Birinci vitse-prezident Mehriban Əliyeva özünün Instagram hesabında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
"Xocalı soyqırımı kimi faciələr unudula bilməz. Günahsız insanların vəhşicəsinə qətlə yetirilməsinə heç nə ilə haqq qazandırmaq olmaz! Biz o dəhşətli hadisələr haqqında həqiqətləri təhrif olunması cəhdlərindən hər zaman qoruyacağıq. Xocalı soyqırımı qurbanlarının işıqlı xatirəsini ehtiramla yad edir, Uca Tanrıdan bütün şəhidlərimizə rəhmət diləyirəm".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?