"Xəbər erməni saytlarında yayıldığından belə bir səfərin gerçəkləşəcəyi barədə dəqiq söz demək çətindir”.
Bu sözləri Sfera.az-a açıqlamasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın Bakıya səfər edəcəyilə bağlı erməni mətbuatının məlumatını şərh edərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:
"Düzdür, bir müddət əvvəl Moskvada üç dövlətin milli təhlükəsizlik xidməti rəhbərlərinin görüşü olmuşdu. Prinsipcə belə bir səfər reallaşarsa bir sıra mövzularla bağlı müzakirələrin aparılacağını proqnozlaşdırmaq olar. Əsirlərin dəyişdirilməsində elə bir problem yoxdur, amma sərhədlərin müəyyənləşməsi istiqamətində fikir mübadiləsi aparıla bilər.
Bu məsələdə Ermənistanda ciddi narazılıq var. Vaxtilə torpaqlarımızı işğal etdiklərindən ermənilər üçün sərhədlərin fərqi yox idi. İndi isə torpaqlarımız işğaldan azad edildiyindən bu məsələ ermənilər üçün ağrılı prosesə çevrilib. Ola bilsin, erməni təhlükəsizlik xidmətinin rəhbərinin Bakıya səfəri məhz bu məqsədə xidmət edir”.
Bununla belə, həmsöhbətimiz xəbəri yayan mənbənin Paşinyana müxalif olmasını əsas gətirərək, informasiyanın dəqiqliyinə şübhə ilə yanaşdığını bildirdi:
"Xəbərin dəqiqliyi şübhəlidir. Çünki xəbəri yayanlar Ermənistan baş naziri Nikol Paşinyana müxalif olan qüvvələrdir. Onlar da Paşinyanın mövqeyini zəiflətməyi düşünürək belə məlumatları qəsdən yaya bilərlər”.
Sorğu
Yeni dizaynımız necədir?