“Fevralın 18-19-da mən tərəfdaş ölkəmiz Azərbaycana səfər etməli idim. Məni Bakıya dəvət etmişdilər. Lakin ölkədə baş verən proseslər və hökumətin istefasına görə Bakıya gedə bilmədim”.
Bunu Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd David Zalkaliani parlamentdə keçirilən dinləmələrdə deyib.
D.Zalkaliani Azərbaycan və Türkiyə xarici işlər nazirləri ilə təmasda olduğunu qeyd edib: “Hər iki həmkarımla əlaqə saxlamışam. Onlar mənə anlayışla yanaşdılar. Nazirlər yaxın gələcəkdə görüşməyə və bizim üçün aktual məsələləri müzakirə etməyə hazırdırlar”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?