Arif Hacılı: "Bu seçkilərdən sonra müxalifətin atacağı addımlar haqqında müzakirələr aparılacaq" Bu gün saat 16.00-da Milli Şuranın növbəti toplantısı başlayacaq. Müsavat Partiyasının qərargahında keçiriləcək sessiyada bir çox məsələlərin müzakirə ediləcəyi gözlənilir. Əsasən oktyabrın 9-da ölkədə keçirilən prezident seçkisi müzakirə mövzusu olacaq. Həmçinin Milli Şuranın seçkidən sonrakı dövrə aid strategiyası və taktikası da müzakirə ediləcək. Toplantıda Milli Şuranın prezidentliyə namizədi olmuş Cəmil Həsənlinin qurumun sədri seçilməsi təklifi də müzakirəyə çıxarıla bilər. Eyni zamanda, Milli Şuranın 27 oktyabrda keçirəcəyi etiraz mitinqi ilə bağlı müzakirələrin olacağı istisna deyil. Milli Şuranın üzvü, Müsavat Partiyasının icra aparatının rəhbəri Arif Hacılı tədbirdən əvvəl “musavat.com”a bildirib ki, Milli Şuranın bu günkü toplantısında əsasən seçkillərin nəticələri haqqında müzakirələr aparılacaq. Hal-hazırda 9 oktyabr seçkilərindən sonra ölkədə faktiki olaraq yeni siyasi şərait yaranıb. Yəqin ki, bu siyasi şəraitlə bağlı müzakirələr aparılacaq, təkliflər irəli sürüləcək. Eyni zamanda, bu seçkilərdən sonra müxalifətin atacağı addımlar haqqında müzakirələr aparılacaq. Düşünürəm ki, yaxın zamanlarda müxalifətin yeni siyasi şəraitə uyğun yeni strategiyası müəyyənləşəcək”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?