GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Paşinyanı iqtidarda Bakı saxlayır? - TƏHLİL

Paşinyanı iqtidarda Bakı saxlayır? - TƏHLİL

Tarix: 18-02-2021, 12:28 Bölmə :Siyasət Baxış: 357
Paşinyanı iqtidarda Bakı saxlayır? - TƏHLİL


Kapitulyasiya acısını yaşayan Ermənistanda müxalifətin hakimiyyəti zorla ələ keçirmək cəhdləri davam edir. Fevralin 20-nə baş nazir Nikol Paşinyanın istefası tələbi ilə növbəti, iddialara görə, 10 noyabrdan sonra ən güclü etiraz aksiyası təyin olunub. Lakin müşahidəçilərə görə, bu cəhd də uğursuzluğa məhkumdur. Ona görə ki, yoxsul erməni xalqını hazırda hakimiyyətdə kimin olmasından qat-qat çox çörək, dolanışıq, qazanc yeri maraqlandırır.

Mövcud durumda Qarabağ klanı da təzədən “xortlamaq” istəyir. Söhbət bu klanın odioz simaları, siyasi revanş hissi ilə alışıb-yanan sabiq prezidentlər - Xocali hərbi caniləri Robert Köçəryan və Serj Sərkisyandan gedir. Az öncə Köçəryan böyük siyasətə qayıtdığını elan eləmiş, seçkilər olacağı təqdirdə partiyasının (hansı ki, hələ mövcud deyil) qalib gələcəyi barədə iddialı bəyanat səsləndirmişdi.

Bugünlərdə Serj Sərkisyan da analoji fikirlər söyləyib. Verdiyi son geniş müsahibədə “mən heç vaxt böyük siyasətdən getməmişəm, son 30 ildə böyük siyasətdə olmuşam” deyən Serjik özünü təmizə çıxarmağa, erməni xalqının gözündə reabilitasiya olunmağa çalışıb. Təbii ki, “bacarıqsız” Paşinyan hökumətini öz aləmində “yıxıb-sürüməyin” fonunda. Baş naziri gözdən salmaq üçün Sərkisyan onu hətta guya Azərbaycan Prezidenti ilə erməni maraqları əleyhinə hansısa gizli sövdələşmədə suçlayıb.

Hələ harasıdır, Xocalı canisi 1 mart 2008-ci ildə öz xalqını qanına qəltan eləməklə (10 nümayişçi öldürülmüşdü) hakimiyyəti zəbt edən S.Sərkisyan deyib ki, 44 günlük müharibədə kapitulyasiya edən nə erməni ordusu olub, nə də erməni xalqı, uduzan Paşinyan və komandası olub. “Prezident İlham Əliyev erməni ordusuna, erməni xalqına qalib gəlməyib” - Serj Sərkisyan sərsəmləyib. Yəqin Azərbaycan Ordusunun cəmi ay yarımda məhv elədiyi 8 min işğalçı əsgər və zabit, ordudan fərarilik edən 10 min hərbçi yadplanetlilər imiş!..

*****

Xatırladaq ki, Azərbaycanın Ali Baş Komandanı dəfələrlə bildirib ki, biz məhz Köçəryan-Sərkisyan işğalçı ordusuna qalib gəlmişik, çünki həmin ordu məhz onların dövründə yaradılıb, Paşinyan 1-2 ilə ordu qura bilməzdi. Bu gerçəyi həzm edə bilməyən Sərkisyan isə utanıb-qızarmadan, həyasızcasına onu da iddia edib ki, guya “10 il ərzindəki danışıqlarda, həmçinin 2016-cı ilin aprel müharibəsi zamanı Azərbaycan qalib gəldiyi üçün İlham Əliyevdə müəyyən kompleks yaranıb”.
Amma onun ağ yalanını elə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan çıxarıb: “Sərkisyan aprel müharibəsinin dayandırılmasının səbəbi barədə yalan danışır. Əslində müharibə məhz onun xahişi ilə dayandırılıb. O, Rusiya vasitəsilə Azərbaycan Prezidentinə vəd verib ki, işğal altındakı rayonların boşaldılmasına dair qrafiki təsdiq edəcək. Aprel müharibəsi erməni tərəfinin vədlərindən sonra dayandırıldı. Vədlərin 2016-cı ilin yayında yerinə yetirilməsinə dair müəyyən qrafik də nəzərdə tutulurdu. Lakin həmin ilin yayında ”Sasna tsrer" qiyamı baş verdi və Serj Sərkisyan bundan istifadə edərək vədlərin icrasını 2017-ci ilin aprelinə qədər, sonra isə hakimiyyətin tranzitinə (ölkənin baş nazir idarəçiliyinə keçid - red.) qədər uzatdı. Bu adam çoxsaylı vədlər verərək Ermənistanın üzərinə belə yük qoydu".

*****

“Biz bu torpaqları vuruşaraq işğalçılardan azad etmişik. Ermənistanı məğlub edib məcbur etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur olub bizə qaytarsın. Çünki danışıqlar zamanı heç vaxt Laçın və Kəlbəcər rayonlarını bizə qaytarmaq istəmirdi. Danışıqlarda razılığa gəlməməsinin əsas səbəbi də məhz bunda idi. Əfsus ki, Ermənistanın və onun bəzi xarici havadarlarının mövqeyi ondan ibarət idi ki, 5 rayon Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında qalsın. Mən bu təklifi rədd etdim”.

Bu sözləri İlham Əliyev fevralın 14-də Laçının Güləbird kəndində etdiyi çıxışı zamanı deyib. Diqqətçəkicidir ki, Azərbaycan Prezidentinin bu sözlərini Ermənistanda anti-Paşinyan güruhu, ilk növbədə də 2018-ci ilin yazında devrilmiş xunta rejiminə bağlı olanlar dərhal öz bildikləri kimi, kontekstdən çıxararaq yozmağa başlayıb. Guya o vaxt Paşinyan Sərkisyan hakimiyyətini devirməsəydi, az sonra “dqr” nəinki müstəqillik qazanacaq, üstəlik, Laçın və Kəlbəcər də Ermənistana qalacaqmış.

Daha soruşan yoxdur ki, Azərbaycan, onun hakimiyyəti nə vaxt buna razılıq verdi ki, belə eyforik iddialara da əsas olsun? İkinci yandan, 20 il hakimiyyətdə olan Qarabağ klanı - cinayətkar Köçəryan-Sərkisyan rejimi nədən buna nail ola bilmədi? Ona görə ki, ortada Bakının prinsipiallığı və siyasi qətiyyəti var idi: konflikt ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır və Azərbaycan öz ərazilərinin alver predmeti olmasına getməyəcək!" Başqa sözlə, Bakı “sülh əvəzinə torpaq” prinsipinin üzərində durdu, İrəvanın “torpaq əvəzinə torpaq” avantürasına getmədi...

*****

Bu xüsusda Aremenianreport.com-da Tevos Arşakyanın müəllifi olduğu məqalə diqqət çəkir. Ermənistandakı real ictimai-siyasi ovqatı daha yaxşı dərk eləmək, Qarabağdan işğalçıların meyitləri yığılarkən Ermənistandakı siyasi meyitlərin dirilməyə can atmasının gerçək səbəbini bilmək üçün “Yeni Müsavat” onu ixtisarla təqdim edir:

“Əgər 2018-ci ilin yazında Paşinyanın əvəzinə başqa birisi tərəfindən xalq Sərkisyanı devirməyə yönəldilsəydi, o da uğur qazanacaqdı. Çünki o zaman ölkədəki vəziyyət və xalqın özü inqilab üçün yetişmişdi.

Məcburi istefasından sonra uzun müddət inadkar bir susqunluq saxlayan Serj Azatoviç son zamanlar cəsarətə gəlib və siyasi reabilitasiya arzusunu nümayiş etdirir. İstefasından sonrakı 2 ildə o başa düşürdü ki, böyük siyasətə qayıtmaq üçün heç bir şansı yoxdur - xalq hələ onun hakimiyyət dövrünü unutmayıb, Paşinyanın isə o yan-bu yana vurnuxmasına və populizminə baxmayaraq, şəxsi reytinqi Ermənistan daxilində olduqca yüksək idi. Son parlament seçkilərində Sərkisyanın partiyası heç 5%-lik baryeri aşıb Milli Məclisə düşə bilmədi.

Ancaq sonra müharibə oldu, Ermənistanda çətin anlar başladı, Paşinyanın reytinqi kəskin endi. Və elə bu andan da bütün dəlmə-deşiklərdən siyasi meyitlər çıxmağa başladı. Ancaq Sərkisyanın siyasi reabilitasiya şansı dostu Robert Köçəryandan da azdır. Əgər hətta onların reytinqlərini toplasaq, Nikol Vovaeviçin indiki reytinqinə çatmaz. Bunun da bir izahı var: xalqımız hələ öz yaddaşını itirməyib. Hətta kapitulyasiyadan sonra da Paşinyanla Köçəryan-Sarkisyan klikası arasında seçim etməli olsa, əksəriyyət yenə birincini üstün tutacaq.

Sərkisyan müharibə haqda, Paşinyanın daha əlverişli şərtlərlə münaqişənin siyasi yolla həlli üçün əldən verdiyi fürsətlər haqqında çox şey söyləyib. Bağışlayın, ölkədə 10 il hakimiyyətdə olan siz deyildiniz ki? Niyə münaqişəni bizim üçün əlverişli şərtlərlə həll etmədiniz? Onun müsahibəsindəki bütün cəfəngiyyat da buna yönəlib - bulanıq suda balıq tutmaq. Və bizim xalq da bunu bilməlidir və unutmamalıdır ki, 2018-ci ilin yazında rüsvayçı şəkildə qovduğumuz adamlar hakimiyyətə can atırlar..."

*****

Göründüyü kimi, Qarabağ klanının “kitabı” həmişəlik bağlanıb. N.Paşinyanı da iqtidarda Bakı yox, ən əvvəl erməni xalqının özü saxlayır. Sözsüz, “kitabı” bağlayan həm də Azərbaycan Ordusudur. Yəni Nikol Paşinyan könüllü və ya zorla hakimiyyətdən getsə belə, nəticə Qarabağ klanı üçün dəyişməyəcək.../musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağ klanının hakimiyyətə yolu bağlanıb - Bakını da məmnun edən 2 dəmir səbəb

    Qarabağ klanının hakimiyyətə yolu bağlanıb - ...

    9-02-2021, 08:40

  • 
  • Robert Köçəryan Qarabağın qondarma rejimi ilə təmaslarını sıxlaşdırır

    Robert Köçəryan Qarabağın qondarma rejimi ilə ...

    24-08-2018, 10:55

  • 
  • Qarabağ klanının siyasi “meyitlər”i - Kreml “muncuq” siyasətinə qayıdır?

    Qarabağ klanının siyasi “meyitlər”i - Kreml ...

    6-02-2021, 12:38

  • 
  • Köçəryan Ermənistanda baş naziri devirib yerinə keçir

    Köçəryan Ermənistanda baş naziri devirib yerinə ...

    6-04-2014, 13:57

  • 
  • Erməni KİV-ləri: Ermənistanda 20 illik hakimiyyət terror, cinayət və qorxu ilə idarə olunub

    Erməni KİV-ləri: Ermənistanda 20 illik hakimiyyət ...

    28-07-2018, 13:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu