GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İqtidardakı “radikal qrup”un ciddi məğlubiyyəti

İqtidardakı “radikal qrup”un ciddi məğlubiyyəti

Tarix: 13-09-2013, 10:46 Bölmə :Manşet Baxış: 718
 İqtidardakı “radikal qrup”un ciddi məğlubiyyəti

Cəmil Həsənlinin namizədliyi qeydə alındı; Milli Şuranın vahid namizədinin qeydə alınmasını istəyənlər və buna qarşı olanların öz arqumentləri olub ; PA YAP-ın mövqeyinə dəstək verib, son qərar isə prezidentindir...
Hakimiyyət Milli Şuranın vahid namizədi ilə bağlı nəhayət ki, qərar verdi və sentyabrın 12-də 40291 imza etibarlı hesab olunaraq Cəmil Həsənlinin namizədliyini rəsmən qeydə aldılar. Mərkəzi Seçki Komissiyası Prezident Administrasiyasından asılı qurum olduğu üçün qərarı da oradan gözləyirdilər və Milli Şura namizədinə “yaşıl işıq” yandırılan kimi onlar da C. Həsənlinin namizədliyini rəsmiləşdirdilər. Qeyd edək ki, sentyabrın 12-dək MSK 7 nəfərin namizədliyini rəsmən qeydə almışdı.
Milli Şuranın vahid namizədi Cəmil Həsənli, REAL hərəkatının lideri İlqar Məmmədov, ADP sədri Sərdar Cəlaloğlu, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılovun namizədlik məsələsinə isə baxılmamışdı.
Qeyd edək ki, C.Həsənlinin prezidentliyə namizəd kimi qeydə alınıb-alınmaması ətrafında ciddi müzakirələr gedib. Dünənədək qeydə alınanların heç biri YAP namizədinə real rəqib deyildi və hətta bəziləri illərdi indi guya müxaliflik etdikləri prezidentin siyasi kursunu təbliğ ediblər. Bu mənzərəni Qərb ölkələrin Bakıdakı səfirlikləri və beynəlxalq təşkilatlar da yaxşı bilirdi.
Hələ ki, qeydə alınmayanlar sırasında yeganə müxalifət isə hazırda həbsdə olan REAL sədri İlqar Məmmədovdur. Həbsdə olan İ.Məmmədovu qeydə almaqla hakimiyyət özünə ciddi problem yaratmış olar. Çünki adı seçki bülleteninə yazılan prezidentliyə namizədin həbsdə olması ciddi rezonans doğuracaq və hakimiyyətin seçkini qeyri-bərabər şəraitdə apardığına tutarlı sübut olacaq. İstisna deyil ki, namizədliyinin qeydə alınmayacağı təqdirdə İ.Məmmədov tərəfdarlarını C.Həsənlini dəstəkləməyə çağıra və ya boykot qərarı verə bilər.
Aldığımız məlumata görə, hakimiyyət daxilində C.Həsənli ilə bağlı iki bir-birinə zidd mövqe olub. YAP birmənalı Milli Şuranın namizədinin qeydə alınmasına qarşı çıxıb. Təsadüfi deyil ki, az qala hər gün açıqlama verən partiya funksionerləri bu qurumun tam dağıldığı və seçici arasında nüfuzunun olmadığı barədə rəy yaradırlar. Prezident Administrasiyası da Milli Şuranın namizədinin qeydə alınacağı təqdirdə sakit seçki prosesinin nəzarətdən çıxa biləcəyini, hakimiyyətə real alternativ namizədin dərhal diqqəti cəlb edəcəyini proqnozlaşdıraraq, YAP-ın rəyinə dəstək veriblər. Bu rəyi bölüşənlər Milli Şuranın seçkidən kənar saxlamasının daha faydalı olacağını iddia ediblər. Onların arqumenti belə olub ki, C.Həsənli mümkün saxtalaşdırma ilə keçiriləcək seçkidə də kifayət qədər səs qazanacaq. Üstəlik, seçkidən sonra müxalifət nəticələri tanımayacaq və seçkinin total saxtalaşdırıldığını iddia edərək, ciddi bir proses başladacaq. Bu arqumentlərə söykənənlər Milli Şura namizədini qeydə almamaqla seçkinin daha rahat keçirmək və iqtidarın seçki sonrası “xoşagəlməz” hadisələrdən sığortalanacağını iddia ediblər. Fikir verin, YAP Milli Şuranın prezidentliyə namizədi qeydə alınan kimi onun Seçki Məcəlləsini kobud şəkildə pozması ilə bağlı “faktlar” açıqladı.
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında deyib ki, təbliğat-təşviqat kampaniyası başlamamışdan qəzetlərdə, saytlarda Milli Şuranın namizədinin reklamı, kampaniyası ilə məşğul olmağa başlayıblar. “Hansı ki, bu, Seçki Məcəlləsi ilə qadağan olunub”, deyə, YAP funksioneri bildirib. S. Novruzov qeyd edib ki, YAP bu faktlarla bağlı Mərkəzi Seçki Komissiyasına rəsmi müraciət ünvanlayacaq: “Qoy, MSK-da bu məsələyə baxılsın və xəbərdarlıq olunsun. Qanunvericiliyə hamı əməl etməlidir. Lakin bu gün müxalifət partiyaları, qəzetləri, onların namizədləri, Milli Şuraya toplaşanlar qanunvericiliyi olduqca kobud şəkildə pozurlar”.
İqtidardakı qərar verən çox az bir qrup isə “Milli Şuranı seçkidə bitirməyin” tərəfdarı olub. Bu qrup əsasən, Qərb dövlətləri ilə fəal işləyənlər, beynəlxalq təşkilatlarda təmsil olunanlar və xaricdə Azərbaycanın lobbi işini aparanlardan ibarətdir. Onlar da prezidenti inandırmağa çalışıblar ki, əslində real müxalifətsiz keçiriləcək seçkinin nəticələrini beynəlxalq aləmə həzm etdirmək daha çətin olacaq. İkinci bir tərəfdən, real şərtlər və müxalifətin hazırkı durumu hakimiyyətin daha riskli qərar verməsinə imkanlar açır. Milli Şuranın ilk mitinqinin gözlənilən kimi izdihamlı alınmamasına, son günlər isə qurumun daxilindəki partiyalar arasındakı ciddi qarşıdurmalara da diqqət verənlər C.Həsənlinin qeydiyyatının hakimiyyət üçün “iki qat uduşlu olacağını” iddia ediblər. Milli Şuranın vahid namizədinin qeydə alınmasını istəyənlərin daha bir mühüm arqumenti C.Həsənlinin personasına olan diqqət olub. Milli Şuranın onunla bağlı qərarı bilindikdən sonra Bakıdakı Qərb diplomatik korpusunun onu tanışlıq yeməyinə dəvəti, Londona hazırda da davam edən səfəri və ABŞ səfiri ilə görüşlərini də nəzərə almağı təklif ediblər.
Prezidentin tərəflərin hansının arqumentlərinə ağırlıq və dəyər verdiyi MSK-nın C.Həsənlinin qeydiyyatı ilə bağlı son qərarı elan edilməsi ilə bilindi...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cəmil Həsənlinin prezidentliyə namizədliyi qeydə alınıb

    Cəmil Həsənlinin prezidentliyə namizədliyi qeydə ...

    12-09-2013, 16:26

  • 
  • MSK-dan İlqar Məmmədovla bağlı AÇIQLAMA

    MSK-dan İlqar Məmmədovla bağlı AÇIQLAMA ...

    13-09-2013, 11:05

  • 
  • Cəmil Həsənlinin namizədliyi ləğv oluna bilər

    Cəmil Həsənlinin namizədliyi ləğv oluna bilər ...

    1-09-2013, 11:21

  • 
  • Cəmil Həsənlinin sənədləri sabah MSK-ya təqdim olunacaq

    Cəmil Həsənlinin sənədləri sabah MSK-ya təqdim ...

    23-08-2013, 21:56

  • 
  • Cəmil Həsənli bu gün vahid namizəd olacaq

    Cəmil Həsənli bu gün vahid namizəd olacaq ...

    23-08-2013, 11:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu