Bir müddət öncə əfv olunaraq azadlığa buraxılan, sabiq iqtisadi inkişaf naziri, sonra mediada onun barəsində heç bir informasiyaya rast gəlmək mümkün deyildi. Yalnız dünən onun Almaniyaya, ardınca oradan isə Londona getməsi ilə bağlı xəbərlər yayıldı. Həbsxanadan çıxandan sonra sabiq naziri öz vəkili və hüquqlarını müdafiə edənlərlə də görüşməyib.
Fərhad Əliyevin vəkili Elton Quliyev Modern.az-a bildirib ki, azadlığa çıxandan sonra belə, Fərhad Əliyevlə görüşmək imkanı olmayıb. Vəkilin sözlərinə görə, məhkəmələri çox olduğundan keçmiş müvəkkilini görə bilməyib.
“Mən də mediadan bilirəm ki, Londona gedib. Amma onunla görüşməmişəm. Məhkəmələrim çoxdur”, – deyə Elton Quliyev bildirib.
Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev azadlığa çıxandan sonra ilk dəfə oğlu Yusiflə görüşüb. Məlumata görə, görüş Böyük Britaniyanın London şəhərində baş tutub. Fərhad Əliyev Londona xanımı ilə birlikdə gedib. “Mediaforum”un məlumatına görə, Fərhad Əliyevin oğlu Yusif London İqtisadiyyat Məktəbində təhsil alır, bu məktəbdə isə təhsil intensiv keçirildiyi üçün sabiq nazir azadlığa çıxandan sonra oğlu Bakıya gələ bilməyib, ona görə də Fərhad Əliyev övladını görmək üçün Londona getməli olub. Ailənin Bakıya nə vaxt dönəcəyi haqda heç bir məlumat yoxdur.
2005-ci ildə tutularaq 10 il müddətinə azadlıqdan məhrum edilmiş Fərhad Əliyev 9 il müddətinə azadlıqdan məhrum edilmiş qardaşı Rafiq Əliyevlə birlikdə 2013-cü il oktyabrın 14-də prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa çıxıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?