Ey müsəlmanlar, uşaqlarınızı oxudun, təhsil, elm verin, din adı altında çirkin işlərlə, insanlığa və islama zərbə vuranlardan uzaq tutun.
gundemxeber.az xəbər verir ki, millət vəkili Qənirə Paşayeva Pakistandakı bu günki qətliamla bağlı müsəlman dünyasına səslənib:
"Savadsızlığın, cahilliyin sonu budur. Taliban Pişəvarda okula, məktəbə hücum edib 100-dən çoxu cocuq olan 148 şagird və müəllimi öldürüb,150- dən çox insan yaralanıb. Ölənlərə Allahdan rəhmət, yaralılara acil şəfalar diləyirik. Qardaş Pakistanın başı sağ olsun. Üzüntülərini, acılarını bölüşürük. Özünə müsəlman deyən və bunu kəskin lənətləməyən bir insan varsa buraxın müsəlman olmağına, insan olmağına şübhə edərəm. Bunu törədənləri lənətə gəlsin. Allah cəzalarını versin. Bu qədər insanı öldürmək kimi bir vəhşiliklə yanaşı bütün müsəlman dünyasına, müsəlmanlara dünyada münasibətə nə qədər böyük zərvə vururlar. Ey müsəlmanlar, uşaqlarınızı oxudun, təhsil, elm verin. Din adı altında çirkin işlərlə, insanlığa və islama zərbə vuranlardan uzaq tutun.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?