GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » “Ermənistan ləng və əzablı şəkildə ölür...” - resept isə Bakının əlində!

“Ermənistan ləng və əzablı şəkildə ölür...” - resept isə Bakının əlində!

Tarix: 1-10-2021, 11:00 Bölmə :Siyasət Baxış: 307


İşğaldan azad edilən torpaqlarımızda “Böyük Qayıdış” planına uyğun şəkildə möhtəşəm quruculuq işləri sürətlə davam edir. Bu prosesin ilk ciddi akkordu şübhəsiz ki, cəmi bir ilə inşa edilən Füzuli Beynəlxalq Hava Limanın açılışı olacaq. Azərbaycan Prezidenti İlham Əliyevin “Qarabağın giriş qapısı” adlandırdığı bu strateji əhəmiyyətli hava nəqliyyat qovşağının açılışına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq ki, bu da bütün dünyaya, özəlliklə Ermənistan və onun İran başda olmaqla, irili-xırdalı havadarlarına “Böyük Qayıdış”ın geridönməzliyi barədə güclü bir ismarış olacaq.


Bununla Bakı və Ankara bir daha mesaj verəcək ki, Qarabağ məsələsi artıq bitib, bu səhifəni qatlamaq, qabağa baxmaq və erməni revanşitlərinə boş vədlər verməmək, Azərbaycanın Cənubi Qafqazdakı açar rolu ilə, Türkiyənin isə bölgədə supergüc olması faktı ilə barışmaq zamanıdır - özünün buradan çıxan nəticələri ilə birgə.

Əlbəttə ki, ilk növbədə kapitulyant Ermənistan və onun beyni zəhərlənmiş xalqı başına gələnlərdən ciddi nəticə çıxarmalı, zamanı fövtə vermədən öz əsas qonşuları ilə dil tapmağa çalışmalı, bundan ötrü isə ən əvvəl öz mənfur konstitusiyalarından iki qardaş ölkəyə qarşı əsassız ərazi iddiaları haqda bəndləri çıxarmalıdır.

Əfsus ki, ora-bura boylanan qonşu ölkədə haqqın və gerçəyin dərki olduqca ləng gedir. Demək, ermənilərin yaşadıqları faciələrin davamı istisna deyil. Bu barədə tanınmış xarici ekspertlər də zaman-zaman xəbərdarlıq edib və eləməkdədirlər...

*****

“2020-ci ildəki Qarabağ müharibəsi Azərbaycanın işğal olunmuş torpaqlarında erməni qoşunlarının total şəkildə darmadağın edilməsi, erməni cəmiyyətinin ağır mənəvi-psixoloji məğlubiyyətə uğraması ilə başa çatdı. 44 günə ermənilər üst-üstə 70% döyüş texnikasını itirdilər, fərariliklə bağlı 10 mindən çox cinayət işi açıldı. Amma müharibədəki məğlubiyyət nə bu ölkənin dövlət quruluşuna, nə ideologiyasına, nə siyasi rejiminə, nə də onun dövlətçiliyinin konstitusiya əsaslarına təsir göstərdi”.

Bu sözləri rusiyalı tanınmış tarixçi-alim və politoloq, hərbi ekspert Oleq Kuznetsov Axar.az-a açıqlamasında deyib.

Fikrinı davam edən ekspert bildirib: “Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanı müharibənin siyasi yekunlarını hüquqi cəhətdən möhkəmlətmək üçün sülh müqaviləsi imzalamağa çağırır, lakin cavabında yalnız ATƏT-in Minsk Qrupu formatında danışıqlarda iştirak etmək təklifi gəlir. Əslində bu gün Ermənistan 1994-cü il Bişkek sənədinin imzalanmasından sonra Azərbaycanın düşdüyü vəziyyətdədir”.

Bu səbəbə politoloq hesab edir ki, Qarabağ probleminin siyasi səviyyədə yekun həllinə hələ var. “Mən dəfələrlə demişəm, münaqişənin tam həlli naminə, Azərbaycanın həm Xankəndinə, həm Ermənistandakı eksklavlarına, həm də Zəngəzur nəqliyyat dəhlizinə nəzarət etmək üçün yeni müharibəyə və ya irimiqyaslı antiterror əməliyyatlarına gedəcəyini istisna etmirəm”, - deyə qeyd edib.

Politoloq sonuncu variantın Ermənistan üçün daha ağır nəticələr doğuracağına şübhə eləmir: “Artıq bir neçə ildir ki, Ermənistanın ölkə kimi mövcudluğunun strateji bir perspektivini görmürəm. Ötən il Qarabağda erməni ordusunun darmadağın edilməsi bu tendensiyanı yalnız gücləndirib. Əgər Azərbaycan öz sərhədlərinin xarici perimetrini silah gücü ilə bərpa edib Naxçıvana dəhliz açarsa, Ermənistanın boşalması xaotik şəkil alacaq və 15-20 ildən sonra bu ölkədə əmək qabiliyyətli və reproduktiv əhali qalmayacaq. Demək olar ki, artıq Qarabağda əmək qabiliyyətli erməni qalmayıb”.

Onun sözlərinə görə, son 30 ildə Ermənistanın strategiyası öz ölkəsinin və işğal olunmuş Azərbaycan ərazilərinin resurslarını qarət etmək, insan resurslarını və kapitalını xaricə çıxarmaqla diasporunu zənginləşdirmək olub ki, bu da ermənilərin özləri üçün sadəcə olaraq acınacaqlı deyil, məhvedici nəticələrə gətirib çıxarıb: “Anladığım kimi, geriyə dönüş nöqtəsi onlar üçün artıq keçilib, indi biz bu ölkənin ləng, əzab-əziyyətli ölümünü müşahidə edirik”.

*****

Ancaq bu “ləng, əzab-əziyyətli ölüm”ün qarşısını almaq mümkündür. “Resept” isə məhz “müalicə həkimləri”nin - Bakı və Ankaranın əlindədir. Yetər ki, “pasiyent”, yəni Ermənistan qoyulan dəqiq diaqnozu, yəni özünün ağır xəstəliyə mübtəla olduğunu boynuna alsın və Bakı və Ankaradan kömək istəsin, kardinal “müalicəyə” razılıq versin. Bunun əvəzinə öz dərdinin dərmanını boş yerə Qərbdə - Fransada, ABŞ-da, lap elə Rusiyada, İranda axtarmaqla qiymətli zamanı itirməsin. Sonuncular Ermənistanın dərdinə əlac edən olsaydılar, bunu 30 ildə edərdilər.

“Azərbaycan Zəngəzur dəhlizindən istifadə edərək bölgəni sabitləşdirmək, xarici sərmayələri Ermənistanın xeyrinə cəlb etmək üçün bir stimul verib. Bu, Ermənistanın Bakı-Tiflis-Ceyhan neft kəməri, Cənubi Qafqaz qaz kəməri və ya Bakı-Tiflis-Qars dəmiryolu kimi böyük layihələrdən kənarlaşdırıldığı vaxtdan tamamilə fərqli vəziyyətdir. İndi Azərbaycan istəyir ki, Ermənistan belə layihələrdə iştirak etsin. Ermənistan üçün siyasi olaraq bu böyük imkanı qəbul etmək qaçılmazdır”.

Bu fikri isə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və Minsk Qrupundakı sabiq həmsədri Metyu Brayza söyləyib.

Onun qənaətincə, Ermənistan 10 noyabr üçtərəfli bəyannaməsinin bütün bölgədəki nəqliyyat əlaqələrinin yenidən açıldığını nəzərdə tutan 9-cu bəndini yerinə yetirməyin onun maraqlarına uyğun olduğunu görəcək. “Bu, Ermənistanın regional iqtisadiyyata və hətta regiondan kənara belə yenidən inteqrasiya etməsi, iqtisadi artımı, rifahı və iş yerlərini təmin etməsi üçün böyük bir fürsətdir. Və düşünürəm ki, Paşinyanın rəqiblərinin çox olmasına baxmayaraq, iyun ayında yenidən seçilməsini nəzərə alsaq, Ermənistanda siyasi hərəkat yaxşılaşır. Düzünü desəm, Nikolun siyasi ehtirasının uzun sürməyəcəyini düşünürəm”, - Brayza vurğulayıb.

O ki qaldı son vaxtlar haqqında tez-tez danışılan yeni müharibə ehtimalına, sabiq diplomata görə, Azərbaycanla Ermənistan arasında gələcəkdə heç bir müharibə olmayacaq: “Çünki Ermənistan müharibə aparmaq iqtidarında deyil. Azərbaycan isə bunu istəmir. Rusiya və Türkiyə də öz növbəsində müharibədə maraqlı deyil. Beləliklə, yeni müharibənin başlama şansı yoxdur”.

*****

44 günlük müharibə nəticəsində Ermənistan iqtisadiyyatı və sosial həyatında yaranan faciəli vəziyyət hələ aradan qalxmayıb. “Aysor” nəşri xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 30-da dövlət büdcəsinin müzakirəsi zamanı bildirib.

O, 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkiləri ilə daxili siyasi böhranın aradan qalxdığını söyləyib: “Təhlükəsizliyə böyük diqqət yetirəcəyik. Çünki onsuz uzunmüddətli inkişaf məqsədlərinə çatmaq mümkün deyil. Bu mənada təkcə ordunun, müdafiə qabiliyyətinin modernləşdirilməsi deyil, həm də Ermənistan ətrafında əlverişli xarici mühitin yaradılması, Ermənistan, Qarabağ və region üçün dinc inkişaf dövrünün açılması gündəminin ardıcıl şəkildə həyata keçirilməsi lazımdır”.


Regional sabitlikdən danışarkən baş nazir, kommunikasiyaların açılması və inkişaf etdirilməsi məsələsinin vacibliyini qeyd edib. Paşinyan vurğulayıb ki, bu məsələnin həlli Ermənistan iqtisadiyyatının inkişafı üçün əlavə stimul yaradacaq, iqtisadi artımı təmin edəcək və ölkənin xarici investisiyalar üçün cəlbediciliyini artıracaq.

*****

Qalib Azərbaycan isə özünün Müzəffər Ordusu ilə bütün ssenarilərə hazırıdır və mükəmməl şəkildə işlənmiş “B planı” da, “C planı”na da sahibdir. Ən əsası, dinc dönəm üçün də, yeni müharibə variantı üçün də əlahəzrət haqq və üstün iqtisadi-hərbi güc bizim tərəfdədir və bu gerçəyi Ermənistan heç vaxt dəyişdirə bilməyəcək - öz tərəfinə israrla Qərbi, Rusiyanı, İranı çəkməyə çalışsa belə.


Əslində kapitulyant ölkə müharibədən sonra da öz günahı üzündən “çəkiclə zindan” arasındadır: aşağıda da qalsa zərbə yeyəcək, başını qaldırsa da. Demək, xilas yolu təcili şəkildə belə durumdan, “çəkiclə zindan” arasından çıxmaq və Bakı və Ankaradan acizanə şəkildə imdad diləməkdir.../“Yeni Müsavat”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb

    Rəcəb Tayyib Ərdoğan Azərbaycana yola düşüb ...

    30-10-2017, 11:42

  • 
  • Türkiyə prezidenti Azərbaycandadır — YENİLƏNİB

    Türkiyə prezidenti Azərbaycandadır — YENİLƏNİB ...

    10-07-2018, 13:20

  • 
  • NATO sammitindən Şuşaya - Ərdoğanın səfəri dünyaya mesaj olacaq

    NATO sammitindən Şuşaya - Ərdoğanın səfəri ...

    11-06-2021, 11:24

  • 
  • Ərdoğan: "Rusiya ilə Türkiyə atəşkəs monitorinq mərkəzi haqqında müqavilə imzalayıb"

    Ərdoğan: "Rusiya ilə Türkiyə atəşkəs ...

    11-11-2020, 15:17

  • 
  • Fevralın 17-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin

    Fevralın 17-də Türkiyə Respublikasının Prezidenti ...

    17-02-2021, 22:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (274)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu