GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Paşinyan komandasındakı “sorosçu”ları qurban verir, özünü xilas edə biləcəkmi? - TƏHLİL

Paşinyan komandasındakı “sorosçu”ları qurban verir, özünü xilas edə biləcəkmi? - TƏHLİL

Tarix: 12-12-2020, 20:45 Bölmə :Siyasət Baxış: 313
 Paşinyan komandasındakı “sorosçu”ları qurban verir, özünü xilas edə biləcəkmi? - TƏHLİL


İrəvanda amerikalı maliyyəçi və “Açıq Cəmiyyət” Fondunun qurucusu Corc Sorosun ofisinin bağlanması üçün Milli Təhlükəsizlik Xidməti hərəkətə keçib. Bu haqda “Veto” hərəkatının lideri Narek Malyan bildirib.

Malyan illərdir ki, Ermənistandakı Soros ofisinin bağlanması və hökümətdəki sorosçuların vəzifədən uzaqlaşdırılmasına çalışanlardandır. Ötən ilin sentyabrında “Veto”çular Corc Soros əlində pul dolu çanta ilə təsvir olunun heykəlini hazırlayaraq İrəvandakı ofisinin qarşısında qoymuşdular. O zaman Narek Malyan demişdi ki, Soros Ermənistanı və dövlətçiliyi məhv etmək üçün bu çantadan erməni fəallara qrant paylayır. O, bir müddət öncə Soros fondundan erməni fəalı Saşik Sultanyana yezidi kürdlərlə ermənilər arasında nifaq salmaq üçün pul ötürüldüyünü iddia edib və Milli Təhlükəsizlik Xidmətinə (MTX) müraciət ünvanlayıb.

Malyan bildirib ki, Ermənistan MTX yaxın günlərdə Soros ofislərində total yoxlamalar aparacaq, məşhur erməni sorosçular istintaqa cəlb ediləcəklər. Malyanın sadəcə bir fiqur olduğu, əslində Ermənistandakı sorosçulara qarşı prosesin Rusiyadan idarə edildiyinə prosesi izləyənlərdə şübhə yoxdur.

Soros milyarder-xeyriyyəçidir, xeyriyyəyə 32 milyard dollar pul xərcləyib. Çoxları ondan qorxur və hesab edirlər ki, o, qlobal konspirasiyanın mərkəzində duran iblisdir. Ermənistanda Paşinyan da daxil olmaqla hakimiyyətin əsas nümayəndələrinin sorosçulardan təşkil edildiyi də kimsəyə sirr deyil. Rusiyanın Sorosa münasibəti isə bəllidir ki, neqativdir. Şimal qonşumuzun Ermənistanda rolunun artdığı bir vaxtda Ermənistan MTX-nın hərəkətə keçməsi, xidmət rəhbərinin son bir həftədə 2 dəfə Rusiyaya səfər etməsi də təsadüfi sayıla bilməz. Deyilənlərə görə, ona Ermənistan hakimiyyətindəki sorosçuların təmizlənməsi üçün “yol xəritəsi” və 1 həftə vaxt verilib.

“Qafqaz” Araşdırma Mərkəzinin rəhbəri, təhlükəsizlik məsələləri üzrə ekspert Elxan Ələsgərov deyir ki, Soros fondunun Ermənistandakı ofisinin bağlanması Rusiyanın Paşinyan qarşısında qoyduğu tələbdir: “Erməni mətbuatı yazır ki, Ermənistan Təhlskəsizlik Xidmətinin rəhbəri son bir həftə ərzində 2 dəfə Rusiya Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Bortnikovla görüşüb. Bortnikov Ermənistan Təhlskəsizlik Xidmətinin rəhbərinə siyahı verib, həmin siyahıda Sorosun Ermənistan hakimiyyətindəki adamlarının adları yer alıb. Həmin adamların vəzifədən uzaqlaşdırılması Rusiya ilə Ermənistan arasındakı razılaşmanın şərtlərindən biridir. Hazırda Rusiya Paşinyanın hakimiyyətdə qalmasını istəyir. Baxmayaraq ki, bir müddət əvvələ qədər Paşinyan Rusiyaya qarşı çıxışlar edirdi. Bu gün İrəvanda ABŞ-ın ən böyük səfirliyi fəaliyyətdədir, orada 2500 nəfər çalışır. İrəvanda amerikalıların çalışdığı çox sayda QHT-lər fəaliyətdədir. Həmin QHT-lər Soros tərəfindən maliyyələşdirilir. Onlara qarşı görülən tədbirlər Rusiyanın Ermənistanda daxili vəziyyətin öz lehinə çevirmək istəyindən qaynaqlanır”.

Elxan Ələsgərov deyir ki, Nikol Paşinyan müharibəni uduzsa da, çoxsaylı səhvlərə yol versə də, Ermənistan müxalifəti onu vəzifədən uzaqlaşdırmaq gücündə deyil: “17 müxalifət partiyası Paşinyana qarşı birləşsə də, heç nə əldə edə bilmir. Əlbəttə ki, Paşinyanın ayaqda qalması onun Sorosla əlaqələrindən qaynaqlanır. Paşinyan yaxın aylarda hakimiyyətdə qalacaq. Ona qarşı küçələrə çıxan 10 min nəfərə yaxın müxalifətçi ciddi nəticə əldə edə bilməyəcək. Bu gün erməni müxalifətinin normal namizədi də yoxdur. Ermənistan hakimiyyətinin taleyi Rusiyanın əlinə keçməkdədir. Putin çıxışında dedi ki, Paşinyan çətin qərarlar qəbul edib, onu başa düşmək, ona şərait yaratmaq lazımdır. Bu isə o deməkdir ki, yaxın bir neçə ayda ona dəyməyəcəklər, hakimiyyətdə qalmasına mane olmayacaqlar. Hakimiyyətdəki Paşinyan tərəfdarları – sorosçular isə tədricən kənarlaşdırılacaq. Onlar ermənilərin Moskvadakı əlaqələri üzərindən faktiki olaraq Putinə qarşı fəaliyyət gösətriblər. Buna görə də Paşinyan hökümətini baltalamaq Rusiya üçün önəmli məsələdir. Rusiyanın məqsədi indiki mərhələdə sorosçuların İrəvandakı köklərini kəssin”.

Elxan Ələsgərov bildirdi ki, Nikol Paşinyanın indiki mərhələdə hakmiyyətdə qalması Azərbaycan üçün də önəmlidir: “Paşinyanın imzaladığı razılaşmanın icrası mərhələsində onun hakimiyyətdə qalması vacibdir. Əslində Paşinyan da, ondan əvvəl Sərkisyan, ondan əvvəl Köçəryan da Ermənistanı zəiflətməklə məşğul olublar. Qarabağda xülya dövlət qurmaq istəkləri ilə Ermənistanı bir dövlət kimi məhvə sürükəyiblər. Bu gün Ermənistan xaos içərisindədir. Azərbaycanda isə əks proses gedib ötən illər ərzində. Güclü Azərbaycan dövləti yaradılıb. Paşinyan bu gün səviyyəsiz bir dövlətin baş naziridir. Bu dövlət Rusiyaya meydan oxumaq iddiasına düşmüşdü. Sorosçular bu iddianı irəli sürən komandanın özəyini təşkil edib. Bu gün isə Rusiya həmin komandanın başında dayanan Paşinyanın əli ilə sorosçuları yığışdırır, kadrları dəyişir. Paşinyan çıxılmaz vəziyyətdir, özünün komanda yoldaşlarına qarşı getmək məcburiyətindədir”.

Ekspert Nikol Paşinyanın özünün də istintaqa cəlb edilə biləcəyini istisna etmədi./“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Corc Soros Avropa birliyinə fatihə oxudu

    Corc Soros Avropa birliyinə fatihə oxudu ...

    10-02-2013, 11:11

  • 
  • Siyasəti Trampdan təmizləmək lazımdır – Soros

    Siyasəti Trampdan təmizləmək lazımdır – Soros ...

    25-10-2018, 11:05

  • 
  • “Rus NATO-su”nun rəhbərini Soros tutdurur?

    “Rus NATO-su”nun rəhbərini Soros tutdurur? ...

    28-07-2018, 14:06

  • 
  • “Corc Soros adət edib ki, həmişə onunla razılaşsınlar” - Prezidentin köməkçisi

    “Corc Soros adət edib ki, həmişə onunla ...

    24-10-2017, 13:48

  • 
  • Soros: "Avropa Birliyi parçalanacaq"

    Soros: "Avropa Birliyi parçalanacaq" ...

    29-06-2016, 00:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (98)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu