Xəbər verildiyi kimi noyabrın 12-də Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilovla görüşü zamanı deyib ki, Ermənistanın yenidən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) və Avrasiya İqtisadi Birliyinə (AİB) rəhbərlik etməsinə şübhə ilə yanaşır. Lukaşenkonun sözlərinə görə rəsmi Yerevan əsasən hökümətdə olan böhranı aradan qaldırmağın yollarını aramalıdır, Minsk isə KTMT-yə 3 namizədini irəli sürməyə hazırlaşmalıdır.
GundemXeber.Az xəbər verir ki, Ermənistan baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında jurnalistin "Nəyə görə erməni tərəfi Belarus xarici işlər nazirliyinin KTMT ilə bağlı fikirlərinə cavab vermir?" sualına belə cavab verib.
Paşinyan o suala cavab verdiyini xatırladıb: "Ancaq yenə də deyirəm. Əgər dekabrın 6-da Sankt-Peterburq şəhərində KTMT-nin yeni baş katibinin təyinatı məsələsində konsensus əldə edilməsə, Ermənistan bu istiqamətdə öz işlərini davam etdirəcək. Hansı ki, bu təşkilatda bütün qərarlar konsensus vasitəsilə həyata keçirilir. O ki qaldı, Lukaşenkonun dediklərinə. Qoy Belarus lideri o fikirlərinə bir aydınlıq gətirsin. Mən təəccüb edirəm ki, 30 il ərzində bir ölkənin başçısı vəzifəsində çalışasan və bu sözləri deyəsən. Mən təkcə ondan yox, başqalarından da izahat istəyirəm".
Qeyd edək ki, Qazaxıstan prezidenti Nursultan Nazarbayev də KTMT sammitinin son günündə bildirib ki, bu qurumun baş katibi vəzifəsinə Belaruslu nümayəndə təyin ediləcək.
Noyabrın 17-də Belarusun xarici işlər nazirliyi Paşinyanın KTMT haqda açıqlamasına siyasi cavab verib: "Qoy Paşinyan küçə demokratiyasından imtina etsin və böyük siyasətə doğru addımlasın".
Sorğu
Yeni dizaynımız necədir?