GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənistan yolayrıcında: Yeni baş nazir kim olsun?

Ermənistan yolayrıcında: Yeni baş nazir kim olsun?

Tarix: 24-11-2020, 14:53 Bölmə :Siyasət Baxış: 421
Ermənistan yolayrıcında: Yeni baş nazir kim olsun?


Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları davam edir. Müxalifət hesab edir ki, 44 günlük döyüşləri uduzan, Ermənistanı ağır siyasi, sosial, iqtisadi və hərbi vəziyyətə salan baş nazir və hökumətin bundan sonra dövləti idarə etməyə haqqı çatmır. Odur ki “Ermənistan cəmiyyətini düşdükləri və uzun illərdir çıxa bilmədikləri bataqlıqdan kim və hansı qüvvə çıxara bilər” sualı təbii olaraq düşündürür. Müstəqillik əldə etdikdən sonra Ermənistanın başı Qarabağla bağlı boş-boş vədlərə və xülyalara qarışdı. Dövlət və cəmiyyət ələbaxan oldu.

Əslində, cəmiyyətin müəyyən hissəsi 2018-ci ilin aprelində baş verən hakimiyyət dəyişikliyinə inanmışdı. Ancaq bu inamın da ömrü noyabrın 9-dək sürdü. Qərbin dəstəklədiyi Nikol Paşinyanın başçılıq etdiyi siyasi qüvvə ümidləri doğrultmadı. Azərbaycan torpaqlarını danışıqlar yolu ilə həll etməkdənsə, müharibəyə girişdi. Nəticədə həm özü, həm dövləti, həm də ermənilik adlı faşist ideologiyası uduzdu. Başqa sözlə, Ermənistanda Qərb partiyası məğlub oldu. İndi və Ermənistan üçün ənənəvi olaraq gözlər Şimaldadır. Ona görə də Ermənistanda indi də Rusiyanı razı salacaq hökumətin qurulacağı gözlənilir.

Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən 17 siyasi partiyanın nümayəndələri bu posta yeni namizəd irəli sürmək üçün Rusiya elitasının təmsilçiləri ilə fəal şəkildə müzakirə aparırlar. Ermənistanda çıxan “Joxovurd” qəzeti yazır: “Əldə etdiyimiz məlumata görə, 17 partiya əsasən Vazqen Manukyan, Artur Vanesyan və Qrant Baqratyanın namizədliyini müzakirə edib. Bizim ekspertlər bu namizədlərdən Vazqen Manukyana daha çox üstünük verir. Məlumatımıza əsasən, o, bu yaxınlarda öz namizədliyini müzakirə etmək üçün Moskvada səfərdə olub. Ancaq bu, gələcəkdə onun Ermənistana baş nazir olacağı demək deyil. O, yeni azad və ədalətli seçkilər keçirilənədək hökumətə müvəqqəti olaraq başçılıq edəcək. Başqa sözlə, Manukyan qısamüddətli baş nazir olacaq. Bu müddət ərzində baş nazir Nikol Paşinyanın tərəfdarlarının sayının artıb-azalması da müəyyənləşəcək. Biz Vazqen Manukyanla bu məsələ ətrafında danışmaq istədik. Ancaq o, müsahibə vermək istəmədiyini bildirdi”.

Vazqen Manukyan 1946-cı il fevralın 13-də anadan olub. Ermənistanın ilk baş naziri, 1992-1993-cü illərdə isə Ermınistanın müdafiə naziri olub. 1988-ci ilin fevralında ermənilərin yaratdığı “Qarabağ” Komitəsinin həmtəsisçisi və əlaqələndiricisi, həmin ilin iyunundan isə “Qarabağ” Komitəsinin əlaqələndiricisi olub.

Qrant Baqratyan 1958-ci il oktyabrın 18-də anadan olub. 1993-1996-cı illərdə Ermənistanın baş naziri vəzifəsində işləyib. Ermənistan parlamentinin üzvü olub. Rusiya Humanitar Akademiyasının akademikidir. İqtisadiyyatçıdır. “Azatutyun” Partiyasının sədridir.

Artur Vanesyan 1979-cu ildə anadan olub. O, 2016-2018-ci illərdə Milli Təhlükəsizlik Xidmətinin Yerevan idarəsinin rəis müavini, 2018-ci ilin mayından 2019-cu ilin sentyabrınadək isə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru işləyib. 1999-cu ildə Ermənistan Kənd Təsərrüfatı Akademiyasını, Sankt-Peterburq Xarici Əlaqələr İnstitutunu, sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Akademiyasını bitirib. Rusiyada təhsil almasına baxmayaraq, özünü baş nazir Nikol Paşinyan hökumətinin ən sədaqətli üzvü kimi göstərməyə çalışmışdı, sonradan müxalifətə keçib. Hazırda Vətən Partiyasının sədridir.

Hələ ki Nikol Paşinyan istefa vermək fikirində olmadığını bildirir. Bir də Levon Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarqsyan və Nikol Paşinyandan qalma bu qədər yük altına kim girəcək? Bir qrup isə iddia edir ki, Paşinyan problemləri özü həll edib getməlidir. Hər halda Ermənistan yolayrıcındadır: qərbə inteqrasiya, yoxsa Rusiya ilə yola davam etmək.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın bəyanatı

    Ermənistan müharibəyə hazırlaşır - Paşinyanın ...

    2-07-2018, 09:14

  • 
  • Ermənistan parlamentindəki müxalifət Paşinyanın istefasını tələb edir

    Ermənistan parlamentindəki müxalifət Paşinyanın ...

    17-11-2020, 12:48

  • 
  • Ermənistanda üç nazir təyin olunub

    Ermənistanda üç nazir təyin olunub ...

    5-10-2018, 13:13

  • 
  • İrəvanda yeni etiraz aksiyası başladı

    İrəvanda yeni etiraz aksiyası başladı ...

    16-11-2020, 19:04

  • 
  • Nikol Paşinyanın rəhbərlik etdiyi Təhlükəsizlik Şurasında nələr müzakirə olunub?

    Nikol Paşinyanın rəhbərlik etdiyi Təhlükəsizlik ...

    29-06-2018, 15:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu