GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ukrayna böhranında ABŞ-Rusiya toqquşması: Ərdoğan bu konflikti də çözəcəkmi...

Ukrayna böhranında ABŞ-Rusiya toqquşması: Ərdoğan bu konflikti də çözəcəkmi...

Tarix: 13-04-2021, 10:44 Bölmə :Siyasət Baxış: 242
Ukrayna böhranında ABŞ-Rusiya toqquşması: Ərdoğan bu konflikti də çözəcəkmi...


Politoloqların fikrincə, Türkiyə Qarabağdan fərqli olaraq, Donbas probleminin döyüşsüz, danışıqlarla həllinin tərəfdarıdır, Rusiya isə hələ ki müharibə istəmir - iki ekspertin fərqli baxışı...

Ukrayna böhranı ABŞ-la Rusiya arasındakı strateji qarşıdurmanın yeni fazası kimi qiymətləndirilir. Qeyd edilir ki, bölgədə ABŞ və Rusiyanın strategiya müharibəsi gedir. Demokratiya, insan haqları, ərazi bütövlüyü kimi söhbətlər iki nəhəngi səmimi şəkildə maraqlandırmır. Faktiki olaraq, ABŞ Rusiyanı hədəfə alıb. Dövlət katibi Entoni Blinken də bugünlərdə yenidən deyib ki, Rusiya Ukraynaya qarşı “ehtiyatsız və aqressiv hərəkət edərsə” nəticələri ilə qarşılaşacaq. Sanki həm isti, həm soyuq savaş Amerika ilə Rusiya arasında gedir, Ukrayna ilə yox.

“Yeni Müsavat”ın xəbərinə görə, Blinken aprelin 9-da Almaniya və Fransa xarici işlər nazirləri ilə Rusiyanın ilhaq etdiyi Krım yarımadasında, Ukraynanın şərq sərhədləri yaxınlığında hərbi gücünü artırmasını dayandırmasının vacibliyi ilə bağlı məsləhətləşmələr aparıb. Kremlin sözçüsü Dmitri Peskov aprelin 11-də “heç kəsin müharibəyə getməyi planlaşdırmadığını” bildirib, lakin Moskvanın Ukraynanın şərqində yaşayan rusdilli əhalinin taleyinə “laqeyd qalmayacağını” da əlavə edib. Belə görünür ki, müharibənin baş verməməsi üçün ABŞ-la müttəfiq olan NATO ölkəsi Türkiyə də bu məqsədlə prosesə vaqif olmaqdadır.

Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə səfəri, həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü, 20 bəndlik sənəd imzalanması Ankaranın Kiyevə dəstəyi kimi təqdim edilir. Ərdoğan Zelenski ilə görüşdən sonra açıqlama verərək Ukraynanın şərqində Donbas regionunda “narahatlıq doğuran” proseslərə son qoyulmasına çağırıb. O, Türkiyənin lazımi dəstəyi verməyə hazır olduğunu bildirib.

Reallıq budur ki, Türkiyə-Rusiya yaxınlaşmasına, bir çox regional konfliktlərdə, Qarabağ da daxil, anlaşmalarına, bərabər hərəkət etmələrinə baxmayaraq, Ukrayna məsələsində fikir ayrılığı var.

“Bölgəmizin dinc və təhlükəsiz gələcəyi naminə hər iki ölkənin fikir ayrılıqlarını ən qısa müddətdə danışıqlar və sülh yolu ilə həll etməsini istəyirik, bu istiqamətdə çalışırıq” - deyə, Ərdoğan İstanbulda bəyan edib. Zelenskinin Türkiyə səfəri göstərir ki, Ankara daha bir münaqişənin həllində rol oynamağa, ciddi regional faktora çevrilməkdədir. Sadəcə, Qarabağ məsələsindən fərqli olaraq, Ukrayna krizisində Ankara ilə Moskva toqquşur.

Bununla belə, Ərdoğanın sözlərindən aydın olur ki, Türkiyə məsələni gərginləşdirməyin əleyhinədir və danışıqlarla yoluna qoymağa hazırlaşır. Bu da müharibə ehtimallarını azaldır. O zaman Ərdoğan bu konflikti də həll edəcəkmi və nə şəkildə yoluna qoyulmasının tərəfdarıdır?

Politoloq Cümşüd Nuriyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Türkiyə birmənalı şəkildə Ukraynanı dəstəkləməklə Rusiyanın Azərbaycandakı imperialist mövqeyini zəiflətməyə çalışır. Onun fikrincə, Kreml sülhməramlı qüvvələrin Xankəndində daimi qalmasına, hərbi baza formalaşdırmağa çalışır: “Bəyanatda nəzərdə tutulan 1960 nəfərdən artıq hərbçir ora yerləşdirilir. Türkiyə də bunu gözəl bilir. Digər tərəfdən, Rusiya birdən-birə bir neçə cəbhə açıb. Amma Ukrayna məsələsində Polşa və Türkiyə faktoru var. Kreml bunu görür. Türklər uzun müddət Krıma sahiblənib, tarixən türklər orada qan töküblər. Son 400 ildə 10 dəfə rus-türk müharibəsi olub. Onun son 4 müharibəsini türklər uduzublar. Amma Qarabağda qələbə ilə türk dünyasının və Türkiyənin imici qalxdı. Bu, həm də Türkiyənin mənəvi qələbəsi idi və Rusiya nəticəni yaxşı anlayır".

C.Nuriyevin sözlərinə görə, Rusiya ilə Türkiyənin Suriya və Liviyada qarşıdurmaları var: “Belə şəraitdə Ərdoğanın yürütdüyü ağıllı xarici siyasət Rusiyanı narahat etməkdədir. Onlar bilir ki, Polşa və Türkiyənin Ukrayna məsələsində mövqeyi sabitdir, dəyişməzdir. Ərdoğan bu məsələlərə ağıllı, səmərəli yanaşır. Həm türk dünyasının maraqlarını güdür, həm də yumşaq güc göstərir. Eyni zamanda Azərbaycan Ordusu Türkiyənin mənəvi dəstəyi və bizə verdikləri silahlarla rus silahlarını nokauta saldı. Bütün bunları Moskva yaxşı görür. Düzdür, hələlik Ankaranın tutduğu mövqe Moskva üçün təhlükəli deyil, amma Ukraynanın ərazi bütövlüyünü bərpa etmək istiqamətində bir gedişidir.

Rusiya yaxşı başa düşür ki, Ukrayna ilə müharibəyə girmək indi ona sərf etməyəcək. Yeni rus elitası Putindən kənarlaşır, iqtisadiyyat çöküb. Putin özünü ikinci Pyotr hesab edir. Lakin Sankt-Peterburq istisna, Moskva elitasını onun yanaşması qane etmir, ondan ayrılırlar. Üstəgəl, Rusiyadan sürətlə kapital axını xaricə gedir. Ona görə də Putin hələ müharibə istəmir".

Siyasi analitik Elxan Şahinoğlunun sözlərinə görə, Zelenskinin təşəbbüsü ilə avqustun 23-də Kiyevdə “Krım platforması” adlı beynəlxalq konfrans keçiriləcək: “Aydındır ki, bir konfransla Krım problemini həll etmək mümkün deyil. Ancaq Kiyev istəmir ki, beynəlxalq aləm Krımı unutsun və konfrans vasitəsilə diqqəti yarımadaya cəlb etməyə çalışır.

Zelenski Türkiyəyə səfəri zamanı Ərdoğanı da adı çəkilən konfransa dəvət etdi. Ərdoğan dəvəti qəbul etdi. O da aydındır ki, “Krım platforması” Kremlin qıcığına səbəb olub. Kremlin minimum və maksimum hədəfi var. Minimum hədəfi budur ki, böyük dövlətlər Krımı unutsunlar. Maksimum hədəfi isə budur ki, yaxşı halda Rusiyaya tərəfdaş ölkələrdən bir neçəsi Krımı Rusiyanın ərazisi kimi tanısın".

Politoloqun fikrincə, Kiyevin məqsədi isə Kremlin minimum və maksimum hədəflərinə çatmasına mane olmaqdır: “Krımı beynəlxalq hüquq normalarına uyğun Ukrayna ərazisi kimi tanıyan, ancaq Kremli qıcıqlandırmamaq üçün Kiyevdəki tədbirə qatılmayanlar da olacaq”.

E.Şahinoğlu hesab edir ki, Ukrayna ilə Azərbaycanın Türkiyə üçün fərqi göz qabağındadır: “Türkiyə Azərbaycanın işğal altındakı torpaqlarının müharibə yolu ilə azad edilməsi üçün ölkəmizə hərtərəfli dəstək verdi və Ankara bunu doğru strategiya kimi əsaslandırdı. Ankara Ukrayna nümunəsində isə ərazi məsələsinin yalnız danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıdır. Halbuki Ankarada da anlayırlar ki, Donbas məsələsini danışıqlar yolu ilə həll etmək çətinləşib, Krımdan isə danışmağa dəyməz”.

Politoloq Türkiyənin Ukrayna-Rusiya müharibəsinin qəti əleyhinə olduğunu düşünür: “Çünki mümkün müharibə Türkiyəyə xarici və təhlükəsizlik siyasətində problemlər yarada bilər. Digər tərəfdən, Türkiyə Ukraynanın şərqindəki gərginliyin Qaradəniz hövzəsinə inikasının da qəti əleyhinədir. Çünki Ukrayna ilə Rusiya arasında müharibə başlasa, bu, yalnız Donbasdakı ərazi ilə məhdudlaşmayacaq, hər iki ölkənin Qaradənizə çıxışı var, qarşıdurma dənizdə də davam edəcək. Bu isə Türkiyənin maraqlarına ziddir”./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ukrayna atəşkəsə gedir

    Ukrayna atəşkəsə gedir ...

    3-09-2014, 13:43

  • 
  • Rusiya və Ukrayna arasında yeni gərginlik – VİDEO

    Rusiya və Ukrayna arasında yeni gərginlik – VİDEO ...

    2-07-2015, 18:50

  • 
  • Rusiya Ukrayna sərhədlərinə durmadan qoşun cəmləşdirir, ABŞ narahatdır

    Rusiya Ukrayna sərhədlərinə durmadan qoşun ...

    1-04-2021, 18:27

  • 
  • Krım məhkəməsi Ukrayna dənizçilərinin həbsi haqda qərar verib

    Krım məhkəməsi Ukrayna dənizçilərinin həbsi haqda ...

    28-11-2018, 11:22

  • 
  • Parisdə Ukrayna böhranı müzakirə olunacaq

    Parisdə Ukrayna böhranı müzakirə olunacaq ...

    2-03-2016, 21:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu