Milli Şuranın prezidentliyə namizədi YAP finksionerlərinin onun ölkəyə dönməyəcəyi ilə bağlı ittihamlarına cavab verdi Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin Avropaya səfəri davam edir. Cəmil Həsənlinin Milli Şuranın Mətbuat Xidmətinə verdiyi məlumata görə, səfəri çox ugurla keçir. O hazırda Avropa Birliyinin, Avropa Şurasının və digər bir sıra nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirir. Görüşləri başa vurduqdan sonra oktyabr ayının 18- də Vətənə dönməyi planlaşdırır.
Cəmil Həsənli son günlər bəzi kütləvi informasiya vasitələrində YAP rəhbərliyinə daxil olan bəzi şəxslərin onun Azərbaycana qayıtmayacağı ilə bağlı yaydıqları fikirlərə də münasibət bildirib. Milli Şuranın namizədi bu fikirləri böhtan adlandırıb: “Bu tip açıqlamalar başdan-ayağa yalan və böhtandan ibrarədir. Mən seçkilərdə millətimin maraqlarını ifadə etmişəm və bundan iftixar hissi keçirirəm. Seçki kampaniyası bir partiya kimi YAP-ın yararsızlığını və onun namizədinin xalqın arasında heç bir dəstəyə malik olmadığını göstərdi. O ki qaldı mənim Azərbaycana qayıtmamağıma, bu məsələ ilə bağlı YAP funksionerlərinin fikirləri cəfəngiyyatdır. Mənim nə indi, nə də bundan sonra Azərbaycandan harasa getmək fikrim yoxdur və bunu ümumiyyətlə ağlıma da gətirmirəm. Mən hazırda Avropa ölkələrində səfərdəyəm və nəzərdə tutulan səfər başa çatdıqdan sonra oktyabrın 18-də Bakıya dönəcəyəm. Biz ölkəmizi Səyavuş Novruzov kimi təsadüfü adamların ümidinə buraxıb heç hara gedə bilmərik. Bu ölkədə hələ görəcəyimiz çox işlər var”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?