Bu gün Yeddinci Günün Adventistlərinin Dua Evində Azərbaycana əsir düşmüş Ermənistanın Gümrü şəhəri Adventist kilsəsinin pastoru Hovsep Saakyan Araratoviçlə görüş keçirilib.
Öncə Bakldakı Yeddinci Günün Adventistləri İcmasının pastoru Elşən Cabbarov və Gəncədəki Adventistlər İcmasının rəhbəri Elşən Səmədov dua ediblər.
Daha sonra Elşən Cabbarov çıxış edərək bildirib: "Əslər boyu biz həmişə müharibələr gördük. Biz başa düşürük ki, Allah müharibəni istəmir, həmişə sülhün tərəfdarıdır. Allah istəmir ki, kimsə ölsün, həlak olsun. Allah bizə səsləyir ki, nə qədər imkan varsa sülhdə yaşayın. Çünki Allah bütün insanların xilas olmasını istəyir".
Hovsep Araratoviç Saakyan bildirib ki, onu məcburən ön cəbhəyə yollayıblar: "Mən çox şadam ki , Allah mənə fürsət verdi ki, mən bu yerdə danışım, müraciət edim. Bildirim ki, mən ilk öncə Ermənistanın Allahverdi rayonunda, daha sonra isə Gümrü şəhərində fəaliyyətə başlamışam.
Mən imanlı insan, Allahın sözünü danışan pastor kimi istərdim ki, Azərbaycan və erməni xalqı sülhdə yaşasın. Allah istəyir ki, biz rahat və sülhdə yaşayaq.
Mənə hərbi komissarlıqdan zəng edib dedilər ki, sən hərbi komissarlığa gəlməlisən. Mən hərbi komissarlığa gedəndə dedim ki, mən pastoram imanlı insanam və mən əlimə silah götürüb heç kəsi öldürməyəcəm. Lakin mənə dedilər ki, bunun heç bir əhəmiyyəti yoxdur, sən ön cəbhəyə getməlisən.
Mən ön cəbhəyə getdim, Qubadlıda oldum. Heç bir saat keçməmiş orada mərmilər partlamağa başladı. Mən ayağımdan yaralandım. Məni hospitala köçürmək istəyirdilər. Yolda yenə də mərmi partlayışına düşdüm. Yanımdakı hər kəs həlak oldu, bir tək mən sağ qaldım. Allah mənim həyatımı qoruyub saxladı, yenii bir imkan, fürsət verdi.
Əgər ikinci imkanım olsaydı, müharibəyə deyil, arxa cəbhədə hospitala gedib, yaralı insanlara kömək edərdim. İstəyirəm xalqıma deyim ki, sülhdə yaşasınlar, qan tökməsinlər".
Qeyd edək ki, adventisizm 1831-ci ildə Amerika Birləşmiş Ştatlarında Vilyam Miller (William Miller 1782 - 1849) adlı bir fermer tərəfindən yaradılmış bir xristian - din hərəkatıdır./musavat.com/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?