GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Qarabağ klanının siyasi “meyitlər”i - Kreml “muncuq” siyasətinə qayıdır?

Qarabağ klanının siyasi “meyitlər”i - Kreml “muncuq” siyasətinə qayıdır?

Tarix: 6-02-2021, 12:38 Bölmə :Siyasət Baxış: 317
Qarabağ klanının siyasi “meyitlər”i - Kreml “muncuq” siyasətinə qayıdır?


Ötən həftə Ermənistanın ikinci prezidenti Robert Köçəryan siyasi mübarizəyə başlayacağı və erkən seçkilərə qatılacağının anonsunu verdi. Eyni zamanda, qələbəsinə qəti əmin olduğunu bildirdi. Bundan bir qədər sonra o və Qarabağ klanının digər odioz siması - 2018-ci ilin mayında inqilab yolu ilə hakimiyyətdən devrilmiş Serj Sərkisyan müxalifət qüvvələrinin liderləri ilə görüşlərə başladılar ki, bu da təkcə ölkə daxilində yox, xaricdə də siyasi təhlilçilərin diqqətini cəlb elədi. Çünki hazırda Ermənistan kapitulyasiya sonrası olduqca mürəkkəb bir dönəmdən keçir.

Maraqlıdır ki, həmin görüşlər fonunda ölkənin üçüncü prezidenti Serj Sərkisyan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşüb. Məlumata görə, görüş məhz Rusiya tərəfinin təşəbbüsü ilə baş tutub və onlar Dağlıq Qarabağdakı müharibənin nəticələrini geniş müzakirə ediblər. Kopırkin müzakirə olunan mövzular çərçivəsində Rusiyanın mövqeyi barədə fikirlərini bölüşüb. Bunu da qeyd edək ki, hazırda R.Köçəryan Moskvada bir neçə günlüyə səfərdədir. İstintaq altında olan eks-prezidentə az öncə İrəvan məhkəməsi 5 günlüyə ölkəni tərk eləmək icazəsi vermişdi.

Şəksiz ki, Köçəryan Moskvaya gəzməyə getməyib. Odur ki, məntiqli sual yaranır: Qarabağ klanının siyasi “meyitləri” sayılan, Xocalı hərbi caniləri Köçəryan-Sərksiyan cütlüyünün həşiri nə ilə bağlıdır, birdən-birə onların fəallaşmasının və rəsmi Moskva ilə zondaja başlamasının arxasında hansı hədəf dayana bilər? Yoxsa Kreml təzədən “hərəyə bir muncuq” siyasətinə qayıdır?

Hər necə olmasa, indilikdə Nikol Paşinyanın hakimiyyətdə qalması Rusiyaya əl verir. İkinci yandan, Qarabağ klanının reytinqinin Ermənistanda aşağı olmasının da Moskva fərqində olmamış deyil. Bəs nə baş verir? Kreml Paşinyanı gərginlikdə saxlamaq məramımı güdür?

*****

“Burada hər şey aydındır. Qarabağ klanı hakimiyyətə qayıtmaq niyyətindədir və hazırda o, öz qüvvələrini səfərbər eləməyə başlayıb. Lakin fikrimcə, Ermənistanda hakimiyyətin zorla ələ keçirilməsi və Paşinyanın güc yolu ilə devrilməsi qeyri-mümkündür. Qarabağ klanı buna gedərsə, uğursuzluqla üzləşəcək”.

Musavat.com xəbər verir ki, bunu rusiyalı ekspert İqor Korotçenko Axar.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, Qarabağ klanı daha legitim üsullar haqda düşünməlidir. “Onlardan biri növbədənkənar parlament seçkilərinin keçirilməsidir. Amma erməni müxalifət qüvvələri buna da getməyə cəsarət etməyəcək və anlayacaqlar ki, şansları olmayacaq. Hazırda erməni müxalifətinin hakimiyyətə necə gələ biləcəyi ilə bağlı müzakirələr gedir. Bundan başqa, Köçəryan Rusiyaya səfər etmək niyyətindədir (Hazırda Moskvadadır - red). Belə çıxır ki, o, Moskvada dəstək axtaracaq”.

Erməni siyasi yazar Tevos Arşakyanın bu xüsusda şərhi də diqqət çəkir. “Yeni Müsavat”ın məlumatına görə, onun Armenianreport.com-dakı redaksiya məqaləsində deyilir: “Bir sıra erməni KİV-i tərəfindən olduqca qəribə bir məlumat yayılıb. Məlumata görə, Rusiya tərəfinin təşəbbüsü ilə bu ölkənin ölkəmizdəki səfiri Sergey Kopırkinlə eks-prezident Serj Sarkisyan arasında görüş keçirilib. Görüşdə tərəflər Ermənistandakı daxili siyasi durumu, Qarabağdakı vəziyyəti, eləcə də bölgədəki yeni geosiyasi reallıqları müzakirə etdilər. Həqiqətən qəribə bir məlumatdır, deyilmi, əziz oxucular?”, - deyə o sual edir.

Arşakyan ardınca daha ironik suallara keçir: “Görəsən bu gün Serj Sərkisyan kimdir ki, Ermənistandakı daxili siyasi vəziyyət onunla müzakirə edilir? O, müxalifət lideri deyil, ölkə əhalisinin əksəriyyətinin nifrət elədiyi bir siyasi meyitdir. Onun baş nazir və ya prezident vəzifəsini tutmaq bir yana, böyük siyasətə qayıtmaq üçün heç bir leqal şansı yoxdur. Bununla belə, Kremlin istəyi ilə Rusiya səfiri məhz onunla görüşüb. Nə üçün?”

Ardınca müəllif özü öz suallarına cavab verməyə çalışıb. “Üstəgəl, indi cəmiyyətimiz tərəfindən eyni dərəcədə nifrət edilən başqa bir keçmiş prezident - Robert Köçəryan Moskvadadır. Ehtimal ki, Rusiyanın siyasi rəhbərliyi ilə o, gizli görüşlər keçirir. Görünür Kreml strateqlərinin Sərkisyan və Köçəryan vasitəsilə hazırkı Ermənistan hökumətinin ən ağrılı nöqtəsini tapıb, ona yoxlayıcı zərbə endirmək istəyir. Görünən həm də budur ki, bizim XİN Rusiya səfirini xalça üzərinə çağırmalı və heç olmasa, ona hələ ki, suverenliyini saxlayan Ermənistanın daxili işlərinə qarışmağın yolverilməzliyi barədə xəbərdarlıq etməlidir”.

*****

Ancaq vassal ölkənin XİN rəhbərliyində çətin ki, belə bir cəsarət tapılsın. Özü də Ermənistanın bunca Moskvadan güclü asılılıqda olduğu indiki zamanda. Erməni xalqını isə bu dəqiqə nə müxalifət və iqtidar, nə da onların amansız hakimiyyət davası maraqlandırır. Onu yalnız çörək, normal iş yeri və soyuq qışdan necə çıxmaq düşündürür.

Qarabağ klanı da daxil, hakimiyyət üçün əldən gedən müxalifət isə hər şeydən, o cümlədən Azərbaycana qarşı revanşizmdən dəm vurur, lakin sadə ermənini təqib edən ağır sosial-iqtisadi problemlərin həllindən heç nə demir, konkret “yol xəritəsi” təklif eləmir. Çünki belə bir “xəritəyə”, sadəcə, malik deyillər.

Yenə onlarla müqayisədə Paşinyan hökuməti nəsə edir, hətta ara-sıra onun özü və təmsilçiləri qonşu Türkiyə və Azərbaycanla əlaqələrin bərpası vacibliyindən söz açırlar. Ona görə yox ki, daha Türkə nifrət eləmirlər, o səbəbə ki, 44 günlük müharibədəki rüsvayçı məğlubiyyətdən sonra Ermənistan üçün başqa alternativ xilas yolu qalmayıb.../“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Davudoğlu Sərkisyan üçün “Qarabağ təklifi” hazırladı

    Davudoğlu Sərkisyan üçün “Qarabağ təklifi” ...

    9-12-2013, 13:01

  • 
  • Putinin Sərkisyana Qarabağ narazılığı...

    Putinin Sərkisyana Qarabağ narazılığı... ...

    25-08-2017, 12:45

  • 
  • Putinlə Köçəryanın 1 saatlıq telefon danışığı - kim kimə nə deyib...

    Putinlə Köçəryanın 1 saatlıq telefon danışığı - ...

    30-12-2020, 12:46

  • 
  • Kapitulyasiya sonrası Ermənistan üçün 3 ssenari – Paşinyan çarmıxa, Köçəryan taxta?..

    Kapitulyasiya sonrası Ermənistan üçün 3 ssenari – ...

    29-12-2020, 19:56

  • 
  • Serj Sərkisyan azərbaycanca danışdı

    Serj Sərkisyan azərbaycanca danışdı ...

    19-07-2013, 11:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu