər. Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə mətbuata müsahibələrin birində hicaba qadağalarela baglı bun fikirləri səsləndirib. “Hicab - bizim dinimizin əmrlərindən biridir və mən onun qadağası ilə razılaşa bilmərəm. Amma iş orasındadır ki, bu belə qadağa deyildi, məsələ vahid məktəbli formasının tətbiqində idi. Vahid məktəbli forması dünyanın bir çox ölkələrində mövcuddur, bizdə də tətbiq edilib və hicab ona tam əlavə edilə bilərdi”, Eyni zamanda, dini lider bir daha vurğulayıb ki, hicab taxmasına rəsmi qadağa olmayıb və ölkə prezidenti İlham Əliyev “hər zaman inanclıların ehtiyaclarına diqqətlə yanaşıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təhsildə hicab məsələsi ilə bağlı dini icmalarla dialoq aparır Digər qurum rəhbəri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovda təhsil müəsisələrində hicaba qadağa ilə fikirlərini mətbata zaman-zaman ifadə edib.Və son açıqlamasında komitə sədri bildirb ki, bəzi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda hicaba heç bir qadağa yoxdur. Orta məktəblərdə vahid məktəbli formasının tətbiq edilməsi isə dini etiqad azadlığı ilə bağlı məsələ deyil, dövlətin dünyəvi təhsilinin prinsipidir: E.İsgəndərov eyni zamanda qeyd edib ki, hicab əslində yetkinlik yaşına çatmayan uşaqların dini etiqad azadlığını da qoruyur. Hər uşağın gələcəkdə istədiyi dini və ona uyğun yaşam tərzini şüurlu şəkildə seçmək hüququ var. Komitə sədri, həmçinin qeyd edib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi təhsildə hicab məsələsi ilə bağlı dini icmalarla dialoq aparır və artıq problemin həlli istiqamətində bir sıra təkliflər səslənib. Bu təkliflər təhsilin dünyəvi xarakterinə və sosial ədalət prinsipinə əsaslanan vahid məktəbli forması tələbinə zidd gəlmədiyi təqdirdə tətbiq oluna bilər. Həmin təkliflərin müzakirəsi məqsədilə həm dini icmalarla, həm də valideynlərlə mütəmadi dialoq qurulur.Komitə sədri "məktəblərdə hicaba icazə verilməməsi dindən çıxmaqdır" kimi fikirləri bolşeviksayağı yanaşma adlandırıb
Yeni nazir də hicaba “yox” dedi Cəmiyyətin ümüdləri yeni nazrə bağlanmışdı ki, uzun ömürlü nazir Misir Mərdanov çıxarılaraq yerinə gələn yeni təhsil naziri Mikayıl Cabbarov təhsil ocaqlarıda hicaba qoyulmuş qadağanı aradan qaldıraca və inanclı insanlar hicabla dərsə gələcək.Lakin ötən günlərdə təhsil nazirliyi hicabla bağlı açıqlama yaydı. Nazirlikdən bildiriblər ki, şagirdlər məktəbə müəyyən olunmuş geyim formasında gəlməlidirlər: ""Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə uyğun olaraq, şagirdlərin geyim forması təhsil aldıqları məktəbin nizamnaməsi ilə müəyyən edilir". Qeyd edək ki, məktəblilərin dərsə hicabla gəlməsi ötən tədris ili çoxsaylı narazılıqlarla müşahidə olunmuşdu. Bəzi ümumtəhsil müəssisələrində məktəbli qızların hicab taxaraq dərsə gəlməsinə qoyulan qadağalar, dindarların Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirməsinə gətirib çıxartmışdı. Burada soruşmaq lazımdır ki, bu Nizamnamə hansı hüquqi normativ Akta əsasən yazılıb? Konstitutsiyada vətəndaşın bütün dini hüquqları belə qorunduğu halda, Nizamnamə bunu nəyə əsasən qadağan edə bilər? Maraqlıdır, hansısa məktəb Nizamnaməsində belə bir qadağa varmı? Əgər varsa bu konstitutsiyanın mövcud aidiyyatı bəndlərinə zidd deyilmi? Prezidentliyə namizədlər hicab qadağası haqqında nə düşünürlər?
Təxminən bir neçə il bundan öncə orta məktəblərdə vahid məktəbli forması tətbiqindən sonra hicablı şagirdlərin dərslərə buraxılması ilə bağlı ciddi problemlər yaşandı. Hicab qadağası indiyə qədər bəzi məktəblərdə problem olaraq qalmaqdadır və bu qadağaya etiraz etdiyinə görə 100-dən çox inanclı kəsimin nümayəndəsi haqsız yerə həbsə atılıb. Qarşıdan prezident seçkilərinin gəldiyini nəzərə alaraq “prezident seçiləcəyiniz halda mövcud hicab problemini hansı formada həll edəcəksiniz”, - sualı ilə bağlı prezidentliyə namizədliyini irəli sürmüş şəxslərlə əlaqə saxladıq. Açıqlama verən namizədlər kifayət qədər maraqlı və diqqət çəkən fikirlər səsləndirdilər. Milli Şuranın vahid namizədi Cəmil Həsənli: “Demokratiya elə ona görə demokratiyadır ki, insanlar ondan yararlana bilsinlər. Başörtüsü konkret şəxslərin istəyidirsə, kimsə buna niyə qarışmalıdır ki? Əgər insan özünü daha rahat hiss edirsə, biz niyə ona mane olmalıyıq? Azərbaycan universitetləri başörtüsünə qarşı göstərdiyi əzmkarlığı rüşvətə qarşı mübarizəyə yönəltsəydi, cəmiyyət üçün yaxşı bir nəticə əldə edilərdi. İslam elminin inkişafına da xüsusi diqqət ayrılmalıdır. Ən azından ona görə ki, Azərbaycanda bunun ənənəsi var.” Ümid Partiyasının sədri İqbal Ağazadə: “İqbal bəy bildirdi ki, hicab qadağası ilə bağlı yaranmış problemin çox asan həll yolu var: “ Heç bir kəs geyiminə görə təhsil hüququndan məhrum edilə bilməz. Hesab edirəm ki, hər bir şəxs uniformalarla yanaşı milli, mənəvi və islami dəyərlərə uyğun geyimlərlə təhsil ocaqlarına gələ bilər.” “Azərbaycanda hansı statusu daşımasından asılı olmayaraq məsələyə baxışımızın müəyyən etməyimizin lazım olduğunu bildirən Zahid Oruc, “ilk öncə təhsil və din sərhədlərini qurmağı bacarmalıyıq. Etiraf etmək lazımdır ki, bu kifayət qədər həssas bir məsələdir. Dünyada sözügedən məsələ müxtəlif formalarda öz həllini tapıb”, - deyə qeyd etdi: “Qardaş Türkiyədə bununla bağlı keçən əsrdə çox ciddi problemlər yaşanıb. Azərbaycanda hələ də təhsil din münasibətləri sahəsindəki problem həll edilmədən qalıb. Təbii ki, peyğəmbərimizə söykənərək məktəbi məsciddən üstün tutduğumuzu deyə bilərik. Ona görə də elə bir təhsil sistemi qurmalıyıq ki, bizim yeniyetmələrin təfəkkürü özlərinin zahiri görkəmini müstəqil formada müəyyənləşdirməyə imkan versin. Çünki insanların 18 yaşdan sonra öz dini əqidələrini müəyyənləşdirməsi ilə, şagird dönəmində ailə atributu kimi dini dəyərlərdən istifadə etməsi arasında fərq var. Yekun olaraq hesab edirəm ki, insanların dini məsələlərə mövhumatcasına yanaşması fəsadlara gətirib çıxarıb. Lakin bununla yanaşı bütün məktəblərimizin hicablaşması arzuolunan deyil. Ya onlar üçün optimal variant düşünülməli, ya da ki, ən azı dərs prosesində fərqli yanaşma tətbiq edilməlidir. Ölkənin təhsil müəssisələrində hicabla bağlı problem hələ də öz həllini tapmayıb və bununla bağlı xeyli mübahisəli məqamlar var. Mənə deputat seçildiyim Bərdədən hicab qadağası ilə bağlı kifayət qədər müraciətlər daxil olub. Onlar məktəbdən çıxarılmışdılar və sonrada problem öz həllini tapdı.” ASDP sədri Araz Əlizadə isə bildirdi ki, ölkə konstitusiyasına görə din dövlətdən ayrıdır və hər kəsin vicdan azadlığı vardır: “Kim istəyir başına papaq qoyur, kim istəyər başı açıq gəzər. Belə bir seçim insanların daxilindən irəli gəlir və buna hər hansı bir formada qadağa qoymaq düzgün deyil. Hicablı şagird orta məktəbdən uzaqlaşdırılsa, onda onun təhsil hüququ necə olmalıdır?” ADP sədri Sərdar Cəlaloğlu Azərbaycan konstitusiyasında vətəndaşlara verilən hüquqların hər hansı bir formada məhdudlaşdırılmasının yol verilməz olduğunu bildirir: “əgər şagirdlər hicab taxdığına və vahid formaya görə məktəbə buraxılmırsa bütün bunlarla bağlı təhsil hüququnun başqa bir formada reallaşdırılması ilə tədbirlər görülməlidir. Digər tərəfdən çalışmaq lazımdır ki, cəmiyyətdə az məhdudiyyətlər tətbiq edilsin. Belə ki, insanlar təkcə prezidenti yox, eyni halda öz həyat tərzləri ilə bağlı seçim edə bilsinlər. Ona görə də hesab edirəm ki, dövlətin vətəndaşı geyimi kimi xırda işlərinə qarışması doğru deyil”. Azadlıq Partiyasının sədri Əhməd Oruc bildirdi ki, Azərbaycanda hicab qadağası ilə bağlı problem hakimiyyət tərəfindən yaradılmışdı: “İnsanların dinə meyl etməsi müəyyən bir yetkinlik yaşından sonra olmalıdır. Kiminsə təhriki, şirnikləndirməsi, xoş və ya aldatma yolu dinə gətirilməsinin tərəfdarı deyiləm. O baxımdan 18 yaşına çatmamış şəxslərin hansısa dini rituallara və ayinlərə əməl etməsinə doğru baxmıram. Lakin 18 yaşından sonra insanların hicab taxaraq universitetlər getməsinin heç bir problemi yoxdur. Mən ümumiyyətlə valideynlərin həbsi bahasına olsa belə 10 illik icbari təhsilin tərəfdarıyam. ”Sonda Əhməd bəy bildirdi ki, orta məktəblərdə vahid məktəbli forması tətbiq edilməlidir: “İnanc məsələsinə insanların daxili bir işi kimi baxıram. Heç kim heç kimə öz inanc məsələsini məcburi formada çatdıra bilməz.” Ədalət Partiyasının sədri İlyas İsmayılov Həmişə qanunun mətnindən və hüququn prinsiplərindən çıxış etdiyini bildirərək deyir: “Hesab edirəm ki, inanclı insanların hüquqları qorunmalıdır. Lakin o da nəzər alınmalıdır ki, qanunvericiliyə görə din dövlətdən ayrıdır. Eyni halda dövlət də dinin inkişafı üçün hərtərəfli şərait yaratmalıdır. Hesab edirəm ki, məktəb də dindən ayrıdır və orada olan qayda-qanunlara dindarlar hörmətlə yanaşmalıdırlar” REAL Hərəkatının sədri İlqar Məmmədovun vəkili, Hərəkatın icra katibi Natiq Cəfərli bildirdi ki, inanclı insanlara rahat formada yaşamaq üçün şərait yaradılmalıdır: “Bununla bağlı inanclı kəsim özləri seçim etməlidir. Yuxarı sinif şagirdlərinin hicabla məktəbə gəlməsində heç bir problem yoxdur. Bu onların təhsilinə mane olmamalıdır. Əlbəttə ki, inanclı insanların öz dinlərini özgürcə yaşamaq hüquqları var. Lakin bu insanların seçiminə də aid olmalıdır. REAL hərəkatı olaraq hesab edirik ki, yuxarı sinif şagirdlərinin hicab taxması onları təhsil hüququndan məhrum etməməlidir.”
ABŞ Dövlət Departamentinin Azərbaycandakı dini duruma aid hesabatında hicab qadağası
Azərbaycanda hicab qadagası Azərbaycanın öhdəlik götürdüyü xarici təşkilatların və xarici dövlətlərin Azərbaycanla bağlı hesabatlarında yer alıb.Həmişə də bu məsələyə gğrə Azərbaycan hakimiyyəti təngid olunub.Zaman-zaman ABŞ da dini quruma air hesabatlar yayıb və həmişədə ölkəmiz təngid olun. ABŞ Dövlət Departamenti Azərbaycanda dini etiqad azadlığının vəziyyəti ilə bağlı hesabatlarından bir. Sənəddə dini qurumların qeydiyyatı prosesi, məscidlərin bağlanması, hicabın qadağası, dini ədəbiyyatın yayılmasına məhdudiyyətlər və s. bağlı faktlar yer alıb. Hesabatda qeyd olunur ki, Konstitusiya dini etiqad azadlığını tanıyır. Amma ayrı-ayrı qanunlar, hakimiyyətin apardığı siyasət faktiki olaraq dini azadlığı məhdudlaşdırır. Bir çox hüquqi qayda və tələblər dövlətin dini qrupların işinə müdaxiləsinə imkan verir. Hesabatda yazılır ki, Dini Qurumlara İş üzrə Dövlət Komitəsinə dini təşkilatların qeydiyyatı üzrə geniş imkanlar verilib. Bu qurumun hansısa dini qrupun fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət etmək səlahiyyəti də var. Hesabat dövründə dini etiqad azadlığı məsələsində vəziyyət yaxşılaşmayıb, əksinə, bəzi sahələrdə pisləşib. Məsələn, orta məktəblərdə qızların hicab geyməsinə qoyulan qadağa və dini fəaliyyətlə bağlı cərimələrin artırılıb.Hesabatda qeyd olunur ki, hicab rəsmi olaraq qadağan edilməsə də, məktəblərə uşaqların başını bağlamasına icazə verilmir. Bütün ölkə üzrə məktəb direktorları mütəmadi olaraq nazirlikdən verilən göstərişə əməl ediblər. Həmçinin, qadınların hicabla pasport və dsigər sənəd üçün şəkil çəkdirməsinə də məhdudiyyətlər qoyulub.
“Quran əmridir, ona görə hicabla dərsə gedirəm, hakimiyyət isə deyir ki,sən gəl əqidəndən dön” Son dövlər təhsil sistemində aktuallığı ilə gündəmdə olan hicab problemi hələ də həllini tapmayıb. Paytaxt və bölgələrdə hicablı müəllimələrə, tələbə və şagirdlərə qarşı yenə də münasibət birmənalı deyil. Hicaba qoyulan qadağaların arxasında hansı məkrli siyasətin dayandığını başa düşmək üçün hər şeydən əvvəl hicabın hansı mahiyyət daşıdığını, hicaba qoyulan qadağaların vicdan azadlığına nə dərəcədə təhdid olduğunu, kimlər və nə üçün hicabdan qorxurlar.“Dünyəvilik” yolunu tutduğunu bəyan edən cəmiyyətlərdə vaxtaşırı mübahisə predmetinə çevrilən hicab nədir? Dini inanclı insanların baş örtüyü olan hicab nə üçün Azərbaycan kimi müxtəlif özünəməxsusluğu olan ölkələrdə hakimiyyətə qorxu yaradır Dövlət qurumları tərəfindən insanların əqidələrinə, haqlarına ehtiram edilməsində deyil, insanların öz əqidəsindən dönməyindədir?! Çox qəribədir, deyilmi? İnsan deyir, bu, Quran əmridir, ona görə hicabla dərsə gedirəm, ona isə deyirlər ki, sən gəl əqidəndən dön, çünki biz nədənsə güzəştə gedə bilmərik, odur ki, təhsil almaq istəyirsənsə, gərək əqidəni buraxasan. Buna həll deyilə bilərmi? Dünyanın harasında olursa-olsun, kiçicik bir qrup nəyəsə əqidəsini ifadə edirsə, dövlət qurumları buna dözümlə yanaşır, xoşuna gəldi-gəlmədi, çalışır güzəştli variantlara üstünlük versin. Tolerantlığın da meyarı zatən elə budur. Bizim məmurlarsa məsələnin həllini insanların öz əqidələrindən dönməsində gördüklərini ifadə edirlər. Yəqin ki, vicdanlı bir insan kimi bütün bunlardan əziyyət də çəkir. Amma görünəni odur ki, Təhsil Nazirliyinin problemi həll etmək istəyi var, amma problemi ortaya atmış islamofobik qrup buna maneçilik törədir, problemin qalmasında israr edir. Bütün bunlar ona dəlalət edir ki, hicab qadağasının tətbiqində maraqlı olan qrupla yanaşı, bu qadağanın götürülməsini istəyən nüfuz qrupu da mövcuddur. Yəni problem baş örtüyünün nədən və necə olmasından ibarət deyil, ümumiyyətlə onun olması ilə bağlı yaranan qorxu hissidir. Bəs bu qorxu hissinin mahiyyətində nə durur? Azərbaycan cəmiyyətində dünyəviliyə təhdid, yoxsa İslam inancının güclənməsi ilə ictimai müqavimətin və haqsızlığa qarşı mübarizə əzminin artması ethimalı?
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?