GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Məğlub ölkə xaosa sürüklənə bilər: seçkilər olsa da, olmasa da... - GƏLİŞMƏ

Məğlub ölkə xaosa sürüklənə bilər: seçkilər olsa da, olmasa da... - GƏLİŞMƏ

Tarix: 1-06-2021, 12:11 Bölmə :Siyasət Baxış: 394
Məğlub ölkə xaosa sürüklənə bilər: seçkilər olsa da, olmasa da... - GƏLİŞMƏ


Ermənistanda daxili siyasi intriqa getdikcə güclənir. 20 iyun parlament seçkilərindən qaynaqlanan bu intriqada əsas qarşı duran tərəflər artıq məlumdur. Bu - baş nazir əvəzi Nikol Paşinyan və onun komandası, bir də sabiq prezident Robert Köçəryanın timsalında Qarabağ klanı - “Hayastan” (“Ermənistan”) blokudur. Seçki günü yaxınlaşdıqca rəqiblərin qarşılıqlı ittihamları da artır. Paşinyan hətta Köçəryanı açıq debata çağırıb.

Təbii ki, ən böyük maraq və diqqət məhz hakim qüvvəyə, daha dəqiqi, Nikol Paşinyanın mövqeyinə verdiyi bəyanat və açıqlamalardır. Çünki hər necə olmasa, hakim partiya hələ də ölkədə ən yüksək reytinqə malikdir. Bundan əlavə, əgər Robert Köçəryan Rusiyaya sadiq qüvvələri təmsil edirsə, Nikol Paşinyan haqda bunu söyləmək, yumşaq desək, mümkün deyil. 44 günlük müharibədən acınacaqlı məğlubiyyətlə çıxmış ölkədə siyasi rəqabətə əlavə və ciddi çalar qatan amillərdən biri də budur. Yəni son zamanlar Azərbaycanla mübahisələrin qızışmasına süni şəkildə rəvac verən qərbyönlü Paşinyanın öz beynində konkret nəyi nəzərdə tutması...

*****

“Texniki baxımdan, Paşinyan Rusiyanın dəstəyindən imtina etmir, ancaq milli suverenlik məsələlərinə o, laqeyd yanaşaraq, dolayı yolla Ermənistanı Qərblə Rusiya arasında bazarlığa çıxarır”.
“Yeni Müsavat” xəbər verir ki, bu fikir erməni siyasi şərhçi Robert Qazaryanın “Vestnik Kavkaza” portalındakı müəllif məqaləsindəndir.

Onun sözlərinə görə, qərbyönlü siyasi baxışlara sadiq qalan Paşinyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin hesabına İrəvana Moskvanın təsirini zəiflətməyə çalışır. “Bu mövqe isə erməni siyasətinin rusofil qanadını bərk qıcıqlandırır. Sonuncular ehtiyat edirlər ki, bu, Moskvanın kəskin reaksiyasına səbəb olar. Öz narahatlığını Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan da gizlətməyib və bildirib ki, Nikol Paşinyanın siyasi uzaqgörənliyinin olmaması vətəndaş müharibəsinə gətirə bilər”, - müəllif qeyd edib.

Onun qənaətincə, son bir ayda yaşanan hadisələr göstərir ki, baş nazir əvəzi həqiqətən də sərhəddəki vəziyyətə nəzarət etmir. “Bunun əvəzinə Nikol Paşinyan seçkilərə hazırlaşır. Özü də əsas rəqibi Köçəryan da daxil olmaqla, indiki bütün müxaliflərin nə Moskva, nə də Qərb üçün maraq kəsb eməməsindən süi-istifadə edərək. Ancaq Ermənistandakı abı-hava bundan sonra da sərhəddəki qeyri-müəyyənlik qorxusundan qaynaqlanmağa davam edərsə, ölkənin cənubu problemli bir bölgəyə çevrilə və Ermənistanın özü isə xaosa yuvarlana bilər”, - deyə erməni təhlilçi sonda narahatlıqla əlavə edib.

*****

Xaosdan qaçmağın ən effektli yolu isə məlum: seçkilər oldu-olmadı, qonşu Azərbaycan və Türkiyə ilə əlaqələri təcili şəkildə qaydaya salmaq, onlara qarşı əsassız ərazi iddialarından rəsmən vaz keçmək, 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli sənədlərin Ermənistana aid bəndlərini qeyd-şərtsiz yerinə yetirmək. Məğlub ölkədə siyasi mübarizə hakimiyyətdən daha çox, məhz bu hədəf uğrunda getməlidir. Çünki söhbət Ermənistanın olum-qalım məsələsindən, onun taleyindən, ona xilas üçün açılan bəlkə də sonuncu şans pəncərəsindən gedir.

Əfsus ki, bu istəyi görmürük. Əvəzində isə bitməyən sərhəd təxribatlarına, “Ermənistanın bazarlığa çıxarılmasına” şahidlik etməkdəyik.

“Ermənistan tərəfdən sərhəd təxribatına parlament seçkiləri ərəfəsində cəhd olunması təsadüfi deyil. Görünür, Paşinyan öz seçicilərinə hansısa kiçik bir ”qələbə" nümayiş etdirmək istəyib. Yəni ki o da cavab vermək, “diş göstərmək” gücündədir. Di gəl, bunun yerinə Putinin az öncə dediyi oldu. Onun dişlərini qırdılar. Beləcə, Ermənistan növbəti fiaskoya, daha bir ağrılı uğursuzluğa düçar oldu".

Musavat.com-un məlumatına görə, bu sözləri “Moskva-Bakı” virtual körpüsü zamanı rusiyalı politoloq, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

Korotçenkoya görə, hazırda Ermənistan hərbi planda onu təqib edən biabırçı uğursuzluqlar qarşısında psixoloji kompensasiyaya ehtiyac duyur: “İkinci Qarabağ müharibəsindəki darmadağın və təslimiyyət, sərhəddə Azərbaycan əsgərlərinin göstərdiyi psixoloji üstünlük: yayılan videolarda silahlı erməni əsgərlərinin özlərinə aid olmayan əraziləri necə itaətkarcasına tərk etdiyini görürük. Bu, erməni cəmiyyətində böyük psixoloji kollaps yaradır”.

Son təxribat cəhdinin konkret olaraq Paşinyanın qərarı əsasında olub-olmadığı haqda danışan analitik bildirib: “Aydındır ki, bu hərəkət ən azı Baş Qərargah rəisi, bəlkə də müdafiə naziri səviyyəsində sanksiyalaşdırılıb. Çünki belə əməliyyatın aşağı və orta ranqlı erməni komandirləri tərəfindən müstəqil şəkildə həyata keçiriləcəyini təsəvvürə gətirmək çətindir. Bu istisnadır. Düşünürəm ki, hərbi rəhbərlik səviyyəsində sanksiya verilib. Bəs belə sanksiya Paşinyanın razılığı olmadan mümkün idimi? Ehtimal 50:50-yədir”.

İstənilən halda, politoloq hesab edir ki, son təxribat olayı Ermənistan üçün növbəti dərs, onun hərbi komandanlığı üçün isə belə şeylərlə məşğul olmağa gərək olmadığının göstəricisidir: “Çünki bu cəhdlərin qarşısı dərhal alınacaq. Ən əsası, belə təxribatlar səmərəsizdir, ona görə ki, bu gün Azərbaycan Ordusunun döyüş hazırlığı səviyyəsi, o cümlədən mənəvi və psixoloji səviyyəsi Ermənistan ordusunun analoji göstəricilərindən qat-qat yüksəkdir. O səbəbə Ermənistanda revanşla bağlı bütün fikirlər həyatın sərt həqiqətinə gedib dəyərək çilik-çilik olur”.

Korotçenkonun sözlərinə görə, bu gün Nikol Paşinyanın söylədiyi və etdiyi hər şeyə müstəsna olaraq, onun gələcək şəxsi taleyini müəyyənləşdirəcək qarşıdakı seçkilər prizmasından baxmaq lazımdır. “Paşinyanın açıqlamalarının dəyəri yalnız seçkilərdən sonra dəqiq bilinəcək. Əgər o, məğlub olsa, ölkədən buraxılmayacaq və erməni generallarının uğursuzluqlarına görə ”günah keçisi" kimi müttəhimlər kürsüsündə oturacaq. Baş nazir əvəzi özü və ailəsi üçün olan bu riski anlayır. O səbəbdən onun hazırkı davranışları təkcə siyasi mübarizə deyil, eyni zamanda siyasi sağ qalmaq məntiqinə söykənir. Biz Paşinyanın KTMT və Rusiyanı vəziyyətə şərik eləmək mövzusunda necə oynamasını bir daha gördük. Ancaq həm Moskva, həm də KTMT münaqişənin həllinin siyasi və diplomatik yollarının lehinə danışdı, bunu vurğuladı. KTMT-də Ermənistanın və Paşinyanın kim olduğunu çox yaxşı başa düşürlər. İrəvan KTMT-nin əli ilə “şabalıdları” oddan çıxara bilməyəcək. Ermənistanın indi inqilaba, təlatümlərə deyil, sakit inkişafa ehtiyacı var. Bu da yalnız region ölkələri ilə nəqliyyat əlaqələrinin blokadadan çıxarılması, bütövlükdə iqtisadi əməkdaşlıq daxil olmaqla, Dağlıq Qarabağ nizamlanmasına dair üçtərəfli bəyanatın həyata keçirilməsini əhatə edən mehriban qonşuluq münasibətləri sayəsində mümkündür. Bunsuz Ermənistan son 30 ildə hansı durumda idisə, elə də qalacaq - yoxsul və miskin", - deyə rusiyalı ekspert xəbərdarlıq edib.

20 iyun seçkiləri də əslində daha çox bu suala aydınlıq gətirməlidir: baş nazir kim olur-olsun, İrəvan mehriban qonşuluq münasibətlərinə hazırdırmı?../“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Paşinyan Kremllə “bazarlığ”a oturacaq? - TƏHLİL

    Paşinyan Kremllə “bazarlığ”a oturacaq? - TƏHLİL ...

    4-09-2019, 11:50

  • 
  • Kapitulyasiya sonrası Ermənistan üçün 3 ssenari – Paşinyan çarmıxa, Köçəryan taxta?..

    Kapitulyasiya sonrası Ermənistan üçün 3 ssenari – ...

    29-12-2020, 19:56

  • 
  • “Qarabağ klanı” son “qala”nı qoruyur - GƏLİŞMƏ

    “Qarabağ klanı” son “qala”nı qoruyur - GƏLİŞMƏ ...

    3-10-2019, 15:47

  • 
  • Nikol Qarabağ separatçısına qarşı ilk açıq bəyanatını verdi

    Nikol Qarabağ separatçısına qarşı ilk açıq ...

    29-11-2018, 14:44

  • 
  • ​Paşinyan Qarabağı Azərbaycana qaytaracaq - SENSASİYALI AÇIQLAMA

    ​Paşinyan Qarabağı Azərbaycana qaytaracaq - ...

    6-12-2018, 11:46


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu