GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Cənubi Qafqaz Türkiyənin nəzarətinə keçir: ABŞ və Qərbin buna müqavimət şansı yoxdur

Cənubi Qafqaz Türkiyənin nəzarətinə keçir: ABŞ və Qərbin buna müqavimət şansı yoxdur

Tarix: 19-11-2020, 18:54 Bölmə :Siyasət Baxış: 353
Cənubi Qafqaz Türkiyənin nəzarətinə keçir: ABŞ və Qərbin buna müqavimət şansı yoxdur


Bu regionunda bir çox nəhənglərin maraqları toqquşsa da, geopolitik proseslər məhz Azərbaycan-Türkiyə ittifaqına bağlı olacaq... Türkiyə Cənubi Qafqazda həm siyasi, həm də hərbi təsir faktorları ilə yerləşmək üzrədir... ABŞ və Qərbin yaxın gələcəkdə Cənubi Qafqazda geopolitik təşəbbüsü ələ ala biləcəyi isə artıq qətiyyən inandırıcı görünmür...

Ermənistanın kapitulyasiyası yeni situasiya yaratdı. Artıq son 30 il ərzində mövcud olmuş status-kvo mövcud deyil. Cənubi Qafqaz regionunda indi tamamilə fərqli geopolitik şərtlər və regional status-kvo hökm sürür.

Təbii ki, bundan məmnun olmayan beynəlxalq siyasi iradə mərkəzləri mövcuddur. Həmin beynəlxalq siyasi iradə mərkəzlərinin son günlər ciddi şəkildə fəallaşdıqları və mövcud durumu yenidən əvvəlkinə yaxın situasiyaya doğru meylləndirməyə çalışdıqları müşahidə edilir.

Bacaracaqlarmı? Hələlik bu barədə qəti fikir söyləmək bir qədər tezdir, ancaq hər halda cəhd edirlər. Xüsusilə də, Cənubi Qafqazda özlərinə tərəfdaş seçimində müəyyən manevrlərə də can atırlar.

Maraqlıdır ki, 10 noyabrda imzalanmış üçtərəfli bəyannamənin şərtlərinə uyğun şəkildə Rusiyanın münaqişə bölgəsinə sülhməramlı qüvvələr göndərməsindən sonra ABŞ və Qərbdə müəyyən narahatlıqların ön plana keçməkdə olduğu nəzərə çarpır. Və bu narahatlığın səbəbləri sırasında yalnız Rusiyanın Cənubi Qafqazda möhkəmlənmək cəhdləri deyil, həm də regionda Türkiyə faktorunun ciddi şəkildə güclənməsi də yer alır.

Onu da qeyd edək ki, Kremldə ABŞ və Qərbin mənfi potensiallı fəallaşma cəhdləri müəyyən əndişələrə yol açmaqdadır. Buna misal olaraq, Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin son açıqlamasını göstərmək olar.

Məsələ ondadır ki, Rusiya kəşfiyyatının şefi ABŞ və Qərbə qarşı olduqca gözlənilməz məzmun daşıyan ittihamlar irəli sürüb: “Onlar Azərbaycan və erməni xalqları arasında yenidən nifaq salmağa çalışırlar. Erməniləri inandırmağa çalışırlar ki, Qarabağdakı sülh prosesi Ermənistan üçün məğlubiyyətdir”.

Yəni, S.Narışkinın iddiasına görə, ABŞ və Qərb Ermənistandakı millətçi qüvvələri 10 noyabr anlaşmasını pozmağa qəsdən və məqsədyönlü şəkildə təhrik edir. Bu, əgər doğrudursa, ABŞ-ın Cənubi Qafqaz regionuna qarşı qaranlıq ssenarilərinin ola biləcəyindən xəbər verir.

Ancaq burada müəyyən suallar doğura biləcək bəzi məqamlar da olmamış deyil. Belə ki, erməniləri imzalanmış kapitulyasiya sənədinin Ermənistan üçün ağır məğlubiyyətin rəsmiləşməsi olduğuna inandırmağa elə bir ciddi ehtiyac yoxdur. Çünki ermənilər bunu ABŞ və Qərbin təhrikləri olmadan da çox gözəl anlayırlar.

Bununla belə, kimin təhrik etməsindən asılı olmayaraq, hətta ən qatı millətçilər hakimiyyəti ələ keçirtsələr belə, Ermənistanın bu sənədin şərtlərini pozmaq şansları demək olar ki, yoxdur. Hər halda, indiyə qədər ABŞ və Qərbdən vədlərdən başqa heç nə ala biləməyən, savaş nəticəsində çökdürülmüş Ermənistan şərtləri poazacağı təqdirdə, dövlət kimi mövcudluğunu itirə biləcəyini də nəzərə almaq məcburiyyətindədir. Burada Rusiya faktorunu unutmaq olmaz.

Deməli, rəsmi İrəvan bu anlaşmanı poza bilməyəcək. Cənubi Qafqazı xaosa sürükləmək istəyən ABŞ və Qərbin təhriklərinin də real nəticələr verə biləcəyi inandırıcı görünmür.

Amma ABŞ və Qərbin Cənubi Qafqazda ciddi maraqlarının olduğu inkaredilməz bir reallıqdır. Yəqin ki, həmin maraqların təhlükə altında qalmaması üçün bütün mümkün vasitələrdən istifadə olunacaq. Və region dövlətləri, xüsusilə də Azərbaycan buna hazır olmalıdır.

Məsələ ondadır ki, Ermənistan region dövləti olsa da, hazırda geopolitik proseslər barədə düşünəcək imkanlara sahib deyil. Gürcüstana gəldikdəsə, rəsmi Tiflisin hələlik ikibaşlı oyunlara daha çox üstünlük verdiyi müşahidə edilir.

Belə ki, M.Saakaşvili hakimiyyətinin süqutundan sonra Gürcüstanda iqtidara gəlmiş siyasi qüvvələr daha çox Rusiyaya yaxın hesab olunur. Halbuki Rusiya-Gürcüstan münasibətlərinin bu müddətdə xüsusi “mehribanlaşma” ilə seçildiyini də iddia etmək çətindir. Çünki Kremlin Abxaziya və Cənubi Osetiya münaqişələri ilə bağlı rəsmi mövqeyi Rusiya-Gürcüstan münasibətləri qarşısında əsas əngəlləyici faktor rolunu oynayır.

Ona görə də, Gürcüstanın baş naziri Georgi Qaxariyanın ABŞ-ın dövlət katibi Maykl Pompeo ilə görüşdə tutduğu mövqe o qədər də təəccüblü deyil. Belə ki, Gürcüstanın baş naziri ABŞ-ın dövlət katibinə təklif edib ki, Ağ Ev Cənubi Qafqazda öz təsir gücünü mümkün qədər artırsın.

Əlbəttə, Gürcüstanın maraqları baxımından, ABŞ-ın Cənubi Qafqaz regionunda geopolitik proseslərə daha güclü təsir etməsi önəmli ola bilər. Çünki bu region dövlətinin Rusiyanın ucbatından müəyyən ərazi bütövlüyü problemi yaranıb və həll edilmədən qalmaqdadır.

Ancaq ABŞ və Qərbin Cənubi Qafqazda daha da güclənməsi ümumilikdə region üçün o qədər də sərfəli geopolitik ssenari sayıla bilməz. Çünki bu halda, regionda qarşıdurma mühitinin daha da güclənə biləcəyi qətiyyən istisna deyil. Üstəlik, Ermənistan və Gürcüstan ABŞ-ın Cənubi Qafqaz regionuna nüfuz etməsini təmin edə biləcək hərbi-siyasi imkanlara, mexanizmlərə sahib deyillər.

Məsələ ondadır ki, hazırda Cənubi Qafqaz regionunda möhkəmlənmək istəyən istənilən dövlət ilk növbədə Azərbaycanla anlaşmaq məcburiyyətindədir. Yəni rəsmi Bakının regionda görmək istəmədiyi heç bir dövlət bu bölgədə siyasi iradə nümayiş etdirə bilməz.

Hələlik isə bu istiqamətdə rəsmi Bakının mövqeyi konkretdir. Belə ki, rəsmi Bakının razılığı ilə Rusiya sülhməramlıları bölgədə yerləşdirilib. Həmin sülhməramlıların bölgədən çıxarılma hüququ da hazırda rəsmi Bakının əlindədir.

Eyni zamanda, rəsmi Bakı Rusiya sülhməramlılarının bölgəyə gəlişini Türkiyənin prosesdə iştirakını təmin etməklə balanslaşdırıb. Belə ki, Kremlin müqavimətinə baxmayaraq, məhz rəsmi Bakının israrlı tələbləri ilə Türkiyə hərbçilərinin sülhyaratma prosesində iştirakı təmin olunub.

Təbii ki, bu, Cənubi Qafqaz regionunda geopolitik proseslərin də məzmun və istiqamətlərinə ciddi şəkildə təsir göstərən faktordur. Belə ki, Azərbaycan regional geoploitik proseslərin əsas hərbi-siyasi iradə mərkəzinə çevrilmə hüququnu öz əlində saxlayır. Eyni zamanda, rəsmi Bakının istəyinə uyğun olaraq, Türkiyə və Rusiya bu prosesdə iştirak edir.

Bütün bunlardansa, çox sadə nəticələr çıxmaqdadır. Belə ki, Cənubi Qafqaz regionunda bir çox nəhəng dövlətlərin maraqları ciddi şəkildə toqquşsa da, geopolitik proseslər məhz Azərbaycan-Türkiyə ittifaqının nəzarətində olacaq. Türkiyə Cənubi Qafqazda həm siyasi, həm də hərbi təsir faktorları ilə yerləşmək üzrədir.

Ona görə də, ABŞ və Qərbin yaxın gələcəkdə Cənubi Qafqazda geopolitik təşəbbüsü ələ ala biləcəyi qətiyyən inandırıcı deyil. Bu region artıq iki türk dövlətinin hərbi-siyasi iradəsinə bağlı bölgə taleyinə məhkumdur. Və bunun geopolitik proseslərə, o cümlədən də, regionun gələcək taleyinə mümkün təsirləri ən yaxın günlərdə açıq-aşkar ortaya çıxmağa başlayacaq./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyədən ABŞ və Qərbə “gözdağı”: rəsmi Ankara "müttəfiqlər"indən üz çevirir

    Türkiyədən ABŞ və Qərbə “gözdağı”: rəsmi Ankara ...

    18-11-2017, 01:40

  • 
  • Köhnə “qurd”ların Cənubi Qafqaz uğrunda mübarizəsi

    Köhnə “qurd”ların Cənubi Qafqaz uğrunda mübarizəsi ...

    26-01-2018, 11:42

  • 
  • Kəşfiyyat mərkəzi Qarabağ planını de-şifrə etdi: Moskva nə istəyir, Vaşinqton nə…

    Kəşfiyyat mərkəzi Qarabağ planını de-şifrə etdi: ...

    7-10-2015, 00:01

  • 
  • Cənubi Qafqazda təhlükəsizliyi necə təmin etməli?

    Cənubi Qafqazda təhlükəsizliyi necə təmin etməli? ...

    21-05-2014, 10:34

  • 
  • ABŞ Qafqazda əməliyyata başlayır: mücahidlər silahlanır

    ABŞ Qafqazda əməliyyata başlayır: mücahidlər ...

    21-07-2014, 12:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (274)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu