GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənilər Xankəndidə yalnız bu halda qalacaqlar - Bakının verdiyi möhlət bitir

Ermənilər Xankəndidə yalnız bu halda qalacaqlar - Bakının verdiyi möhlət bitir

Tarix: 3-07-2021, 16:55 Bölmə :Siyasət Baxış: 764
Ermənilər Xankəndidə yalnız bu halda qalacaqlar - Bakının verdiyi möhlət bitir


Ermənistan bölgədə qalıcı sülhə töhfə verməyi ləngitməklə, şübhəsiz, ən böyük pisliyi özünə edir. Çünki dəfələrlə yazıldığı kimi, 44 günlük müharibədən sonra təcili bərpaya və iqtisadi dirçəlişə ciddi ehtiyac duyan məhz Ermənistandır. Savaşdan ağır məğlubiyyətlə çıxan ölkənin rəhbəri Nikol Paşinyanın 20 iyun seçkilərində ən çox səs almasının birinci səbəbi də budur - ermənilərin əksəriyyəti müharibədən bezib və sülh, əmin-amanlıq içində yaşamaq istəyir, təminatlı həyat arzu edir.

Paşinyan və onun yeni qurulacaq kabineti üçün əsas sosial sifariş elə budur. Əfsus ki, hələlik bu yöndə real işlərin və bəyanatların şahidi olmuruq. Ermənistan və onun toplumu seçkilərdən əvvəl hansı durumda, harada idisə, orada da qalır. Ölkənin media sektoru və ekspert camiyəsi isə qonşu Azərbaycan və Türkiyə ilə barışığına əngəl olmaq üçün yenə əlindən gələni edir, Türkə nifrəti və revanşist ovqatı körükləyir, Azərbaycana qarşı əsassız və sərsəm ərazi iddialarının təbliğini, bütövlükdə müharibə təbliğini davam etdirir.

Bütün bunlar isə Ermənistana, onun sülhə səs vermiş toplumuna, təbii ki, yaxşı bir şey vəd eləmir və Nikol Paşinyanın işini ağırlaşdırır. İndi o, həm də bölgədə böyük sülhə mane olan və onun altını “qazıyan” qüvvələri qısa zamanda neytallaşdırmağı bacarmalıdır. Bundan ötrü isə o, öz xalqı ilə açıq və səmimi danışmalı, gerçək inkişafın və böhrandan qurtuluşun yolunu səbirlə ona izah eləməlidir.

Bu yol isə, əlbəttə ki, bütün “daşları ətəkdən töküb”, yəni heç vaxt reallaşmayacaq ağılsız iddialardan imtina edib vaxt itirmədən qonşu Azərbaycan və Türkiyə ilə birgə addımlamaqdan keçir, nəinki Bakı və Ankara ilə şərt dilində danışmaqdan. Onsuz da gec-tez belə də olacaq. Çünki yeni şərtlər, zaman bunu diktə edir...

*****

“İrəvan Ermənistan-Türkiyə, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinə dair bütün iddialarından və tələblərindən tam imtina edəcək. Əgər Ermənistan sülh və həmrəylik şəraitində yaşamaq istəyirsə, bu ölkə qonşularına olan iddialarından əl çəkməlidir.”

Bu sözləri rusiyalı alim, türkoloq Viktor Nadein-Rayevski Ermənistan KİV-ə müsahibəsində bildirib (Axar.az). Onun sözlərinə görə, seçkilərdən sonra Ermənistanın xarici siyasətində böyük çağırışlarla yeni mərhələ başlanacaq.

“Yaxın zamanlarda bütün sərhəd məsələləri tənzimlənəcək, Naxçıvanı Azərbaycanın yerdə qalan hissəsi ilə birləşdirən Zəngəzur dəhlizi qurulacaq. Qeyd etmək lazımdır ki, müəyyən ərazilərin hələ də ermənilərin nəzarətində qalması Azərbaycan üçün bu münaqişənin tam şəkildə həll olunmaması anlamına gətirib çıxarır. Mən bu məsələlərin necə müzakirə ediləcəyini və Ermənistanın hansı mövqe tutacağını təsəvvür belə etmirəm. Çünki Ermənistan hakimiyyətindən bircə dənə də olsun, məntiqli açıqlama gəlmir. Lakin əminliklə bildirmək istəyirəm ki, yaxın günlərdə İrəvanın mövqeləri daha aydın olacaq və vəziyyət tənzimlənəcək”, - deyə rusiyalı ekspert əlavə edib.

*****

Artıq 7 aydır hamı rəsmi İrəvandan bunu gözləyir: öz mövqeyini konkret ortaya qoymaq və konstruktivizmə köklənmək. Çünki artıq seçki mərhələsi arxada qalıb və Paşinyan pis-yaxşı xalqın əksəriyyətindən yeni etimad mandatı ala bilib. Əgər İrəvan Qarabağ coğrafiyasında yenə ermənilərin yaşamasını istəyirsə, tələsməli, Bakı ilə sülh sazişini gecikdirməməlidir.

Həm də o səbəbə ki, Azərbaycanın ərazi bütövlüyünün tanınmasını əks etdirən həmin sazişin imzalanması ilə Qarabağdakı erməni əhali dərhal Azərbaycan dövlətinin daha güclü qarantiyası altına alınacaq. Əks halda, anklavda gələcəklə bağlı qeyri-müəyyənlik, separatçı-kriminal ünsürlərin varlığı, ağır sosial-iqtisadi problemlər oradakı olan-qalan əhalini bezdirəcək və onu sövq-təbii başqa ölkələrə çıxıb getməyə vadar edəcək. Həmin problemləri isə yalnız güclü Azərbaycan dövləti yoluna qoya bilər.

“Xankəndidə böyük problemlər var və onlar həll olunmur. Əsas problem suyun olmamasıdır. Bir az da belə davam etsə, ermənilər bu şəhərdən könüllü olaraq çıxacaqlar və onu Azərbaycana buraxacaqlar”.

“Hazırda Azərbaycan Kəlbəcər rayonunda çox ciddi işlər aparır. Qarabağın demək olar ki, bütün su resursları hazırda onların əlindədir. Xüsusən Xankəndinin içməli suyu Kəlbəcər mənbələrindən gəlir. İndi Azərbaycan bu boruları bağlayır. Doğurdan da, onlar ermənilərə hansı səbəbə görə su göndərsinlər ki?!” - deyə ekspert bildirib.

Onun sözlərinə görə, müharibədən əvvəl “arsax”da 24 böyük və kiçik su anbarı var idisə, indi bu rəqəm 2-dir. “Bu iki su anbarı da tükənmək üzrədir, çünki onlar lazımi qədər dolmur”, - deyə Oxikyan bildirib

Əlbəttə ki, hazırkı hüquqi qeyri-müəyyənlik davam etdikcə, Xankəndi ermənilərinin vəziyyəti daha da ağırlaşacaq və indikindən də betər olacaq. Çıxış yolunu isə Azərbaycan dövləti artıq bəyan edib və zaman-zaman bu mövqeyi təkrarlayır - dinc erməni əhalinin ölkəmizin Konstitusiyasını qəbul eləməsi, oradakı cinayətkar ünsürlərin təslim olması və ya rədd olub getməsi...

*****

“Ermənistanın Qarabağın gələcəyinə təsir etmək imkanları yoxdur”.

“Yeni Müsavat”ın məlumatına görə, bunu Ermənistan yönümlü Rusiya xəbər agentliyi “Regnum”un baş redaktoru, politoloq Modest Kolerov “Turan”a müsahibəsində deyib. Onun fikrincə, Ermənistan tarixən məğlub olub. Ermənistandakı revanş çağırışlarını isə o “psixoterapevtik” kimi qiymətləndirir.

“Ermənistan öz dövlətçiliyinə ardıcıl şəkildə məhv eləmək yoluna qədəm qoydu və bu, yalnız son müharibənin nəticəsi deyil, hərçənd Qarabağ faktoru Ermənistanın xarici siyasət çəkisinin 99%-ni təşkil edirdi. Qarabağ isə artıq yoxdur”, - deyə o vurğulayıb.

Və heç vaxt da olmayacaq. Ermənistan üçün.../“Yeni Müsavat”/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İrəvan üçün “Bakı vaxtı”: Ermənistanın bir daha revanş şansı olmayacaq!

    İrəvan üçün “Bakı vaxtı”: Ermənistanın bir daha ...

    1-07-2021, 10:55

  • 
  • Nikolun bu çıxışı savaş elanıdır – Politoloq

    Nikolun bu çıxışı savaş elanıdır – Politoloq ...

    6-08-2019, 15:47

  • 
  • İrəvandan Ankara və Bakıya terror hədəsi – Paşinyan üçün “Yol xəritəsi”

    İrəvandan Ankara və Bakıya terror hədəsi – ...

    8-05-2019, 15:38

  • 
  • Paşinyanın BÖYÜK SƏHVİ: Bakı hərəkətə keçir – Ermənilər TƏŞVİŞDƏ

    Paşinyanın BÖYÜK SƏHVİ: Bakı hərəkətə keçir – ...

    8-08-2019, 11:42

  • 
  • Azərbaycanla barışıq üçün “polad” mandat - “Böyük Ermənistan” ideyası basdırılır

    Azərbaycanla barışıq üçün “polad” mandat - “Böyük ...

    22-06-2021, 10:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu