GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ultra-millətçi ermənilər sevinc içindədir - Co Bayden Türkiyə və Azərbaycana qarşı qəzəbli görünür

Ultra-millətçi ermənilər sevinc içindədir - Co Bayden Türkiyə və Azərbaycana qarşı qəzəbli görünür

Tarix: 21-11-2020, 15:23 Bölmə :Siyasət Baxış: 473
Ultra-millətçi ermənilər sevinc içindədir - Co Bayden Türkiyə və Azərbaycana qarşı qəzəbli görünür


ABŞ-ın nüfuzlu “nbcnews” media orqanı Ermənistan-Azərbaycan müharibəsi fonunda Amerikada fəaliyyət göstərən erməni lobbisi haqqında məqalə dərc edib. Qeyd edilir ki, adıçəkilən ölkələr arasında kövrək atəşkəs əldə olunub. Atəşkəsin şərtlərinə uyğun olaraq ermənilərin nəzarətindəki bəzi ərazilər Azərbaycana qaytarılmalıdır. Ərazini tərk etmək zorunda qalan ermənilər yaşadıqları evlərə od vururlar.

Münaqişə zonasından çox-çox uzaqlarda - Amerikada isə yarım milyon erməni yaşayır. Amerikalı ermənilərin sayı o qədər də çox deyil. Ancaq onların yaratdığı diaspor təşkilatları kifayət qədər güclüdür və uzaq Ermənistanın müdafiəsi üçün öz çəkisindən də artıq iş görür.

Amerika nəşri bildirir ki, 1990-cı illərin əvvəllərində Dağlıq Qarabağ və ətraf rayonlar ermənilərin nəzarəti altına düşüb. Burada ermənilərin yaratdığı yerli idarəçilik mövcud idi. Bu ərazilər beynəlxalq hüquqa görə Azərbaycana məxsusdur.

Ermənistanla Azərbaycan arasında imzalanmış son anlaşmaya əsasən, bu ərazilərdən qovulmuş 800 min azərbaycanlı yenidən Dağlıq Qarabağa və ətraf rayonlara qayıdacaq.

“Nbcnews” yazır ki, Amerikada fəaliyyət göstərən erməni lobbisi rəsmi Vaşinqtonun xarici siyasətinin formalaşmasına təsir etmək gücündədir və onlar bu təsir hesabına Ermənistana öz hədəfinə çatmaq üçün beynəlxalq dəstək qazandıra bilərlər.
Amerikada yaşayan kubalıların sayı ermənilərdən 4 dəfə çoxdur, yəhudilər isə az qala ermənilərdən 14 dəfə böyük icmaya malikdir. Ancaq Amerikada Şer (Cher) kimi məşhur ermənilər var.

Məqalədə deyilir ki, Amerikadakı erməni lobbisinin təkidi ilə 2019-cu ildə Ağ Ev Ermənistana 60 milyon dollar yardım göstərib. Bu isə əvvəlki illə müqayisədə 40 faiz çoxdur.

Maraqlıdır ki, məqalədə ABŞ-da yeni formalaşmaqda olan Azərbaycan lobbisi haqqında da məlumat var. Lalə Rəhimova “Amerikanın Azərbaycanlı Qadınları” (Azerbaijani Women of America) təşkilatının prezidentidir. O deyir: “Erməni diasporu ilə müqayisədə biz çox yeniyik. Cəmiyyət olaraq biz hələ lobbi işini öyrənməkdəyik”.

Lalə xanım deyir ki, münaqişə zamanı biz Azərbaycanın maraqlarının müdafiəsi üçün çalışdıq. Müharibədən əziyyət çəkən azərbaycanlılara kömək məqsədi ilə Azərbaycana humanitar yardım göndərdik. Azərbaycan xalqı atəşkəsi alqışlayır, çünki bu atəşkəs Azərbaycan torpaqlarının 30 illik qeyri-qanini işğalına son qoyur.

Amerika nəşri vurğulayır ki, torpaqların Azərbaycana qaytarılması məsələsinə görə Ermənistanın Baş naziri Nikol Paşinyan ortadakı anlaşmanı “son dərəcə ağrılı” qərar kimi dəyərləndirmişdi.

“Bir çox erməni əsilli amerikalı yeni seçilmiş prezident Co Baydenin gələcək administrasiyasının Ermənistanın bölgədəki maraqlarına daha güclü şəkildə dəstək verəcəyinə ümid edir. Bayden həmişə Türkiyə və Azərbaycanı tənqid edib və yeni seçilmiş vitse-prezident Kəmalə Harris karyerasına ən çox erməni amerikalının yaşadığı Kaliforniyada başlayıb”, erməni analitik Riçard Qiraqosyan Amerika nəşrinə bildirib.

O, vurğulayıb ki, erməni lobbisi prezident kampaniyası dövründə Baydenin Dağlıq Qarabağla bağlı bir neçə bəyanat verməsinə nail olub. Bayden prezident Donald Trampı Azərbaycana Amerikanın verdiyi yardımı kəsməyə çağırdı, çünki Azərbaycan “bu münaqişəni hərbi həllinə çalışır” və Trump administrasiyasının “Ankaranın nazı ilə oynaması” da Bayden tərəfindən tənqid olunub. Co Bayden həmçinin tərəfləri atəşkəs əldə edildikdən sonra müharibənin qarşısını almaq üçün "etibarlı danışıqlara" başlamağa çağırmışdı.

“Ermənistanın Azərbaycanla imzaladığı müqaviləni qəbul etməkdən başqa yolu qalmamışdı. Mən Ermənistanda yaşayıram. Kimsə Los Anceles və ya Bostonda rahat şəraitdə yaşayıb maksimalist ultra-millətçi tələblər ortaya qoya bilər”, -Riçard Qiraqosyan deyir.

Amerika nəşri xatırladır ki, Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilər küçələrə axışdılar. Xüsusən, onlar Los Ancelesdə aktiv idilər. “The Armenia Fund” təşkilatı isə Dağlıq Qarabağa humanitar yardım göndərmək üçün 80 milyon dollar vəsait topladı. Amerikalı ermənilər yardımı çatdırmaq üçün regiona yollandı, tibbi yardım da Ermənistana çatdırıldı, hətta bəzi ikili vətəndaşlığı olan amerikalı ermənilər Ermənistan Ordusunda xidmətə baş vurdu.

Oktyabrın 10-da isə Kim Kardaşyan Ermənistana dəstək məqsədi ilə öz İnstagram səhifəsində video paylaşdı. Həmin videonu 20 milyon nəfər izləmişdi.

Əlbəttə, “nbcnews” də digər Qərb nəşrləri kimi 1915-ci il hadisələrindən söhbət açır. O vaxt 1.5 milyon erməninin soyqırıma məruz qaldığını vurğulayır. Bu məqam Qərb mətbuatı üçün aksiomdur. Əgər ermənilər haqqında nəsə yazılırsa, orada mütləq Türkiyə genosid törətməkdə ittiham olunmalıdır. Bu, elə bir ənənədir ki, kimsə bunu poza bilməz.

“Nbcnews” vurğulayır ki, Türkiyə və Azərbaycan 1915-ci ildə baş verən soyqırım hadisəsini inkar edir, onlar həmin hadisələri I dünya müharibəsi dövründə baş verən vətəndaş etirazları ilə əlaqələndirirlər.

Amerika nəşri bildirir ki, Amerikada keçirilən prezident seçkilərin də ermənilərin səsini qazanmaq gərəkir. Ona görə də prezidentliyə namizədlər erməni soyqırımını tanıyacaqları ilə bağlı müəyyən vədlər verirlər.../musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya Dövlət Dumasının Komitə sədrinin müavini: "Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycana qaytarılmalıdır"

    Rusiya Dövlət Dumasının Komitə sədrinin müavini: ...

    26-10-2018, 11:59

  • 
  • Ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır – Vaşinqtonda

    Ermənilər azərbaycanlılara qarşı təxribat ...

    30-09-2020, 09:40

  • 
  • Ermənilərin video yalanları bir daha faş oldu

    Ermənilərin video yalanları bir daha faş oldu ...

    6-04-2016, 21:15

  • 
  • Ermənilərin Qarabağ haqqındakı “Neytral ərazi” filmində azərbaycanlı hərbçilər aşağılanıb - TƏXRİBAT- VİDEO

    Ermənilərin Qarabağ haqqındakı “Neytral ərazi” ...

    30-09-2013, 15:41

  • 
  • Ermənilərin Qarabağdakı muzdlu döyüşçüləri - VİDEO

    Ermənilərin Qarabağdakı muzdlu döyüşçüləri - VİDEO ...

    2-05-2016, 12:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu