GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənistan batır: “xilas kəməri” isə Moskvada yox, Bakıdadır

Ermənistan batır: “xilas kəməri” isə Moskvada yox, Bakıdadır

Tarix: 3-09-2020, 12:57 Bölmə :Siyasət Baxış: 700
Ermənistan batır: “xilas kəməri” isə Moskvada yox, Bakıdadır


İşğalçı ölkədə inqilab sonrası məyusluq pik həddə; qərbçi kimi hakimiyyətə gələn Paşinyan necə rusiyapərəst oldu? Ermənistan KİV-i: “O, Qərblə yanaşı, öz xalqını da barmağına doladı...”

Dünən mənfur qonşularımız 29 il öncə (2 sentyabr 1991) uydurduqları “Dağlıq Qarabağın müstəqilik günü”nün ildönümünü bayram ediblər. Söhbət keçmiş DQMV-nin Azərbaycanın tərkibindən qanunsuz şəkildə çıxması haqda bəyannamədən gedir. Ən əvvəl ona görə qanunsuz ki, o vaxt SSRİ hələ rəsmən dağılmamışdı və qüvvədə olan Sovet Konstitusiyasının 6-cı bəndinə görə, “Müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”di.

İşğalçı tərəf göyə də çıxsa, yerə də girsə, bu, bir hüquqi gerçəkdir və ondan heç vaxt qaça bilməyəcək. Necə ki, 30 ildir qaça bilmir: beynəlxalq birlik Dağlıq Qarabağdakı oyuncaq rejimi haqlı olaraq, “dövlət” kimi tanımır. Hətta işğalçı Ermənistanın özü də buna cürət eləmir. Bununla belə, bütün müttəfiq respublikalar Rusiyanın yanından dağılışıb getsə də, bu günədək Rusiyanın ətəyindən bərk-bərk yapışıb qalan “müstəqil Ermənistan”da abırsızcasına “artsax” adlı ikinci erməni dövlətinin varlığından dəm vururlar.

Ancaq hansı mifik “ikinci erməni dövləti”ndən söhbət gedir, əgər heç birinci - Ermənistan adlı kvazi-dövlətin özü belə baş tutmayıbsa, düşmən ölkənin xarici sərhədlərini rus əsgərləri qoruyursa, onun ərazisində Rusiyanın 7 minlik hərbi kontingenti və iki hərbi bazası varsa, İrəvan mərkəzi aeroportuna belə, FTX (“FSB”) nəzarət edirsə? Biz hələ düşmən ölkənin iqtisadi və energetik baxımından tamamən Rusiyadan asılı olmasını demirik.

*****

İndi guya inqilabçı baş nazir Nikol Paşinyan bu tilsimi qıracaqdı. Ermənistanı Rusiya orbitindən uzaqlaşdıracaq, inqilab öncəsi verdiyi vədlərə uyğun şəkildə onu KTMT-dən (“Rus NATO-su”) və Avrasiya İqtisadi Birliyindən çıxaracaq, Ermənistanın Türkiyə və İranla sərhədinin mühafizəsini erməni əsgərlərinə həvalə edəcəkmiş.

Bunların heç biri olmadı. Paşinyanın onu hakimiyyətə gətirən narazı kütləyə verdiyi iqtisadi möcüzə, cənnət vədləri də eləcə. Artıq məlum olur ki, bütün bunlar sırf hakimiyyəti ələ keçirmək üçün Nikolun işlətdiyi fəndlər, siyasi bicliklər imiş. Amma vədlər unudulmayıb və belə görünür, bu, ona - “məxməri” baş nazirə ucuz başa gəlməyəcək. Çünki məsələ Ermənistanın xarici siyasət prioritetləri ilə yanaşı, erməni əhalinin xoş güzəranla bağlı ümidlərinin puç olması ilə bağlıdır.

Erməni mediasında Paşinyan hökuməti əleyhinə çoxalan sərt tənqidi yazılar qənaətimizə şübhə yeri saxlamır.

*****

Bir rus hərbi qulluqçusu, yoxsa Ermənistan hökuməti: Hansı daha güclüdür?

“Gümrüdəki 102-ci bazanın bizim təhlükəsizliyimizin qarantı olduğuna inanan cənab Zoqrab Mnatsakanyana (Ermənistan XİN başçısı - red.) bircə sual vermək istərdim: doğrudanmı siz uzağı pis görürsünüz, yoxsa bizi axmaq sayırsınız?”

“Yeni Müsavat”ın məlumatına görə, Taves Arşakyanın Armenianterpot.com-dakı təhlili məqaləsi bu sualla başlayır.

Müəllif daha sonra Paşinyanın verdiyi və artıq unutduğu vədləri yada salaraq qeyd edir ki, Ermənistanın “inqilabçı” hökumətin Rusiyanın xeyrinə transformasiyası artıq tam sürətlə gedir: “Və təəssüflər olsun ki, son iki il yarımdakı reallıqlar xarici siyasət də daxil, bir çox sahələrdə Nikol Paşinyanın siyasətinin tamamilə transformasiyasına gətirib çıxarıb. Serj Sərkisyanın yanlış xarici siyasət yürütməsi barədə bütün tribunalardan bar-bar bağıran keçmiş alovlu müxalifətçidən indi əsər-əlamət qalmayıb. Nümunə üçün uzağa getmək lazım deyil. Məsələn, xarici işlər naziri Mnatsakanyan İnterfaks-a müsahibəsində bildirib ki, ”Gümrüdəki 102-ci Rusiya hərbi bazası bölgədə təhlükəsizliyin təmin olunmasına kömək edir və İrəvanın onun saxlanmasında maraqlıdır". Onu da deyib ki, “Ermənistanla Rusiyanın təhlükəsizlik sahəsində ortaq maraqları var və məhz bu qarşılıqlı maraqlar əsasında biz təhlükəsizliyi təmin etmək üçün ortaq hədəf izləyirik. Hərbi baza da bu hədəfə çatmağı mümkün edir”. Halbuki Paşinyan müxalifətçi deputat olduğu zaman, az qala hər gün Rusiya ilə hərbi müqaviləyə yenidən baxılması və 102-ci bazanın Ermənistandan çıxarılmasının zəruliyi barədə danışırdı. Nikol Paşinyan eyni zamanda Ermənistanın Avrasiya İqtisadi Birliyi və KTMT-yə üzvlüyünün ölkəmizin və xalqımızın maraqlarına cavab vermədiyi, gələcəyimizin yalnız NATO, Avropa Birliyi və ABŞ-a bağlı olmasından bol-bol danışardı. Ancaq “məxməri inqilab”ın Ermənistanda qalib gəlməsindən iki il yarım keçib, “yük” isə necə deyərlər, hələ də köhnə yerində qalır. Hələ də biz Avrasiya İqtisadi Birliyinin və KTMT-nin üzvüyük, hərbi baza hələ də ölkəmizin ərazisindədir, Qərbə doğru hərəkətdən isə əsər-əlamət yoxdur".

Erməni şərhçiyə görə, artıq Paşinyan da Köçəryan və Sərkisyan kimi, Qərbdə rusiyapərəst bir siyasətçi kimi qəbul edilir - buradan çıxan bütün nəticələri ilə birgə. “Beynəlxalq təşkilatların Bakının istəklərinə və ”artsax"ı ələ keçirmək xəyallarına necə razılıq verdiyinə baxmaq kifayətdir ki, aydın olsun ki, Qərbdə Paşinyana münasibət artıq inqilabdan sonrakı ilk aylarda olduğu kimi deyil. Ancaq axı təkcə sadəlövh avropalılar və amerikalılar Paşinyana aldanmadı. O, öz xalqını da barmağına dolamağı bacardı - o xalq ki, 2018-ci ilin aprelində onu Gümrüdən İrəvana qədər müşayiət eləmişdi. O ümidlə ki: birincisi, ölkədə dolanışıq yaxşılaşacaq, ikincisi, biz nəhayət, sivil Qərbin parçası olacağıq, nəinki gözümüz önündə çürüyən Rusiyanın. O Rusiya ki, Ermənistana öz təsirini yalnızca burada geniş şaxələnmiş “beşinci kolon” sayəsində saxlamır, həm də bunu başımız üstündə “Domokl qılıncı” və yumruq kimi asılı qalan 102-ci baza hesabına edir", - deyə məqalənin sonunda vurğulanır.

*****

Ermənistan üzərində “Domokl qılıncı”nı isə yalnızca Bakı və Ankara götürə bilər. Ermənistan həqiqətən də xilas olmaq, Rusiyanın koloniyası olmaqdan çıxmaq istəyirsə, o zaman “xilas kəməri”ni Azərbaycan və Türkiyədən istəməlidir. Yolu bəlli: işğalçı siyasətə, əsassız torpaq iddialarına son qoyub bütün qonşu dövlətlərin ərazi bütövlüyünü tanımaq. Əks halda, ermənilərin böyük müsibətləri hələ qabaqdadır. Lap 5 “məxməri inqilab” olsun... /musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prinsipsiz Paşinyanın prinsipləri...

    Prinsipsiz Paşinyanın prinsipləri... ...

    28-02-2020, 14:10

  • 
  • “O qədər güclüyük ki, bizimlə döyüşmək mənasızdır” – Paşinyan

    “O qədər güclüyük ki, bizimlə döyüşmək ...

    2-09-2019, 16:34

  • 
  • Azərbaycan XİN-dən sərt reaksiya

    Azərbaycan XİN-dən sərt reaksiya ...

    23-09-2014, 01:04

  • 
  • XİN: “Dağlıq Qarabağdakı “seçkilər” qurama oyundan başqa bir şey deyil”

    XİN: “Dağlıq Qarabağdakı “seçkilər” qurama ...

    15-04-2020, 16:34

  • 
  • XİN: Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda keçiriləcək qondarma "seçkiləri" tanımır və tanımayacaq

    XİN: Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda ...

    6-09-2019, 15:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu