GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » 12 dəqiqəyə darmadağın edilən 20 il

12 dəqiqəyə darmadağın edilən 20 il

Tarix: 20-09-2013, 23:05 Bölmə :Siyasət Baxış: 876
 12 dəqiqəyə darmadağın edilən 20 il

Hakimiyyətin telekanallara həssas münasibəti və müxalifəti efirə buraxmamasının səbəbləri...


9 sentyabr prezident seçkilərində namizədliyi qeydə alınan şəxslərin teledebatları teleefirin gücünü bir daha ortaya qoydu. Milli Şuranın vahid namizədi Cəmil Həsənlinin iki dəfə İctimai Televiziyanın efirindən çıxış etməsi ölkədəki siyasi ab-havanı xeyli dərəcədə dəyişə bildi. 20 ilik YAP hakimiyyətinin yürütdüyü siyasət müxalifət namizədinin cəmi 12 dəqiqəyə sıxışdırılan çıxışı qarşısında tab gətirmək gücündə olmadı.

Əslində iqtidar hər zaman telekanalların ictimai rəyə, ölkədəki ictimai-siyasi duruma nə qədər ciddi təsir etdiyinin fərqində olub. Elə hakimiyyətə gəldiyi ilk gündən telekanalları tam nəzarətə götürmək strategiyası yürütməsinin kökündə də bu faktor dayanır. 20 ildir Azərbaycan telekanalları hakimiyyətin siyasətinin açıq şəkildə təbliğ edir. Hətta Nizamnaməsi gərəyi Azərbaycanda ictimai-siyasi həyatın bütün iştirakçılarına bərabər imkanlar tanımalı olan İTV belə iqtidar diqtəsi altındadır. Müxalifətə İctimai Televiziya efiri də yasaqdır.

Zaman-zaman intellektual verilişləri, siyasi tolk-şouları efirdən sıxışdıran iqtidar onların yerini ucuz şouyla doldurub. İllərdir heç bir telekanal üzərinə düşən missiyalardan ən əsasını – xəbərçilik missiyasını həyata keçirmir. Ən dəhşətli məqam isə odur ki, çağdaş efir estetikasına uyğunlaşdırılmasına belə gərək duyulmayan ucuz şoularda da siyasi çalarlar göz qamaşdırır. Kasad intellekti, ondan da kasad bacarığı ilə yeri gəldi-gəlmədi hakimiyyətə yarının “sənət” adamlarının çıxışlarını görməkdən Azərbaycan seyrçisinin gözləri neçə illərdir yağır olmayıbmı? Sanki bu ölkədə siyasət adına heç nə yoxdur. Bütün siyasi proseslər isə YAP-ın tikinti və lentkəsmə mərasimlərindən ibarətdir.

20 illik YAP hakimiyyəti illərində müxalifətin efirdə görünməsi 200 saatdan artıq etməz. Seçki dönəmlərindəki çıxışları, Heydər Əliyev hakimiyyətinin ilk illərində Elçibəy hökumətinə qarşı təşkil olunan tolk-şoularda “balans yaradılması” üçün dəvət olunan müxalifət təmsilçilərinin 3-5 dəqiqəlik çıxışlarını kənara qoysaq, digər verilişlərdə müxalifətçilər əsla görünə bilməz.

Bunun qarşılığında hakimiyyət düz 20 ildir öz siyasəti haqqında gen-bol təbliğat aparır. Bir il 8766 saatdır. Bu rəqəmi 20-yə - hakimiyyət dönəminə vuraq, aldığımız saynı isə telekanalların sayına. Neçə igidin ömürüdü? Xeyli... Ancaq bütün bu müqayisəyəgəlməz imkanlar belə cəmi 12 dəqiqə uduzdu. Bu, hakimiyyətin siyasətinin antimilli olması, müxalifət namizədinin vətəndaşın ürəyindən xəbər verməsi ilə yanaşı teleefirin imkanlarının hüdudsuzluğunun göstəricisidir.

Heç bir mübaliğəyə yol vermədən bildirmək olar ki, Milli Şuranın vahid namizədlərinin ikinci debatında yaranan gərginlik və bu gərginlikdə müxalifət namizədi professor Cəmil Həsənlinin dediyi faktlar cəmiyyətdə şok effekti də yaratdı. Hətta hər seçkidə pozuculuq missiyasını həyata keçirən Hafiz Hacıyev belə bu dəfə işinin öhdəsindən gələ bilmədi. Bununla da iqtidarın illərdir ciddi səylərlə formalaşdırdığı güclü və sarsılmaz obrazı 6 dəqiqə içərisində miskin hala düşdü. Seyrçi yalnız yalan üfürən efirlərdən həqiqəti, özü də ən çılpaq formada gördü. Şoka düşmək haqqı deyilmi?

Sentyabrın 20-si isə Azərbaycanda tarixə iqtidar komandasının hövlanak davranışları, əl-ayağa düşüb çarə axtarması ilə düşəcək. Vətəndaşlar virtual aləmdə müxalifət namizədinin çıxışları yüzlərlə dəfə paylaşdığı, minlərlə dəfə öydüyü məqamda hakim komanda çarə axtarışında idi. Hətta kriminal aləmə xas “adam yoxdursa, problem yoxdur” prinsipi ilə bir neçə YAP funksionerləri Cəmil Həsənlini namizədliyinin ləğvini belə tələb etməkdən çəkinmədi. Günün başlanğıcında internet saytlarında açıqlamalar səviyyəsində olan bu çağırış zaman irəlilədikcə partiyanın mövqeyinə çevrildi – YAP MSK-ya Cəmil Həsənli ilə bağlı müraciət göndərdi. YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov mediaforum.az saytına durumu belə izah etdi: “Biz heç kimi təhqir etməmişik, şəxsiyyətinə toxunmamışıq, şərəf və ləyaqətini alçaltmamışıq, ailə münasibətlərindən danışmamışıq, milli adət-ənənələri pozmamışıq. Bunun əksinə olaraq YAP-ın namizədi cənab İlham Əliyevə, onun səlahiyyətli nümayəndəsi Əli Əhmədova qarşı Azərbaycanın mənəvi, etik normalarından kənar, saxta və əsassız ittihamlar irəli sürülüb. Bu ittihamlar ermənipərəst və Azərbaycanı istəməyən xarici qüvvələrin hazırladığı sənədlər əsasında irəli sürülüb, böhtan atılıb. Onlar buna görə cavab verməlidirlər. YAP-ın müraciəti konstitusiyaya və Seçki Məcəlləsinə əsaslanır. MSK baş vermiş hadisəni müzakirə etməli, ona qiymət verməlidir və bizim tələbimiz bundan ibarətdir”.

YAP yenə həqiqəti demir. Məgər, Cəmil Həsənli Əli Əhmədovu hədəf almışdı? Partiya liderinin adını belə çəkə bilmirdi...

Sentyabrın 20-də İctimai Televiziyanın ikinci debatla bağlı yaydığı açıqlama isə tam siyasi çaşqınlığın mənzərəsini növbəti dəfə ortaya qoydu:“Aparıcının Seçki Məcəlləsinin tələblərini xatırladaraq Cəmil Həsənlini Azərbaycan qanunvericiliyinə riayət etməyə dəvət etməklə bağlı xəbərdar etməsinə baxmayaraq, o, haqlı iradlara məhəl qoymamış, çıxışını davam etdirib. Cəmil Həsənli püşkatma ardıcıllığına uyğun olaraq qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun təşviqat üçün ödənişsiz efir vaxtına dəfələrlə müdaxilə edib və dəyirmi masa iştirakçılarını təhqir etməkdən belə çəkinməyib. Beləliklə o, təşviqat üçün ayrılmış 6 dəqiqəlik ödənişsiz efir vaxtından başqa 6 dəqiqə 12 saniyə əlavə vaxtdan istifadə edib. Bu vaxtın 6 dəqiqə 15 saniyəsi özünün sərbəst istifadə etdiyi efir vaxtı, 5 dəqiqə 37 saniyə prezidentliyə namizəd Hafiz Hacıyevlə mübahisə etdiyi və mikrofonsuz istifadə etdiyi efir müddəti, 20 saniyə qeydə alınmış prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun vaxtına müdaxilə, cəmi 12 dəqiqə 12 saniyə. Sonda dəyirmi masanın müddəti proqramda nəzərdə tutulduğundan xeyli artıq çıxıb. Onu da vurğulayaq ki, efirdə yaranmış gərginlik nəticəsində qeyri-etik ifadələrin işlənməsi İctimai Televiziyanın tamaşaçı auditoriyası tərəfindən də birmənalı şəkildə pislənilir. Bunu İTV-nin elektron poçtuna gələn məktublar və tamaşaçı və dinləyici zəngləri də təsdiqləyir”.

İTV-nin açıqlamasında o da bildirilirdi ki, 19 sentyabr debatının videoyazısı araşdırılması üçün MSK-ya göndərilib. Göründüyü kimi, bəyanatda Cəmil Həsənlinin İTV efirində təkrarsız performansı saniyəbəsaniyə ölçülüb. Ancaq hansısa səbəblərdən bu “diqqət və qayğı” söyüş söydüyü üçün kanal əməkdaşının studiyadan bayıra atdırdığı Hafiz Hacıyevin “yaradıcılığına” göstərilməyib.

YAP-MSK tandeminin Cəmil Həsənlini hədəfə almasının ardınca belə bir versiya irəli sürüldü ki, hakimiyyət Cəmil Həsənlini sentyabrın 21-də keçirilən debata buraxmayacaq. Ancaq Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bizə açıqlamasında bu faktı təsdiq etmədi. Onun sözlərinə görə, namizədliyi qeydə alan şəxslərin 6 dəqiqəlik ödənişsiz vaxtdan istifadə etməsi ilə bağlı hələlik heç bir problem yoxdur. YAP-ın şikayətinə gəlincə, bu məsələyə 3 gün müddətində baxılacaq: “Sabahkı efir öncəki qaydada davam edəcək”.

Bu açıqlamadan cəmi 1 saat sonra xəbər yayıldı ki, sentyabrın 21-də saat 16.00-da MSK-nın toplantısıdır. Kimin Cəmil Həsənlinin növbəti efir vaxtının alınıb alınmayacağı ilə bağlı sualı varsa, saat 19.00-da İTV-yə baxsın.

Efir böyük qüvvədir...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əli Kərimli: “Rüstəm bəyi namizəd kimi qeydə almağa məcbur olacaqlar”

    Əli Kərimli: “Rüstəm bəyi namizəd kimi qeydə ...

    12-07-2013, 14:42

  • 
  • İqtidardakı “radikal qrup”un ciddi məğlubiyyəti

    İqtidardakı “radikal qrup”un ciddi məğlubiyyəti ...

    13-09-2013, 10:46

  • 
  • Müxalifət və iqtidar üçün ortaq problem; “vahid namizəd”

    Müxalifət və iqtidar üçün ortaq problem; “vahid ...

    21-04-2013, 13:04

  • 
  • Cəmil Həsənlinin prezidentliyə namizədliyi qeydə alınıb

    Cəmil Həsənlinin prezidentliyə namizədliyi qeydə ...

    12-09-2013, 16:26

  • 
  • AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa, seçkilərə getməyək

    AXCP: Rüstəm İbrahimbəyovun namizədliyi qeydə ...

    10-07-2013, 14:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu