GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İran-Azərbaycan münasibətlərinə dair sensasion açıqlama: “Təxribat ola bilər, amma...”

İran-Azərbaycan münasibətlərinə dair sensasion açıqlama: “Təxribat ola bilər, amma...”

Tarix: 7-10-2021, 10:20 Bölmə :Siyasət Baxış: 261


Sülhəddin Əkbər: “Bütün prosesləri nəzərə alanda Tehran meydanda tək qalacağını görür”


İran-Azərbaycan münasibətləri kritik mərhələdədir. Bəzi siyasi ekspertlər yaranmış durumu “soyuq müharibə” də hesab edirlər. İran qonşusu və dindaşı Azərbaycanla Ermənistana görə üz-göz olub. Düzdür, ortada öz maraqları var. Amma bu böhrana səbəb İranın Ermənistan üzərindən Qarabağa göndərdiyi yük maşınları oldu. Azərbaycan tərəf İranın qanunsuzluğunu isbat edəndən sonra rəsmi Tehran geri çəkilmək əvəzinə, üstümüzə gəldi, ölkəmizi suçladı. “Sionist rejimi” terminini işlətdi. Ardında İranın ali dini lideri Seyid Əli Xameneyi bəyanat verdi, İranın siyasi rəhbərliyinin mövqeyini haqlı sayan sözlər dedi. Onunla eyni vaxtda İranın xarici işlər naziri Azərbaycanı təhdid etdi.

Oktyabrın 5-də isə İran Azərbaycandan Naxçıvana uçan hərbi təyyarələrə hava məkanını qapatdı. Azərbaycan tərəf də bütün indiyədək olanlara reaksiya verdi. İranın ali dini lideri Xameneyinin Azərbaycandakı nümayəndəsi höccətülislam Seyid Əli Əkbər Ocaqnejadın Bakıda fəaliyyət göstərən ofisi bağlanıb.

Daha bir tutarlı cavab isə Naxçıvanda Türkiyə qırıcılarının havaya qaldırılması oldu. Naxçıvanda Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimin adına diqqət edək: “Sarsılmaz qardaşlıq-2021". İranın ölkəmizə qarşı tutduğu mövqeyə ən tutarlı cavab Türkiyə ilə birgə hərbi təlimlərdir. Rəsmi Tehran Türkiyə-Azərbaycan qardaşlığından, müttəfiqliyindən, birgə hərbi təlimlərdən çox narahatdır. Artıq Türkiyə İlə Azərbaycanın arasındakı münasibətlər mənəvi, fəlsəfi, poetik mərhələni keçib. Ortada daha ciddi, daha real müttəfiqlik var. Bu müttəfiqlik Türkiyə və Azərbaycan prezidentlərinin imzaları ilə rəsmi müqavilə şəklində təsdiqlənib. İyunun 15-də Şuşada imzalanan bəyannamə - Şuşa Bəyannaməsi Azərbaycana ola biləcək hərbi aqressiyalarda Türkiyənin hansı mövqe tutacağını bəlli edir. Bu, boşuna ”İkinci Qars müqaviləsi" adlandırılmır. Prezident İlham Əliyev ötən il xalqa telemüraciətlərində də bunun anonsunu vermişdi. Türkiyə qırıcılarının Azərbaycanda olmasından danışarkən Prezident demişdi ki, o F-16-lar Azərbaycana 3-cü ölkə tərəfindən aqressiya olacağı təqdirdə havaya qalxacaq.

Azad Demokratlar Partiyasının sədri, keçmiş milli təhlükəsizlik nazirinin birinci müavini Sülhəddin Əkbər İran-Azərbaycan münasibətlərində yaranmış durumu “Yeni Müsavat”a şərh edib və proqnozlarını verib. Sülhəddin Əkbər öncə bildirdi ki, hazırkı vəziyyəti “müharibə öncəsi vəziyyət” kimi dəyərləndirmək erkəndir: “İranla Azərbaycan arasında müharibənin olacağı, hətta lokal müharibənin olacağı gözlənilmir. Ola bilsin sərhəddə hər hansı insident, təxribat baş verə bilər. Amma müharibənin olacağını mən gözləmirəm. Çünki İran təcrübəli dövlətdir, böyük dövlətçilik yaddaşı var və o, hesablama aparmağı ən azı bacarır. Azərbaycanın həm təkbaşına, həm də müttəfiqləri və tərəfdaşları ilə birgə gücünü bilir. Dünyadakı geopolitik, geostrateji, geoekonomik konyukturanı da bilir. Regiondakı hərbi-siyasi durumdan da xəbərdardır və kəşfiyyatı da kifayət qədər aktiv işləyir. Ona görə də qüvvələr nisbətini nəzərə alır və atdığı addımların nələrə səbəb olacağını, özünə necə baha başa gələcəyini bilir. İranın geri çəkiləcəyini düşünürəm. Sadəcə olaraq, İran yoxlama gedişi etdi və mənə elə gəlir indi oturub hesabını aparacaq və hesabın öz xeyrinə olmadığı qənaətinə gələcək. Çünki hər şey açıq-aydın şəkildə ortadadır. Mən qüvvələr nisbətini nəzərdə tuturam. Ona görə də İran nə qədər tez bu ziyanlı yoldan dönsə, o qədər öz xeyrinə olacaq”.

Sülhəddin Əkbər: “Heç bir panika olmayacaq, sadəcə ayıq-sayıq olmaq  lazımdır” | Report.az

Sülhəddin Əkbər

S.Əkbər qeyd etdi ki, bu baş verənlər gözlənilən idi: “İranı mən illərlə aktuallaşmağa meylli potensial təhdid adlandırırdım. Eyni zamanda kitabımda qeyd etmişdim ki, İran qısa zamanda aktuallaşa biləcək bir təhdiddir. İkinci Qarabağ savaşında Azərbaycanın qalib gəlməsi bu prosesi sürətləndirdi. Görürsünüz ki, necə qısa zamanda İran potensial təhdidi aktuallaşdı və aktual təhdidə çevrildi. Bəli, artıq İran Azərbaycan üçün aktual təhdiddir. Bundan sonra Azərbaycan İrandan ən pis halda kəşfiyyat müharibəsi gözləyə bilər. Yəni klassik müharibədən söhbət getmir. Kəşfiyyat müharibəsi gözləniləndir və dolayısı ilə İran öz vəkillərindən istifadə etməklə kəşfiyyat-təxribat fəaliyyəti, pozuculuq fəaliyyəti apara bilər, eyni zamanda Azərbaycandakı ”5-ci kolonu"nu fəallaşdıra bilər. Amma Azərbaycanın bunun qarşısını almaq üçün təkbaşına, üstəgəl, müttəfiqləri və tərəfdaşları ilə birgə olan gücü və potensialı yetərlidir. Azərbaycan tərəfindən atılan addımlar, dövlət başçısının açıq səsləndirdiyi fikirlər, yəni Azərbaycanın apardığı xətdən geri dönməyəcəyi haqda verdiyi bəyanatlar, hətta altılıq platformasında artıq İranı görmək istəməməsini bəyan eləməsi, Ermənistanın hava məkanından Naxçıvana hava dəhlizinin açılması, Rusiyanın və Türkiyənin liderlərinin görüşü zamanı Putinin Türkiyə haqda verdiyi bəyanatı İran nəzərə almalıdır. Bütün bunları nəzərə alanda İran meydanda tək qalacağını görür".

Türk F-16-ları Naxçıvandan İrəvanı hədəf aldı? - POLKOVNİK

Sabiq MTN-çi hesab edir ki, Azərbaycan haqlı olaraq kifayət qədər sərt cavab verib: “Mən iki məsələni xüsusi qeyd eləmək istəyirəm. Birincisi, İranın ali rəhbərinin Azərbaycandakı nümayəndəsinin ofisinin bağlanması birbaşa cavabdır. İkincisi, bütövlükdə İrana cavab altılıq formatında artıq Azərbaycanın onu görmək istəmədiyi haqda verilən bəyanatdır. İndi baxaq görək İran bundan sonra necə addım atacaq. Azərbaycan cəmiyyəti İranın müharibəyə girişəcəyindən nə qorxsun, nə çəkinsin. Belə bir şey olmayacaq. Ancaq biz, dediyim kimi, İranın kəşfiyyat müharibəsinə başlaya biləcəyini, ”5-ci kolonu" fəallaşdıra biləcəyini və vəkillərdən istifadə edə biləcəyini nəzərə almalıyıq. Artıq İran diplomatik siyasi fəaliyyətə başlayıb, bütün türk düşmənləri ilə görüşlər keçirir. Bundan sonra oturub bunun da hesabını aparacaq".

S.Əkbər qeyd etdi ki, İranı müharibədən çəkindirən çox ciddi faktorlar mövcuddur: “Birincisi, götürək Azərbaycanın təkbaşına gücünü. Artıq nə Azərbaycan cəmiyyəti, nə də dövləti institutları ilə birgə əvvəlki Azərbaycan deyil. Xüsusən də İkinci Qarabağ savaşından sonra qalib gəlmiş dövlət və millətdir. Azərbaycanda artıq millət ordu kodu işə düşüb, bizim tarixi genetik kodlarımız artıq işə düşüb. Bizdə artıq millət ordu kimi birləşib ortaya güc qoya bilir. Bunu bütün dünya görür, o cümlədən də İran. İkincisi, Azərbaycanın müdafiə, kəşfiyyat və təhlükəsizlik sektoru yenidən qurulur. Azərbaycanın müasir döyüş apara bilən, eyni zamanda hərbi strateji düşüncəyə, konsepsiya və doktrinaya sahib yüksək zabit heyəti formalaşıb. Azərbaycanın iqtisadi, maliyyə potensialı da nəzərə alınmalıdır. Amma ən başlıcası Azərbaycanın qurduğu müttəfiqlik və tərəfdaşlıq münasibətləri sistemidir. Burada ilk növbədə Böyük Britaniyanı, İsraili və dünya yəhudiliyini, bu iki dövlətin dünyada olan gücünü, Türkiyə və Pakistanı, xüsusən Türkiyənin Azərbaycanla strateji müttəfiqlik sazişi imzalamasını, Türkiyənin Azərbaycanda hərbi varlığını nəzərdə tuturam. İran artıq əslində özünü mühasirəyə alınmış hesab edir”.

Həmsöhbətimiz vurğuladı ki, İranın daxilində milyonlarla azərbaycanlının varlığı da Azərbaycanın potensial gücüdür: “Heç kimə sirr deyil ki, Azərbaycanın böyük hissəsi İran adlanan ölkənin daxilindədir və Azərbaycan türklərinin də böyük hissəsi oradadır. Heç kimə sirr deyil ki, İranın həm müdafiə, həm kəşfiyyat, həm təhlükəsizlik sektorunda, həm də iqtsadi sektorunda, dini sahədə Azərbaycan türkləri kifayət qədər güclü mövqeyə sahibdirlər. Bu da bizim aktuallaşmağa meylli potensialımızdır və çox güclü potensialdır. Üstəlik, qlobal və regional vəziyyəti də nəzərə alsaq, İrana yönəlik olan qüvvələri və onların Azərbaycana dəstək verməyə hazır olduğunu, Azərbaycan-İran münasibətlərinin gərginləşdiyi bir vaxtda əllərini ovuşdurduqlarını da İran unutmamalıdır”./“Yeni Müsavat”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cavad Zərif Azərbaycana və Ermənistana buna görə səfər edib - ŞOK SƏBƏBLƏR

    Cavad Zərif Azərbaycana və Ermənistana buna görə ...

    24-05-2021, 16:34

  • 
  • Əli Əkbər Salehi: “İran viza rejiminin ləğv olunması üçün Azərbaycanla danışıqlar aparır”

    Əli Əkbər Salehi: “İran viza rejiminin ləğv ...

    27-12-2012, 12:53

  • 
  • İranın xarici işlər naziri Azərbaycana səfər edəcək

    İranın xarici işlər naziri Azərbaycana səfər ...

    7-08-2019, 16:01

  • 
  • Amerikalı ekspertlər İran-Azərbaycan münasibətləri barədə

    Amerikalı ekspertlər İran-Azərbaycan ...

    7-12-2012, 11:14

  • 
  • Nazir: ABŞ sanksiyaları qaldırsa, İran danışıqları nəzərdən keçirə bilər

    Nazir: ABŞ sanksiyaları qaldırsa, İran ...

    4-07-2019, 20:26


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (278)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu