GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » BMT Baş Assambleyasında Paşinyanın cəfəng bəyanatları rədd edildi

BMT Baş Assambleyasında Paşinyanın cəfəng bəyanatları rədd edildi

Tarix: 26-09-2020, 13:46 Bölmə :Siyasət Baxış: 294
BMT Baş Assambleyasında Paşinyanın cəfəng bəyanatları rədd edildi


Azərbaycan Respublikasının BMT-dəki Daimi Nümayəndəliyinin müşaviri Tofiq Musayev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi siyasi debatlarında bəyanatla çıxış edərək Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan münaqişəsi və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionu barədə bəyanatına cavab verib.

T.Musayev əvvəlcə bəzi məlum faktları xatırladıb. Hamıya yaxşı məlum olduğu kimi, 1990-cı illərin əvvəlində Ermənistan Azərbaycan ərazilərini işğal etmək məqsədilə çoxdan hazırlanmış planını həyata keçirmək üçün Azərbaycana qarşı hərbi qüvvə tətbiq edib. Erməni təcavüzü nəticəsində Azərbaycan ərazisinin xeyli hissəsi, o cümlədən Dağlıq Qarabağ, ona bitişik 7 rayon və bəzi eksklavlar Ermənistan tərəfindən işğal edilib və hələ də işğal altındadır. Müharibə on minlərlə insanın həyatına son qoyub, Azərbaycanda mülki infrastrukturun və əmlakın ciddi dağıntılarına səbəb olub. İşğal edilmiş ərazilərdə bütün azərbaycanlılara qarşı etnik təmizləmə aparılıb, bir milyondan çox azərbaycanlı həmin ərazilərdəki doğma yurdlarını tərk etməyə məcbur olub.


Ermənistanın öz qeyri-qanuni iddialarını və əməllərini təyini-müqəddərat barədə spekulyasiyalarla maskalamaq cəhdləri tamamilə əsassızdır və bu iddialarla Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində və ATƏM-in 1975-ci il Helsinki Yekun Aktında və digər müvafiq beynəlxalq sənədlərdə təsbit olunmuş prinsiplər arasında heç bir ümumi cəhət yoxdur.

Beynəlxalq vasitəçilər münaqişənin nizamlanması prosesi barədə bəyanatlarında konkret olaraq Helsinki Yekun Aktına istinad edirlər. Bu sənədə əsasən iştirakçı dövlətlər, o cümlədən Ermənistan “bütün hallarda Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn müvafiq normalarına, o cümlədən dövlətlərin ərazi bütövlüyünə dair normalara uyğun olaraq xalqların bərabər hüquqlarına və öz müqəddəratını təyin etmək hüququna hörmət etməlidirlər”.

Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin müşaviri sözünə davam edərək bildirib ki, təyini-müqəddərat barədə iddialar beynəlxalq hüququn, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşı güc tətbiq etməklə hədələməni və ya güc tətbiq olunmasını qadağan edən imperativ normaların (jus cogens) pozulması ilə müşayiət olunursa, bu iddialar qəbuledilməzdir.

Ermənistan iddia edir ki, Dağlıq Qarabağın belə adlandırılan “hakimiyyət orqanları” danışıqlarda iştirak etməlidirlər. Bu iddianın heç bir əsası yoxdur. Ermənistan bütün azərbaycanlıları Dağlıq Qarabağ regionundan qovandan sonra orada regionun hakimiyyət orqanları kimi yaratdığı oyuncaq etnik rejimin tətbiq olunması üçün səylərini əsirgəmir. Lakin, ATƏT özünün müvafiq sənədlərində və qərarlarında etiraf edir ki, Azərbaycanın bu regionunun əhalisi iki bərabərhüquqlu icmadan, konkret olaraq azərbaycanlı və erməni icmalarından ibarətdir. Bu və ya hər hansı digər sənədlərin və qərarların heç birində erməni icması “seçilmiş hakimiyyət” adlanmır.

Son iki ildə biz Ermənistan rəhbərliyinin sülh prosesini pozmaq, o cümlədən danışıqların formatını dəyişmək cəhdlərinin şahidləri olmuşuq. Bu səbəbdən ATƏT-in Minsk qrupunun həmsədrləri 2019-cu il martın 9-da bəyanatla çıxış edərək, danışıqların formatının birtərəfli qaydada dəyişdirilməsi tələblərindən çəkinməyə çağırıblar.

Azərbaycanlı diplomat daha sonra vurğulayıb ki, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində qurulmuş oyuncaq rejimin qanunsuz olması beynəlxalq səviyyədə dəfələrlə bəyan edilib; Ermənistanın rəhbərliyi və nəzarəti altında olan bu rejim nəticə etibarilə azərbaycanlılara qarşı irqi, etnik və dini motivlər əsasında törədilmiş təcavüz, etnik təmizləmə və digər cinayətlərin nəticəsindən başqa bir şey deyil.

BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrində nəinki uydurma “Dağlıq Qarabağ xalqı” və onun “təyini-müqəddərat hüququ”nun adı çəkilməyib, həm də Azərbaycana qarşı güc tətbiq edilməsi və onun ərazilərinin işğal olunması pislənilib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, onun beynəlxalq sərhədlərin toxunulmazlığına hörmət etməyin vacibliyi, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiqlənib, işğalçı qüvvələrin Azərbaycanın işğal altında olan bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edilib. Digər beynəlxalq təşkilatların qəbul etdiyi, dünya birliyinin vahid mövqeyini ifadə edən çoxsaylı sənədlər də bu ruhda tərtib olunub.

Təəccüblü deyil ki, Ermənistanın hakimiyyət orqanları münaqişənin nizamlanmasının hüquqi və siyasi əsasını təşkil edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və digər müvafiq beynəlxalq sənədlərin adını çəkməkdən çəkinirlər. Aşkardır ki, Ermənistanın hakimiyyət orqanlarının münaqişəni yalnız sülh yolu ilə nizamlanmasına sadiq olması barədə bəyanatları Yerevanın dəqiq müəyyən edilmiş ilhaqçı məqsədlərini maskalamaq üçün boş ritorikadan, gözdən pərdə asmaqdan başqa bir şey deyil. Ermənistan Azərbaycan ərazilərinin işğal edilməsi üçün hərbi qüvvə tətbiq etməklə əslində sülhün alternativinin mövcud olmasına özünün qəti inamını nümayiş etdirib.

2020-ci ilin iyulunda Ermənistan silahlı qüvvələri beynəlxalq hüququ kobud şəkildə pozaraq artilleriya və minomyotlardan istifadə etməklə, Azərbaycanın əhalisi sıx olan rayonlarını bilavasitə hədəfə alaraq hücuma başlayıblar. Nəticədə Azərbaycanın 76 yaşlı dinc sakini, Azərbaycan Silahlı Qüvvələrinin 12 zabiti və əsgəri həlak olub, çoxsaylı insanlar yaralanıb, bu rayondakı mülki obyektlərə ciddi ziyan vurulub.

Ermənistanın Azərbaycana qarşı silahlı təxribat həyata keçirməsinə hətta COVID-19 pandemiyasının dağıdıcı təsiri də mane olmayıb. Tamamilə aşkardır ki, Ermənistanın BMT Baş katibinin qlobal atəşkəs barədə çağırışını dəstəkləməsi və bu çağırışa sadiq olması barədə bəyanatları ağ yalandır. Şübhə yoxdur ki, Ermənistanın məqsədi insanların həyatını xilas etmək və onların iztirablarını yüngülləşdirmək deyil, özünün təcavüz və ilhaq siyasətini genişləndirmək və möhkəmlətməkdir.

T.Musayev qeyd edib ki, Ermənistanın Azərbaycanda mülki şəxslərə hücumlarının və yaşayış məntəqələrini bombardman etməsinin siyahısına nəzər salsaq, onun Azərbaycanda mülki infrastruktura qarşı güc tətbiq etmək barədə daimi hədələrini nəzərə alsaq, onun ehtimal edilən “nüvə terrorizmi” barədə təhdidləri xüsusilə təəccüb doğurur. Azərbaycan öz silahlı qüvvələrinin heç vaxt mülki obyektlərə hücum etməyi planlaşdırmadığını və beynəlxalq humanitar hüququ normalarına ciddi riayət etdiyini müvafiq səviyyədə dəqiq bəyan edib. Ermənistandan fərqli olaraq Azərbaycan yalnız Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq adət hüququna müvafiq olaraq özünümüdafiə hüququ çərçivəsində hərəkət edir.

İnsan haqları və demokratiya məsələsinə gəldikdə isə, Ermənistanın hakimiyyət orqanları başqa ölkələri ittiham etməkdən əvvəl özünə diqqətlə baxmalıdır. Həqiqətən, Ermənistanda bir-birini əvəz etmiş hökumətlər, o cümlədən indiki hökumət də zorakı yolla hakimiyyətə gəlib və öz siyasi opponentlərinə qarşı mübarizənin ən qəddar metodlarından istifadə edib. Müxalifətin boğulması, siyasi motivlər əsasında qətllər, KİV azadlığının məhdudlaşdırılması, məhkəmə sisteminə müdaxilə, Azərbaycana və digər qonşu ölkələrə nifrət və etnik uyuşmazlıq barədə odioz ideyaların açıq təbliği – bugünkü Ermənistandakı acı reallıq belədir.

Ermənistan əvvəlki kimi, yenə də regional və beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə ciddi təhdid mənbəyidir. Buna görə, beynəlxalq birlik tərəfindən təxirəsalınmaz tədbirlər görülməlidir.

T.Musayev çıxışının sonunda qeyd edib ki, möhkəm sülhün təməli və məqsədi işğalçı erməni qüvvələrinin Dağlıq Qarabağ regionundan və Azərbaycanın işğal altında olan digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasının təmin edilməsi, Azərbaycanın beynəlxalq aləmdə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpa olunması, məcburi köçkünlərin öz yurdlarına qayıtmasıdır. Bu hədəfə çatmaq kompromis deyil, zərurətdir./AZƏRTAC/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan və Ermənistan nümayəndələri BMT Baş Assambleyasında debatlarda çıxış edib

    Azərbaycan və Ermənistan nümayəndələri BMT Baş ...

    2-10-2018, 21:41

  • 
  • XİN Nikol Paşinyanın Dağlıq Qarabağa gəlməsinə münasibət bildirib

    XİN Nikol Paşinyanın Dağlıq Qarabağa gəlməsinə ...

    2-12-2019, 16:04

  • 
  • Azərbaycan Ermənistanın baş nazirinə cavab verib

    Azərbaycan Ermənistanın baş nazirinə cavab verib ...

    27-09-2018, 13:16

  • 
  • İtaliyalı senator: "Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionunu və ətrafdakı yeddi rayonunu işğal altında saxlayır"

    İtaliyalı senator: "Ermənistan Azərbaycanın ...

    1-03-2019, 10:24

  • 
  • Paşinyan işğal altında olan Dağlıq Qarabağa gəlib

    Paşinyan işğal altında olan Dağlıq Qarabağa gəlib ...

    2-11-2018, 12:46


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (65)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu