GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Regionda söz sahibi olan Türkiyə dünya gücünə çevrilir - son gəlişmələr

Regionda söz sahibi olan Türkiyə dünya gücünə çevrilir - son gəlişmələr

Tarix: 1-07-2021, 10:12 Bölmə :Siyasət Baxış: 331
Regionda söz sahibi olan Türkiyə dünya gücünə çevrilir - son gəlişmələr


NATO-nun Türk ordusundan kömək istəməsi kimləri qıcıqlandırdı; Ankaranın Turan yolunda qətiyyətlə irəliləməsi düşmənləri hərəkətə gətirib; ekspertlər deyir ki...

Rəsmi Ankaranın qətiyyətli və uğurlarla müşayiət olunan siyasəti qardaş ölkənin dostlarını sevindirirsə də, bədxahları ciddi şəkildə narahat edir. Təəssüf doğuran budur ki, belə bədxahlar Türkiyənin yaxın müttəfiqi olan bəzi ölkələrdə də var.

Bugünlərdə Rusiya mediasında Türkiyənin bölgədə aparıcı rol almasına dair analiz yayılıb. Analizdə bildirilir ki, Türkiyə artıq Güney Qafqazda və Orta Asiyada təşəbbüsü ələ alıb, proses aparır, əsas rolda çıxış edir. Yazıda həmçinin prezident Ərdoğanın NATO zirvəsində ABŞ prezidenti Baydenlə görüşündən sonra 15 iyunda Şuşada Azərbaycan lideri İlham Əliyevlə bir araya gəlməsi, müttəfiqlik haqqında tarixi bəyannamə imzalaması da vurğulanır. Bundan əlavə, NATO-nun, eləcə də ABŞ-ın Əfqanıstandan çəkilməsinin paralelində Türkiyənin Kabul haval limanının təhlükəsizliyini üzərinə götürməsi adı ilə Əfqanıstana girməsi də xüsusi vurğulanır.

“Kabildəki fəaliyyətimizin davam edib-etməyəcəyi ilə bağlı danışıqlar gedir. Hazırda hər hansı bir şəkildə hərbçi göndərmə vəziyyətində deyilik”. Bu fikirləri bir müddət əvvəl Türkiyənin milli müdafiə naziri Hulusi Akar ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) Türkiyəyə göndərəcəyi texniki heyətlə bağlı məsələyə mövqe bildirərkən deyib. Nazir bildirib ki, ABŞ və NATO-nun geri çəkilmə qərarından sonra Əfqanıstanın gələcəyi maraq mövzusuna çevrilib: “Bu səbəbdən də sabah ABŞ-dan gələcək heyətlə Əfqanıstanda Kabil Hamid Karzai Beynəlxalq Hava Limanının saxlanılması üçün fəaliyyətlər müzakirə ediləcək”. H.Akar regionda türk hərbçilərinin əfqan qardaşlarının təhlükəsizliyinə dəstək verdiyini xatırladıb: “Məsələ ilə əlaqədar digər ölkələrlə də danışıqlarımız və araşdırmalarımız davam edir. Bu işlər tamamlanandan sonra lazımlı tədbirlər görüləcək və bu, bir plana çevriləcək. Oradakı qardaşlarımızın rahatlığı, dincliyi və təhlükəsizliyi üçün son 20 ildə digər ölkələrlə birlikdə əlimizdən gələni etdik. Xüsusilə son 6 ildə Kabil hava limanını idarə etmək üçün lazım olan dəstəyi verdik”.

Özünü qüdrət sahibi sayan paytaxtlar Orta Şərqdə olduğu kimi, Əfqanıstanda da Türkiyənin dəstəyinə ehtiyac duydular. Budur, taliblər artıq Əfqanıstanda meydan sulamağa başlayıblar, odur ki, bölgəni tərk etməkdə olan ABŞ burada Türkiyənin varlığına ehtiyac görür. Bununla belə, yenə də Ankaranın gücü, qüvvəsinə qısqanc münasibət sərgilənib. Rusiya mediasında da bu arada dərc olunan yazıda Ərdoğanın Turan qurmaq istiqamətindəki addımlarına Kremlin mövqeyinin necə olacağına dair tezislər yer alır. Əksər iddialara görə, Türkiyənin hazırkı mövqeyi, rolu öncədən Putinlə razılaşdırılıb. Hər halda, Türkiyə, ABŞ başda olmaqla, NATO ilə neçə illər ərzində gərgin münasibətlər yaşayıb, məhz C-400 raket kompleksləri ilə bağlı anlaşmaya görə. Bütün təzyiqlərə rəğmən Ərdoğan “sözümüz sözdür” deyib də, anlaşmadan imtina etmədi və hətta Putin də qarşılığında Kişi Adam deyə, həmkarını xarakterizə etdi. Bu mənada Türkiyə və Rusiya arasında anlaşmaların olması fikri kənara qoyula bilməz. Bu iddiaların nə dərəcədə əsası var? Yeri gəlmişkən, Rusiya XİN rəhbəri Sergey Lavrovun Antalya səfəri də maraqlı detaldır bu arada...

Deputat Ceyhun Məmmədov qeyd etdi ki, Türkiyənin nüfuzu son illər sürətlə artmaqdadır: “Türkiyə bölgədə əsas aktyorlardan birinə çevrilib. Bu da bir sıra hallarda digər dövlətlər tərəfindən birmənalı qarşılanmır. Bölgədə cərəyan edən proseslərdə bir sıra hallarda Rusiya ilə Türkiyənin mövqeyi üst-üstə düşür, bəzən düşmür. Üst-üstə düşən məsələlər daha çoxdur. Ancaq Türkiyə müstəqil siyasət həyata keçirir”.

Politoloq İlyas Hüseynov isə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Türkiyə Cümhuriyyətinin uğurlarını gözü götürməyən və qısqanclıqla yanaşan qüvvələrin sayı kifayət qədərdir: “Türkiyənin Böyük Orta Şərq regionunda həyata keçirdiyi praqmatik, beynəlxalq hüquqa, ədalətə və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan siyasi kurs hər keçən gün öz orbitinə yeni tərəfdaşları daxil edir. Türkiyənin Azərbaycanla dostluq, qardaşlıq və strateji müttəfiqlik münasibətləri yüksələn xətlə inkişaf edir. Vətən müharibəsi və ondan sonrakı dövrdə birgə həyata keçirilən ikitərəfli münasibət yeni müstəviyə daxil olub və strateji xarakter daşıyır. Şuşa Bəyannaməsi də dostlarımıza sevinc, düşmənlərimizə isə qorxu hissini aşılamaqda davam edir. Yeni geosiyasi reallıqlar və Türkiyənin Qafqazdakı mövqeyi ilə bağlı Rusiya mediasında dərc olunan yazılar əsasən erməni lobbisinin dəstəyi sayəsində həqiqətdən uzaq və təhrif olunmuş formada oxuculara təqdim olunur”. Türkiyənin Əfqanıstanda Kabil hava limanında təhlükəsizliyi təmin etməsinə gəlincə, İ.Hüseynov qeyd etdi ki, bu, Türkiyənin həm milli maraqlarına, həm də NATO kontekstində alyansın maraqlarına uyğundur: “Əfqanıstanın geosiyasi və geostrateji imkanlarını nəzərə alaraq qeyd edə bilərik ki, Türkiyənin bu coğrafiyada iştirakı qardaş ölkənin beynəlxalq mövqelərinin güclənməsinə xidmət edəcəkdir. Digər tərəfdən, vurğulamaq lazımdır ki, Türkiyə ilə Rusiya arasında çox uğurlu əməkdaşlıq formatı mövcuddur. Bu xüsusda Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Türkiyənin Antalya şəhərinə səfəri mühüm əhəmiyyət daşıyır. Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə ikitərəfli münasibətlərin vəziyyəti və perspektivi barədə müzakirələr aparacağı gözlənilir”. Ağdamda Rusiya-Türkiyə birgə Monitorinq Mərkəzinin fəaliyyətinə də toxunan ekspertimiz qeyd etdi ki, sabitliyin və təhlükəsizliyin qorunması istiqamətində müştərək fəaliyyət sülhün dayanıqlığını artırmaqla yanaşı, böyük regionun inkişafına xidmət edir: “Yaxın gələcəkdə Zəngəzur dəhlizinin istifadəyə verilməsi ilə Rusiya ilə Türkiyə arasında ticari-iqtisadi münasibətlərdə dinamizm müşahidə olunacaq”.

Politoloq Məhəmməd Əsədullazadə qeyd etdi ki, Türkiyə regional müstəvidən beynəlxalq nizama təsir edən ölkə statusuna malik olur: “Cənubi Qafqazda Qarabağ müharibəsinin uğurla başa çatması, Ankaranın regionda siyasi-hərbi mövqelərini gücləndirməsinə və bununla Mərkəzi Asiyaya açılım strategiyasının başlanmasına gətirib çıxardı. Rusiya ilə rəqabət bəzən əməkdaşlıq formatında davam edən yeni bir strateji xətt Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada əsas söz sahibi olmasına gətirib çıxardı. İki əsr davam edən Rusiyanın təktərəfli dominat roluna son qoydu. Bununla həmçinin Türkiyəyə dəstək verən, bu regionda birbaşa Rusiya ilə toqquşmamaq kursunu həyata keçirən ABŞ və NATO Türkiyə vasitəsilə bu coğrafiyada yeni şərtlər əldə etməyə çalışır. Qeyd edim ki, Türkiyə yenidən böhran vəziyyətinə yuvarlanan Əfqanıstanda NATO-nun missiyasını davam etdirməyə qərara alıb. Bununla da, Ankara Cənubi Qafqazdan başlayaraq, Mərkəzi Asiyaya və Əfqanıstana kimi uzanan regionda əsas oyunçuya çevrilir”. Ekspert hesab edir ki, Türkiyənin bu regionda olması sülh və təhlükəsizliyin təmin olunması, iqtisadi əməkdaşlıq, yeni siyasi-iqtisadi transformasiyaya gətirib çıxaracaq: “Artıq Qazaxıstan, Türkmənistan, Özbəkistan və Qırğızıstan Türkiyə ilə hərtərəfli əməkdaşlığa üstünlük verəcək siyasət həyata keçirir. Ötən gün Türkiyə müdafiə nazirinin Qırğızıstana səfəri, bu türk ölkəsi ilə yeni bir hərbi əməkdaşlığın əsasını qoyacaq. Və bu ölkədən Ankara Əfqanıstan siyasətini həyata keçirəcək. Həmçinin Özbəkistan və Qazaxıstanda Türkiyə ilə hərbi əməkdaşlığa başlamaq üçün yeni müqavilələr üzərində işləyir. İki gün öncə prezident Ərdoğan Türkmənistan lideri Berdiməhəmmədovla telefonla danışması, göstərir ki, regionda yeni bir siyasi nizam formalaşır. Ankara qərarlı şəkildə bölgə ölkələrinin öz orbitində alir. Göründüyü kimi, Türkiyə burada əsas aktordu. Uzun illər Rusiyanın regionda təsiri, burada uzun illər bu ölkələri təzyiqdə saxlaması, inkişafının qarşısını alması, Mərkəzi Asiya ölkələrinin əsas tərəfdaş kimi Türkiyəni seçməsinə gətirib çıxardı. NATO və ABŞ da Türkiyənin bu siyasətinə dəstək verərək, Mərkəzi Asiyada Rusiya və Çinin mövqelərinin zəiflədilməsinə gətirib çıxaracaq. Məhz Azərbaycanın da iştirakçısı olduğu hazırkı strategiya Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoganın birgə siyasətlərinin nəticəsidir. Çünki Qarabağ müharibəsində zəfər regionda yeni siyasi-iqtisadi və hərbi çağırışlara gətirib çıxardı. Bununla da, Ankara Şərqə doğru siyasətini genişləndirməyə başladı. Türkiyənin Cənubi Qafqaz və Orta Şərq siyasəti uğurla davam edəcək”. Politoloqun fikrincə, regionda yaxın perspektivdə siyasi-hərbi ittifaqın şahidi ola bilərik: “Çin və Rusiya Türkiyənin artan rolunu durdurmaq iqtidarında olmayacaq. Türkiyəyə Mərkəzi Asiyada Çin maneə törədəcək, Ankara uyğurlara dəstək verməklə, Çinə qarşı təzyiq siyasətinə əl ata bilər. Onsuz da Türkiyənin Mərkəzi Asiyaya açılımı Çinin əsarətində olan uyğurlara yaşıl işıqdır. Təbii ki, Türk dilli ölkələrin əməkdaşlıq şuraları fəaliyyət göstərir. Türkiyə çalışır ki, Türk ölkələrini öz ətrafında birləşdirsin. Və buna nail olur. Burada Rusiyanın Turandan ehtiyat etməsinə gəldikdə isə Moskvanın bu təbii ki, regional maraqlarına cavab vermir. Türkiyə Rusiya narazıdır deyə buna getməyəcək bir siyasəti yoxdur. Düşünürəm ki, Türk dövlətlərinin birliyi labüddür və Ankara buna nail olacaq”. M.Əsədullazadə hesab edir ki, Lavrovun Türkiyə səfəri burada M.Çavuşoglu ilə danışıqlarında Qarabağ məsələsi, Zəngəzur dəhlizi, Qara dənizdə baş verən siyasi-hərbi hərəkətlilik və Mərkəzi Asiya, Əfqanıstan və Suriyada ortaq maraqları müzakirə ediləcək: “Bu səfər iki dövlət arasında əməkdaşlığın davam etdirilməsinə və bir sıra məsələlərə aydınlıq gətirilməsinə hesablanıb. Düşünürəm ki, Turan siyasəti Putinlə razılaşdırılır. Türkiyə, sadəcə, regionda elə bir siyasi xəttə malikdir ki, bunu yalnız öz milli maraqları çərçivəsində həyata keçirir və bu, bölgə ölkələrinin istəyi ilə baş verir. Ona görə də Moskva ilə hesablaşmır. Moskva yumşaq deyil, hərbi və təzyiq dili ilə danışdığına görə region ölkələri Moskvadan uzaqlaşır”.

İqtisadi, siyasi və hərbi sahədə böyük uğurlara imza atmış Türkiyənin artıq bölgə lideri statusundan xeyli irəli gedərək dünyanın güc mərkəzinə çevrilməsi Azərbaycanın da gücünü artırır və hər birimizi qürurlandırır. Axı cənab Ərdoğan demişdi: “Dünya 5-dən böyükdür”./“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Le Monde” ara qarışdırır: "Ərdoğan Türkiyəsi Kreml və Ağ Evi barmağında dolayıb "

    “Le Monde” ara qarışdırır: "Ərdoğan ...

    10-10-2020, 16:25

  • 
  • Türkiyə NATO-nun etibarlı müttəfiqi olaraq qala biləcəkmi?

    Türkiyə NATO-nun etibarlı müttəfiqi olaraq qala ...

    7-08-2019, 11:24

  • 
  • Prezident İlham Əliyev NATO sammitinə getdi

    Prezident İlham Əliyev NATO sammitinə getdi ...

    11-07-2018, 11:35

  • 
  • NATO-nun baş katibindən Rusiya ilə bağlı açıqlama

    NATO-nun baş katibindən Rusiya ilə bağlı açıqlama ...

    16-08-2014, 13:06

  • 
  • Bakıda "NATO günləri" keçirilir

    Bakıda "NATO günləri" keçirilir ...

    20-11-2017, 16:50


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (511)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu