“Ermənistan baş nazirinin yaxın çevrəsinə daxil olan mənbənin verdiyi məlumata görə Belarus Prezidenti Aleksandr Lukaşenkonun Bakıya səfər edib ölkə başçısı İlham Əliyevlə görüşəcəyini eşidən Paşinyan dərhal Batyaya zəng edib. Paşinyan Lukaşenkodan İlham Əliyevlə görüşü zamanı Azərbaycan rəsmilərinin Ermənistan əhalisini səksəkəyə salan bəyanatlar verməməmsini xahiş edib”.
Bu barədə KONKRET.az-a açıqlamasında BDU-nun professoru, politoloq Əlimusa İbrahimov fikir səsləndirib. O bildirib ki, Paşinyan heç olmasa iyunun 20-nə nəzərdə tutulan seçkilərə qədər Azərbaycanı səbr etməyə çağırıb: “O deyib ki, İlham Əliyev son çıxışı zamanı Zəngəzur, Göycə və İrəvana qədər gedəcəklərini dedikdən sonra qorxuya düşən paytaxt sakinləri Rusiya səfirliyi qarşısında növbəyə dayanıblar. Onlar Rusiyaya getmələri üçün şərait yaradılmasını istəyirlər. Paşinyan ehtiyat edir ki, nəzərdə tutulan seçki zamanı Ermənistanda səs verməyə adam qalmasın”.
Politoloq əlavə edib ki, seçkidən sonra onsuz da Paşinyan hakimiyyəti ölkədə ermənilərin xaricə kütləvi axınına kömək edəcək reformalar həyata keçirəcək: “Çünki o, erməni millətini düşünən həqiqi liderdir. Nikol hesab edir ki, əgər millət Ermənistanda əziyyət çəkirsə, o zaman niyə də gedib Rusiyada yaşamasın. Lukaşenkonun Paşinyanın xahişini İlham Əliyevə çatdırıb-çatdırmaması haqqında rəsmi məlumat yoxdur”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?