Araz Pənahovun “vurulmasının” səbəbi açıqlanmasa da, onun Eldar Mahmudovun qəzəbinə tuş gəldiyi bildirilir
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pəhanovun oğlu Araz Pənahov Milli Təhlükəsizlik Nazirliyindən (MTN) xaric edilib. Bu barədə “Bizim Yol”a MSK sədrinə yaxın mənbələrdən məlumat verilib. Məlumatda qeyd olunur ki, A.Pənahov MTN-ə bu yaxınlarda işə düzəlibmiş. Amma onun qısa müddətdən sonra “vurulmasının” səbəbi bəlli deyil. Məlumatda onun MTN rəhbərliyinin qəzəbinə tuş gəldiyi qeyd olunsa da, A.Pənahov yaxınları ilə söhbətində özünün könüllü olaraq, işdən getdiyini deyib. O, hər gün səhər saatlarından gecəyədək işləməyə həvəsinin olmadığını bildirib. Qeyd edək ki, Məzahir Pənahovun digər bir oğlu isə bu günlərdə Bakı Dövlət Universitetinin professorlarından birini döymüşdü.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?