GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İrəvan üçün “Bakı vaxtı”: Ermənistanın bir daha revanş şansı olmayacaq!

İrəvan üçün “Bakı vaxtı”: Ermənistanın bir daha revanş şansı olmayacaq!

Tarix: 1-07-2021, 10:55 Bölmə :Siyasət Baxış: 322
İrəvan üçün “Bakı vaxtı”: Ermənistanın bir daha revanş şansı olmayacaq!


“Nə hərb, nə də sülh” dövrü bitir; İrəvan sülh sazişini ləngitməklə yalnız öz xalqının iztirablarını uzadır...

Azərbaycan-Türkiyə növbəti birgə hərbi təlimləri başa çatdı. “Mustafa Kamal Atatürk - 2021" kod adlı ortaq taktiki manevrlər bu dəfə Bakıda 28-30 iyun aralığında baş tutdu. Sözsüz ki, belə təlimlər ilk növbədə iki qardaş ölkənin silahlı qüvvələrinin hərbi və döyüş hazırlığını təkmilləşdirmək məqsədilə yanaşı, qeyri-dost ölkələrə mesaj xarakteri də daşıyır.

Azərbaycan və Türkiyə prezidentlərinin imzaladığı tarixi Şuşa Bəyannaməsindən sonra isə Bakı-Ankara hərbi əməkdaşlığı xüsusilə diqqət mərkəzinə gəlib. Bu da təbiidir. İki qardaş məmləkətin aybaay artan ortaq hərbi gücü bölgədəki qaynar başlar üçün “sərinləşdirici” təsirə malikdir. Nəhayət, prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycanda Türkiyə hərbi bazasının qurulmasını istisna eləməməsi hərbi ritorika ətrafında intriqanı bir az da gücləndirib...

*****

Maraqlıdır ki, Ermənistanda (Zəngəzurda) Rusiyanın yeni hərbi bazasının yaradılması məsələsi məhz Azərbaycanda Türkiyə hərbi bazasının mümkünlüyü haqda söhbətlər gündəmi zəbt edəndən sonra xeyli aktuallaşıb. Halbuki Bakı və Ankara dəfələrlə bəyan edib ki, iki qardaş dövlət arasında hərbi ittifaq üçüncü ölkəyə qarşı yönəlməyib və sırf müdafiə məqsədi güdür. Bunu Azərbaycan və Rusiya liderləri tərəfindən vaxtaşırı əməkdaşlıq formatlarının irəli sürülməsi də təsdiqləyir.

*****

Tanınmış rusiyalı hərbi ekspert, Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko hesab edir ki, “Rusiyanın hadisələrin bu cür inkişafını (Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasını - red.), yumşaq desək, alqışlamayacağına baxmayaraq, bu, Bakı və Ankaranın qarşılıqlı münasibətləri ilə bağlı məsələdir”.

Bu barədə o, “Sputnik”ə bildirib.

Onun qənaətincə, Qarabağla bağlı üçtərəfli bəyanatın genişmiqyaslı icrasına nail olmaq mümkün olarsa, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası başlayar, nəqliyyat dəhlizləri layihələri həyata keçirilər və regionda nəqliyyat kommunikasiyalarının yenidən qurulması reallaşar: “Bütün bunlar isə Azərbaycan ərazilərində türk bazalarının meydana çıxmasını istisna edəcək, çünki praktik olaraq bunun heç bir mənası qalmayacaq”.

Bölgədə yeni müharibə perspektivinə, Ermənistanda revanşist ovqata toxunan ekspert qeyd edib ki, son parlament seçkilərinin nəticələrini kimin necə şərh etməsindən asılı olmayaraq, ermənilər sülhə səs verib: “Əgər hadisələr başqa ssenari üzrə inkişaf etsə, Ermənistanda revanş arzusunda olanlar hakimiyyətə gəlsə, onda bölgədən nə desən gözləmək olar”, - deyə Korotçenko vurğulayıb.

Analitikin sözlərinə görə, Rusiya tərəfi Cənubi Qafqaz bölgəsində xarici hərbi bazaların əlavə gücləndirilməsini istisna edən ssenarini alqışlayacaq: “Buna isə yalnız üçtərəfli formatda qəbul edilmiş bəyanatların və sonrakı qərarların ciddi və aydın şəkildə həyata keçirilməsi əsas ola bilər. Bu yaxınlarda Ermənistanda növbədənkənar parlament seçkisi keçirildi və Nikol Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvələr qətiyyətli qələbə qazandı. Paşinyan revanş ideyasını dəstəkləmir, onun bir sıra bəyanatlarını isə dialoqa hazır olmaq, qonşularla münasibətlərin normallaşdırılması kimi qələmə vermək olar”.

Korotçenkoya görə, erməni cəmiyyəti öz seçimini edib və bu seçim müharibədən deyil, sülhdən yanadır. “Əgər erməni cəmiyyətinin bu arzusu Paşinyanın yeni hökuməti tərəfindən nəzərə alınsa, bu, bölgədə hadisələrin sülh variantına uyğun inkişafına şans verəcək. Ancaq hər bir halda mən günü bu gün Azərbaycan ərazisində türk bazalarının yaradılması ehtimalını görmürəm. Azərbaycanın özünün hərbi potensialı kifayət qədər yüksəkdir və iqtisadi amillərlə gücləndirilir”, - ekspert vurğulayıb.

Rusiyalı ekspert Prezident İlham Əliyevin İrəvana vaxtaşırı elədiyi sülh çağırışlarına da toxunub: “Azərbaycan lideri hər zaman Ermənistanla dinc və mehriban qonşuluq münasibətləri qurmağa hazır olduqlarını bəyan edib. Bundan başqa, son zamanlar dövlət başçısı bir neçə dəfə İrəvana bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh müqaviləsi imzalamağı təklif edib. Ancaq ortaya belə bir sual çıxır: Ermənistan buna hazırdırmı? Cavab vermək çətindir. Çünki Ermənistan, erməni elitası hələ də əvvəlki kimi Dağlıq Qarabağla bağlı iddialar irəli sürürlər. Azərbaycan üçün Qarabağ münaqişəsi bitib. İkinci Qarabağ müharibəsinin nəticələri bu məsələyə nöqtə qoydu. Və yenə ortaya sual çıxır: Erməni siyasi elitası qonşu dövlətə qarşı ərazi iddialarından əl çəkməyə hazırdırmı?”

Ekspert bu xüsusda hazırda Ermənistanda Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olmayan qüvvələrin mövcudluğuna diqqət yönəlib. “Seçkinin nəticəsinin necə qələmə verilməsindən asılı olmayaraq, erməni xalqı sülhə səs verib. Və Paşinyan da iqtisadi inkişaf məntiqindən çıxış edərək bölgədəki ölkələrlə mehriban qonşuluq münasibətlərini inkişaf etdirməyə məcbur olacaq”.


Bəs Paşinyan bunu reallaşdıra biləcəkmi, bunun üçün onun siyasi resursu kifayət edəcəkmi, erməni cəmiyyəti daxilindəki münasibət dəyişəcəkmi?

Korotçenkoya görə, bu suallara cavab vermək çətindir: “Çünki hazırda çox mürəkkəb proseslər gedir, üstəlik, İkinci Qarabağ müharibəsinin başa çatmasından da bir o qədər çox vaxt keçməyib. Ermənistanda çoxları üçün bu, psixoloji travmadır. Ancaq hər bir halda, mənə elə gəlir ki, erməni cəmiyyəti yeni müharibəyə deyil, sülhə səs verəcək. Və bu, Bakının mövqeyinin İrəvanda qəbul ediləcəyinə şans yaradır”.

*****

Digər rusiyalı hərbi ekspert Vladimir Yevseyev isə erməni mediasına açıqlamasında deyib ki, “Azərbaycan və Türkiyənin ortaq hərbi təlimləri 44 günlük müharibədən sonra öz güclərini, mövqelərini göstərmək yollarından biridir və Azərbaycan öz gücünü hətta indi heç diz üstə qalxa bilməyən Ermənistana göstərir”.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı bütün Türk Respublikaları üçün modeldir

Onun sözlərinə görə, Rusiya Ermənistanda ikinci bir hərbi baza açmaq istəyir və bu an üçün Ermənistanın başqa seçimi yoxdur. “İndiki mərhələdə Azərbaycan müharibəyə köklənməyib. Bakı Ermənistanla sülh müqaviləsi istiqamətində hərəkət edir, hansı müqavilədə ki, Azərbaycan bölgədəki sabitlik üçün zəruri olan bütün məqamları fiksə edəcək. Bura Azərbaycanın ərazi bütövlüyü, mövcud sərhədlərin tanınması, demarkasiya prosesi, dəhlizlərin blokadadan çıxarılması və s. daxildir”, - deyə o əlavə edib.

*****

Proseslərin belə sonluğu əslində ən çox elə Ermənistana sərfdir. Çünki o halda İrəvan darmadağın iqtisadiyyatını ayaq üstə qoya, əhalisinin güzəranını normallaşdıra biləcək. Bu mənada Ermənistan Azərbaycanla böyük sülh sazişini ləngitməklə, vaxtı uzatmaqla yalnızca öz xalqının iztirablarını uzadır, pisliyi özünə edir. Halbuki İrəvana bir daha revanş şansı tanınmayacaq və o, “Moskva vaxtı”na yox, təcili şəkildə “Bakı vaxtı”na köklənməlidir. Enində-sonunda belə də olacaq.../musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan və Türkiyə birgə geniş hərbi təlimlər keçirəcək

    Azərbaycan və Türkiyə birgə geniş hərbi təlimlər ...

    27-07-2020, 19:17

  • 
  • Azərbaycan və Türkiyə hərbi pilotlarının təlimləri başladı

    Azərbaycan və Türkiyə hərbi pilotlarının ...

    18-09-2017, 11:00

  • 
  • Türkiyə Zəngilanda hərbi baza qurur? – “Ərdoğanın Bakı səfərində bu məsələ rəsmiləşəcək”

    Türkiyə Zəngilanda hərbi baza qurur? – “Ərdoğanın ...

    1-06-2021, 12:09

  • 
  • Azərbaycan, Türkiyə və Gürcüstan Bakıda birgə hərbi təlim keçirəcək

    Azərbaycan, Türkiyə və Gürcüstan Bakıda birgə ...

    27-08-2019, 12:15

  • 
  • İşğalçıya qarşı Bakı-Ankara hərbi formatı güclənir - GƏLİŞMƏ

    İşğalçıya qarşı Bakı-Ankara hərbi formatı ...

    12-06-2019, 10:38


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (224)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu