GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Rusiyanın “ermənisiz Ermənistan” planı - Almaniya mediası İrəvan və Qarabağ xanlığı haqqında nə yazıb?

Rusiyanın “ermənisiz Ermənistan” planı - Almaniya mediası İrəvan və Qarabağ xanlığı haqqında nə yazıb?

Tarix: 30-11-2020, 14:08 Bölmə :Siyasət Baxış: 284
Rusiyanın “ermənisiz Ermənistan” planı - Almaniya mediası İrəvan və Qarabağ xanlığı haqqında nə yazıb?


Cənubi Qafqazda baş verən hərbi münaqişə dünya mediasının diqqət mərkəzindədir. O cümlədən, Almaniya kütləvi informasiya vasitələri də bu məsələyə xüsusi diqqət ayırırlar. Qarabağda yenidən alovlanmış müharibə haqqında Almaniya mediasında yüzlərlə xəbər yayılıb, problemin mahiyyətinin izahı ilə bağlı təhlil xarakterli onlarla məqalələr yazılıb. Bu prosesi mütəmadi şəkildə izlədiyimə görə deyə bilərəm ki, sonuncu Qarabağ savaşına qədər Almaniya mediası təsadüfi hallarda Azərbaycan haqqında müəyyən şeylər yazıb. Bəllidir ki, Qərb mətbuatında ermənilərə xristian təəssübkeşliyindən doğan xüsusi məhəbbət var. Almaniyada da bu tendensiya aydın görünür. Ancaq o da etiraf olunmalıdır ki, son vaxtlar Qərb mətbuatı Azərbaycan haqqında, Qarabağ probleminin mahiyyəti barədə kifayət qədər obyektiv yanaşma sərgiləyir. Və bu, beynəlxalq səviyyədə Azərbaycanın ciddi uğuru sayılmalıdır.

Bu yazımızda belə nümunələrdən biri haqqında söhbət açacağıq. “Der Tagesspiegel” qəzetində gedən “Tradition russisch-türkischer Absprachen” (Rus-türk anlaşmasının ənənəsi) adlı məqalədə bölgənin tarixi ilə bağlı müəyyən mülahizələr irəli sürülür. Məqalənin müəllifi Tessa Hofmann bəzi tarixi mənbələrə istinadən Dağlıq Qarabağın Azərbaycanamı, yoxsa Ermənistanamı məxsus olduğunu aydınlaşdırmağa çalışır.

Tessa Hofmann yazır ki, 1813-cü ildə Rusiya ilə İran arasında sülh müqaviləsi imzalandı. Nəticədə, “keçmiş fars xanlıqları olan Dərbənd, Bakı, Gəncə və Qarabağ xanlıqları Rusiyanın nəzarəti altına keçdi”. 1828-ci ildə isə Gülüstan müqaviləsi imzalandı. İrəvan və Naxçıvan xanlıqları da Rusiyanın əlinə keçdi. Bu ərazidə qısa müddət ərzində mövcud olan “erməni bölgəsi” (1828-1840) yaradıldı. Bu, ermənilər arasında erməni dövlətinin qurulacağı ilə bağlı ümidləri artırdı. O vaxt Qarabağ etnik və dini baxımdan Gəncə quberniyasına bağlı idi.

Gördüyünüz kimi, müəllif Azərbaycan xanlıqlarını fars (persiyan) kimi təqdim edir. Ancaq farslar arasında heç vaxt xanlıq anlayışı və ənənəsi olmayıb. Ümumiyyətlə, o vaxt tarixdə İran adlı dövlət yox idi. Həmin ərazidə yüzdə yüz türk olan Qacarlar sülaləsi hökmranlıq edirdi. Bəllidir ki, Qacarlar və ya Qacarlar sülaləsi 1796-1925-ci illərdə hazırkı Azərbaycanın və İranın ərazilərində hakimiyyətdə olublar. Bu dövlət İran yox, Qacarlar dövləti adlanırdı.

Təəssüf ki, müəllif 1805-ci ildə imzalanmış Kürəkçay müqaviləsindən söhbət açmır. Həmin müqavilə Qarabağ və Şəki xanlıqları ilə Rusiya arasında imzalanır. Müqaviləyə görə, bu xanlıqlar Rusiyaya ilhaq edilirlər. Kürəkçay müqaviləsi son dərəcə önəmli bir sənəddir. Çünki bu sənəddə birmənalı olan fakt odur ki, Qarabağın sahibi azərbaycanlılardır. Məhz azərbaycanlıların xanı ilə Rusiya dövləti müqavilə bağlayır. Məntiqlə ermənilər Qarabağda güc sahibi olsaydı Rusiya onlarla rəsmi müqavilə imzalayardı.

Almaniyalı müəllif qeyd edir ki, XIX əsrdə Rusiyanın ermənilərə yönəlik siyasətində qarışıqlıq vardı. Belə ki, Rusiyalı ruhanilər erməniləri xristianlığı parçalayan təfriqəçi hesab edirdilər. Rusiyanın gizli xidmət orqanları isə erməniləri inqilabçı sayırdı. Belə qarışıqlıqdan dolayı “Ermənisiz Ermənistan” ifadəsi ortaya çıxmışdı. Bu ifadə ilk dəfə Rusiyalı diplomat Aleksey Lobonov-Rostovski tərəfindən işlədilmişdi. 1882-ci ildən sonra Rusiya Cənubi Qafqazda zorakılığa söykənən coğrafi və etnik reallıqları nəzərə almayan siyasət yeridirdi. Bu da Rusiyanı xilaskar hesab edən ermənilər arasında ruslara olan inamı sarsıdırdı.

Söhbət açdığımız məqalədə bizim üçün önəmli olan məqamlardan biri İrəvan xanlığı ilə bağlıdır. Yuxarıda vurğuladıq, xanlıq klassik türk dövlət idarəçiliyi formasıdır. Xanlığın farslarla heç bir əlaqəsi yoxdur. Ermənilərin isə xanlıqdan danışması ümumiyyətlə, mümkün deyil. Əgər İrəvan xanlığı ərazisində ermənilər söz sahibi olsaydı məhz onlara məxsus dövlət qurumu olardı və həmin dövlətin rəhbərliyi Rusiya ilə anlaşma əldə edərdi. Ancaq tarixdə belə bir şey olmayıb.

Belə ala-yarımçıq da olsa Almaniya mətbuatında Azərbaycan xanlıqları haqqında məlumatın verilməsi, xüsusən Qarabağ və İrəvan xanlıqlarının adının çəkilməsi müsbət hadisədir. Ümid edək ki, Almaniyada Azərbaycan tarixinə maraq göstərən alimlərin sayı bundan sonra daha da çoxalacaq. Bunun üçün isə Azərbaycan güclü dövlət olmalıdır. Yalnız güclü dövlət özünə güclü maraq yaratmağa qadirdir./musavat.com.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Almaniya Bundestaqının deputatı: "Qarabağ Azərbaycana aiddir"

    Almaniya Bundestaqının deputatı: "Qarabağ ...

    9-01-2020, 14:39

  • 
  • Almaniya XİN-dən Dağlıq Qarabağla bağlı aydın mövqe

    Almaniya XİN-dən Dağlıq Qarabağla bağlı aydın ...

    12-11-2014, 11:48

  • 
  • Almaniya Ermənistanı işğalçı adlandırdı

    Almaniya Ermənistanı işğalçı adlandırdı ...

    9-07-2015, 16:13

  • 
  • Almaniya-PKK əlaqələri haqda şok müzakirə

    Almaniya-PKK əlaqələri haqda şok müzakirə ...

    3-06-2016, 02:24

  • 
  • Almaniya Qarabağla bağlı7 maddəlik plan təklif edir

    Almaniya Qarabağla bağlı7 maddəlik plan təklif ...

    7-04-2016, 20:55


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (528)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu