GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Nə Rusiya, nə də uzaq Avropa və Amerika Ermənistanı xilas edəcək... - Avropa Birliyinin 2.6 milyard avrosu isə...

Nə Rusiya, nə də uzaq Avropa və Amerika Ermənistanı xilas edəcək... - Avropa Birliyinin 2.6 milyard avrosu isə...

Tarix: 6-10-2021, 10:37 Bölmə :Siyasət Baxış: 246

Ermənistan özünü müharibənin məğlub olmuş tərəfi kimi aparmamaqla ən böyük pisliyi özünə edir. Ona görə ki, bir ilə yaxındır ki, zaman onun yox, qonşu Azərbaycanın, Türkiyənin xeyrinə işləyir. Amma ermənilər ağıllı millət olsaydı, “hər şər işdə bir xeyir başlanğıcı var” məntiqi üzrə hərəkət edərək, böyük quruculuq üçün sıfırdan başlamağa cəhd edərdilər. Bir növ, məğlub Almaniya kimi.

Bunu isə görmürük. Əksinə, ənənəvi davakar, barışmaz ritorika, haqq edilməyən, başdan yekə iddialarla yaşamaq bu gün də erməni cəmiyyətinə, onun siyasi xadimlərinə və KİV-lərinə xas olaraq qalır - kiçik istisnalarla. Altını isə yenə bütövlükdə erməni xalqı çəkir və çəkəcək.

*****

Misal üçün, az öncə məlumat yayıldı ki, 2021-ci ildə Ermənistanı 110 min adam tərk edib. Xüsusən də Zəngəzur (Sünik) bölgəsinin sürətlə boşaldığı deyilir. Əlbəttə ki, proses ölkə üzrə artan miqyasda gedəcək. Hələ bu rəqəm pandemiyaya görə sərhədlərin tam açılmadığı dövrə təsadüf edir. Aydındır ki, gediş-gəliş bütünlüklə bərpa olandan sonra Ermənistandan kütləvi köç daha da sürətlənəcək.

Emiqrasiya prosesini durdurmağın etibarlı yolu isə bəlli: erməni əhalini torpağa bağlamaq, bundan ötrü də ilk növbədə ona normal iş yeri yaratmaq, subsidiya vermək, ara-sıra verilən dilənçi payları, ianə yox. Bunun üçün isə Ermənistan, nəhayət, “izqoy ölkə” statusundan qurtularaq qonşu ölkələr, xüsusən də Azərbaycan və Türkiyə ilə iqtisadi-ticari əlaqələri tam həcmdə bərpa eləməli, Azərbaycan və Türkiyə sərmayələri üçün açıq ölkə olmalıdır. Bu da öz növbəsində iki qonşusuna qarşı əsassız ərazi iddialarından təcili imtinanı tələb edir.

Əfsus ki, biz hələ də İrəvandan heyrətamiz dirəniş müşahidə edirik. Ermənistanı xilas edəcək Türk kapitalının gəlişini təmin eləmək əvəzinə, erməni toplumunda Türkə nifrətin körüklədiyini görürük. Bunun adı “oturduğun budağı kəsməkdir”. Çünki dəfələrlə yazdığımız kimi, nə həmsərhəd olmayan Rusiya, nə də uzaq Avropa və ya ABŞ Ermənistanı iqtisadi böhrandan çıxaracaq. Avropa Birliyinin vəd elədiyi 2.6 milyard avro da qum təpəsinə tökülən su kimi yox olub gedəcək. Ta ki, Ermənistan daşı ətəyindən töküb Türkiyə və Azərbaycanla hərtərəfli əməkdaşlığa başlayanadək. Görəsən, daha neçə on il keçməlidir ki, Ermənistanın siyasi elitası bu sadə həqiqəti dərk eləsin?..

*****

İnsafən baş nazir Nikol Paşinyan ölkənin xilası yönündə nəsə eləmək istəyir. Ancaq vaxtaşırı radikal-revanşist (oxu: ağılsız) müxalif qüvvələrə və daşnak xislətli erməni lobbisinə tərəf boylanmaqla. Yəni ürkə-ürkə. Əslində anlaşılandır, ona görə ki, Türkiyə və Azərbaycanla kardinal şəkildə əlaqələr qurmaq, sülh müqaviləsi imzalamaq ona fiziki anlamda baha başa gələ bilər.

Lakin Ermənistanın başqa xilas yolu qalmayıb. Demək, kimsə “qurbanlıq” olmalıdır. Nə yazıq ki, erməni toplumu bir əsrdən çoxdur özünün yaratdığı miflərin və Türkə nifrətin əməlli-başlı girovuna çevrilib. Ondan imtina əlbəttə ki, asan olmayacaq. Təxminən narkomanın narkotikdən imtina eləməsi kimi əzablı olacaq. Əsas odur ki, erməni xalqı, onun önündə gedənlər özləri bu mərəzdən, “narkotik” asılılığından qurtulmaq, yəni sağalmaq istəsin. İstəyəcəklərmi?

Belə görünür ki, tezliklə yox. Hər halda, hakimiyyətdən qovulmuş “Qarabağ klanı”nın timsalında radikal-revanşist çevrələr, onun liderləri - Xocalı hərbi caniləri Serjik Sərkisyan və Robert Köçəryan suyu bulandırmağa, Nikol Paşinyanın böyük sülh yolunda kövrək addımlarını əngəlləməyə davam edirlər. Guya qonşu ölkələrlə anlaşmaq istəyən Paşinyan milli xəyanət yolu, “Qarabağı unutdurmaq” yolu tutub. Halbuki Ermənistan əhalisinin rifahı ən əvvəl elə Qarabağı unutmağa bağlıdır. Özü də həmişəlik...

*****

“Məsələnin mahiyyətindən danışarkən qeyd etməliyəm ki, Qarabağın gələcəyi, Şuşa, Hadrut, Qarabağın statusu ilə bağlı məsələlər müzakirə olunmur. Bu gün Ermənistan hakimiyyəti danışıqlar masasında deyil. Belə davam edərsə, heç bir şeyimiz qalmayacaq. Hər gün bizim üçün itirilmiş sayılacaq”.

Bu sözləri srağagün yerli mediaya açıqlamasında Ermənistanın keçmiş prezidenti Robert Köçəryan deyib.

Köçəryanın iddia edib ki, Paşinyan hakimiyyəti bu və ya digər şəkildə Qarabağla bağlı məsələyə toxunmağa belə cəhd göstərmir. “Bir müddət sonra xalqımız Qarabağın Rusiya-Azərbaycan danışıqlarının mövzusu olduğunu və Ermənistanın buna yalnız uzaq və ya dolayı dəxli olduğunu düşünməyə başlayacaq” - Xocalı canisi vurğulayıb və əlavə edib: “Hər gün özümə sual verirəm ki, Bakı Rusiya sülhməramlı missiyasının mandatını uzatmağa razı olmasa, nə olacaq? Maraqlıdır, mövcud hakimiyyət bu sualı özünə verirmi?”

Nə olacaq? Deyək: Qarabağda qalan erməni əhali ya Azərbaycan Konstitusiyasını tanıyıb ağ günə çıxacaq, ya da Laçın dəhlizi ilə rədd olub xaricə - daşnak qardaşlarının yanına köç edəcək.

Ermənistandakı radikal müxalifətin əsas “dərdi” bax, budur: Qarabağı bəhanə edib hakimiyyəti təzədən ələ keçirmək. Artıq Köçəryan və tərəfdarları Paşinyanı devirmək üçün növbəti küçə yürüşlərinin anonsunu da veriblər. Can verən Ermənistanı ayaq üstə qoymağın yeganə yoluna çıxmağa yardımçı olmaq, qan-tər içində buna kömək eləmək, ümumən faydalı işlə məşğul olmaq əvəzinə...

*****

“Yoldaş ermənilər, bəs siz nə vaxt işləyəcəksiz? Köçəryan Paşinyan hakimiyyətini laxlatmaq istəyir. Ölkədə yenə hakimiyyəti dəyişmək üçün müxalifətinin genişmiqyaslı küçə mitinqləri elan edilib. Beləcə işləmək istəmir ermənilər. Yenə də səs-küy salacaqlar. Rusiya isə onları yemləməli, onlara güzəştli qaz verməli və təhlükəsizliyi təmin etməlidir”.

“Yeni Müsavat” xəbər verir ki, belə bir ironik və haqlı statusu rusiyalı siyasi ekspert və məsləhətçi, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko öz teleqram kanalında yazıb.

“Ermənistanın çökməsi, müharibədəki məğlubiyyəti, kapitulyasiyası son 30 illik dövlət siyasətinin nəticəsidir”.

Bunu isə Axar.az-a açıqlamasında Rusiyanın ən nüfuzlu maliyyə analitiklərinin Top-10-a daxil olan ekspert Aleksandr Razuvayev bildirib.

Analitik üzünü erməni toplumuna tutaraq deyib: “Bir düşünün, 30 il ərzində İsrail güclü iqtisadiyyat və güclü ordu yarada bildi. Moderniləşdirilmiş iqtisadiyyatı, həyat şəraiti və əlbəttə ki, güclü silahlı qüvvələrini tamamilə yenidən yaradan Azərbaycana baxın. Bu, əlbəttə ki, ilk növbədə, Heydər Əliyevin və onun yolunu davam etdirən İlham Əliyevin xidmətidir. Bu illər ərzində Ermənistan miqyaslı korrupsiyadan başqa heç nə yaratmayıb, üstəlik, sırf turizm və əmək miqrantları üzərində dayanan iqtisadiyyat modeli qurub. Təbii ki, bu, çox qeyri-sabit iqtisadiyyatdır. Aydındır ki, pandemiya bu iqtisadiyyatı kart evi kimi məhv etdi. Amma yada salsaq görərik ki, məhz Köçəryan və Sərkisyan bu model iqtisadiyyatla fəxr edirdi”.

Odur ki, Razuvayevə görə, bu işdə hazırkı hakimiyyəti günahlandırmaq, sadəcə, gülüncdür. “Bu iqtisadiyyat, ordu onilliklər ərzində qurulub. Məhz ”yenilməz ordu", “güclü iqtisadiyyat” terminləri illərdir Köçəryan və Sərkisyanın vizit kartı olub. Ermənistan iqtisadiyyatının və ordusunun dağılmasında ilk növbədə bu ölkənin bütün əvvəlki rəhbərləri, nazirləri, yüksək rütbəli məmurları günahkardır. Uduzmağı bacarmağa da kişilik lazımdır. Azərbaycanda güclü lider var. Cənab Əliyevin dünyada, xüsusən MDB-də, o cümlədən Rusiyada böyük avtoriteti var. Ermənistanın belə lideri heç vaxt olmayıb".

Məsələ də bundadır: ermənilərin onları rifah və inkişafa qovuşduracaq ağıllı liderləri yoxdur. Paşinyan buna cəhd edir. Alınacaqmı? Hər halda, erməni xalqının xoşbəxtliyinin olduğu ünvan məlum.../“Yeni Müsavat”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İslam Abbasov erməni dünya çempionunu məğlub etdi - YENİLƏNİB

    İslam Abbasov erməni dünya çempionunu məğlub etdi ...

    12-04-2019, 20:21

  • 
  • İrəvanın Zəngəzur “sancısı” - Azərbaycanla sülhü əngəlləməklə Ermənistan öz ayağının altını qazıyır!

    İrəvanın Zəngəzur “sancısı” - Azərbaycanla sülhü ...

    13-07-2021, 10:30

  • 
  • Bakıya erməni idmançılar gəlir

    Bakıya erməni idmançılar gəlir ...

    12-05-2015, 21:44

  • 
  • Erməni nazir Bakıdakı paraddan danışdı

    Erməni nazir Bakıdakı paraddan danışdı ...

    26-06-2013, 17:02

  • 
  • Erməni tankları Qarabağda cəmləşir, terrorçular böyük döyüşə hazırlaşır

    Erməni tankları Qarabağda cəmləşir, terrorçular ...

    28-04-2016, 16:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (278)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu