GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » TQDK-nın Təhsil Nazirliyinə birləşdirilməsi variantı nəzərdən keçirilir;

TQDK-nın Təhsil Nazirliyinə birləşdirilməsi variantı nəzərdən keçirilir;

Tarix: 29-10-2013, 09:53 Bölmə :Siyasət Baxış: 863
TQDK-nın Təhsil Nazirliyinə birləşdirilməsi variantı nəzərdən keçirilir;
Məleykə Abbaszadə postunu itirə bilər
TQDK-nın Təhsil Nazirliyinə birləşdirilməsi variantı nəzərdən keçirilir; Nazirlər Kabinetinə daxil olan 7 qurumun bəzilərinin başqa qurumlara birləşdirilməsi və rəhbərlərinin yeniləri ilə əvəzlənməsi variantlarına baxılır
Oktyabrın 22-də prezident Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncam imzalasa da, Nazirlər Kabineti hələ tam tərkibdə formalaşdırılmayıb. Dövlət başçısı Nazirlər Kabinetinin tərkibindəki yalnız 43 yerə təyinat gerçəkləşdirib, eyni zamanda bu sərəncamla daha bir yer də - Dövlət Sosial Müdafiə Fondunun sədri postu da boş qalıb.
Deməli, yaxın günlərdə dövlət başçısının Nazirlər Kabinetinin tərkibi ilə bağlı yeni sərəncamları olacaq. Hazırda Nazirlər Kabinetinin tərkibində daha 6 yer boşdur, başqa sözlə, həmin vəzifələrin səlahiyyətlərini köhnə məmurlar icra edirlər. Vakansiyalar aşağıdakılardır:

1. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri vəzifəsi - (sabiq sədr Məleykə Abbaszadə icra edir);
2. Dövlət Sosial Müdafiə Fondu vəzifəsi - boşdur;
3. Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsi - (sabiq sədr Kamran İmanov icra edir);
4. Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri vəzifəsi - (sabiq sədri Bəhram Xəlilov icra edir);
5. Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vəzifəsi - (sabiq sədr İnam Kərimov icra edir);
6. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri vəzifəsi (sabiq sədr Akim Bədəlov icra edir);
7. Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru vəzifəsi - (sabiq sədr İsgəndər Çəndirli icra edir).

Hakimiyyətə yaxın mənbələrdən “Yeni Müsavat”a verilən məlumata görə, bu postlara təyinatların yubanmasının müxtəlif səbəbləri var. Hazırda bu qurumlardan bəzilərinin başqa qurumlara birləşdirilməsi və ya da sabiq rəhbərlərin yeniləri ilə əvəzlənməsi ilə bağlı variantlara baxılır. Məsələn, Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının Təhsil Nazirliyinə birləşdirilməsi variantları nəzərdən keçirilir. Yeri gəlmişkən, pensiyaların paylanması 2003-cü ilə qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kurasiyasında olub. 2003-cü ildə bu funksiya Sosial Müdafiə Fonduna verildi. O vaxta qədər isə fond yalnız məcburi sığorta haqlarının yığılması ilə məşğul olurdu. İndi isə bu məsələ ilə bağlı bütün funksiyaların bir əldə - Səlim Müslimovun rəhbərlik etdiyi nazirlikdə cəmlənməsi müzakirə edilir. Bu ideyanın reallaşma şansı yüksək qiymətləndirilir. Çünki S.Müslimov prezidentin şəxsən etimad göstərdiyi nazirlərdən biridir.

TQDK-nın Təhsil Nazirliyinə birləşdirilməsinə də ideya olaraq baxılır. Siyasi hakimiyyət TQDK - Təhsil Nazirliyi qarşıdurmasından bezib. Misir Mərdanovun işdən çıxarılmasından sonra da münasibətlər normalaşmayıb. Ona görə də bu qurumların birləşdirilməsi məsələsi gündəmə gəlib. Ancaq bu ideyanın reallaşma faizi yüksək deyil. Çünki TQDK Təhsil Nazirliyinə birləşərsə, təhsilin keyfiyyətinin daha da aşağı düşəcəyi ilə bağlı narahatlıqlar var. Nazirlik həm tələbə qəbuluna, həm də təhsilə cavabdeh olsa, onda məsuliyyət hissi azalacaq ki, bu, orta məktəblərdə tədrisin vəziyyətinin daha da pisləşməsinə səbəb olacaq. Ona görə də bu variantın reallaşma şansı yüksək deyil. Başqa bir varianta görə isə TQDK-ya yeni şəxsin rəhbərlik etməsi nəzərdən keçirilir ki, ənənəvi münaqişələr səngisin. Ona görə də güman etmək olar ki, TQDK-ya 19 il rəhbərlik edən Məleykə Abbaszadə (1994-2000-ci illərdə TQDK sədrin əvəz edib, 2000-ci ildən isə qurumun rəhbəridir) postunu itirməli olacaq. Yaxın günlərdə hansı variantın seçiləcəyi aydınlaşacaq.

Təsdiqlənməyən bəzi qurum rəhbərlərinin dəyişdirilməsi də müzakirə edilir. Daha çox Satınalmalar üzrə Dövlət Agentliyinin həm statusunun, həm də rəhbərinin yenilənməsi gündəmdədir. Dövlət sifarişləri üzrə tenderlərin keçirilməsinə və təşkilinə cavabdeh olan agentlik “ölü doğulmuş uşaq” vəziyyətindədir. Tender qapalı şəraitdə keçirilir, bir çox hallarda tender qanunvericiliyinin ən elementar şərtləri belə nəzərə alınmır. Məsələn, qanunvericiliyə görə, tenderdə uyğun sahədə ən azı 5 illik təcrübəsi olan şirkətlər iştirak etməlidir. Ancaq bir çox hallarda cəmi 2-3 ay öncə yaradılmış şirkətlər tenderə qatılır və “qalib gəlir”. Bu sahədə qayda-qanun yaratmaq üçün qurumun statusunun və rəhbərinin dəyişdirilməsi gündəmdədir. Bundan başqa, qurumun indiki rəhbəri İsgəndər Çəndirli Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənin bacısı oğludur. Bəzi məlumatlara görə, siyasi hakimiyyətin ona münasibəti neqativ istiqamətə dəyişib. Bu amil də Satınalmalar üzrə Dövlət Agentliyinin rəhbərinin dəyişdirilməsini zəruri edir. Bu məsələlərlə bağlı yekun qərarlar çox yaxın günlərdə qəbul ediləcək.

İqtisadiyyat şöbəsi
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daha 7 məmur təyinatı edəcək – (Siyahı)

    Daha 7 məmur təyinatı edəcək – (Siyahı) ...

    23-10-2013, 10:40

  • 
  • İlham Əliyev Nazirlər Kabineti ilə bağlı sərəncam verdi

    İlham Əliyev Nazirlər Kabineti ilə bağlı sərəncam ...

    21-10-2013, 13:29

  • 
  • 6 qurumun adı hökumətin rəsmi saytından niyə silinib?

    6 qurumun adı hökumətin rəsmi saytından niyə ...

    10-12-2013, 18:43

  • 
  • Məleykə Abbaszadənin səlahiyyətləri artırıldı

    Məleykə Abbaszadənin səlahiyyətləri artırıldı ...

    18-01-2013, 10:58

  • 
  • QDK ləğv olunur, Məleykə Abbaszadə havada...

    QDK ləğv olunur, Məleykə Abbaszadə havada... ...

    22-09-2015, 21:50


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (268)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu