“İranlılar Qafqaza yaxın xaric kimi baxırlar və elə hesab edirlər ki, regionda iqtisadi, siyasi və diplomatik baxımdan üstün olmaq hüququna malikdirlər”
gundemxeber.az ABŞ Konqresinin Avropa və Avrasiya üzrə alt komitəsi “İranın Cənubi Qafqaza təsiri və ətraf region” mövzusunda dinləmələr təşkil edib. Görüş zamanı Azərbaycan-İran münasibətlərinə də toxunulub. Konqresmen Dana Rohabaher İran hökumətini “qanqster rejim” adlandıraraq azərbaycanlı əhalinin hüquqlarının kobud şəkildə pozulduğunu bildirib. O bildirib ki, İran azərbaycanlıları da digər xalqlar kimi azad yaşamaq hüququna malikdir. O qeyd edib ki, İranın Azərbaycanda radikal şiəliyi yaymaq niyyətinə baxmayaraq, Tehran bu məqsədinə nail ola bilməyib. Region üzrə ekspert Brenda Şafer deyib ki, İran recimi yalnız sözdə müsəlmanların hüquqlarını müdafiə edir, reallıqda isə azərbaycanlıların hüquqlarını pozur. Konqres komitəsinin yüksək vəzifəli üzvü Qreqori Miks deyib ki, Azərbaycanla İran arasında din yaxınlığına baxmayaraq, Tehran Qarabağ münaqişəsində Ermənistanın tərəfindədir. “İranlılar Qafqaza yaxın xaric kimi baxırlar və elə hesab edirlər ki, regionda iqtisadi, siyasi və diplomatik baxımdan üstün olmaq hüququna malikdirlər”, - o vurğulayıb. Amerika Sahibkarlıq İnstitutunun elmi əməkdaşı Maykl Rubin (Pentaqonun İran və İraq üzrə keçmiş müşaviri) qeyd edib ki, islam inqilabının ixracı İranın əsas məqsədi olaraq qalır. İran Cənubi Qafqazda öz səylərini Azərbaycanda pozuculuq fəaliyyətinə yönəldir. İran hakimiyyəti öz nüfuzunun artırılması üçün xeyriyyə fəaliyyətindən istifadə edir. Bununla belə, Rubun qeyd edib ki, “Azərbaycan xalqı mühüm dərəcədə qərbyönlü oriyentasiyanı saxlayır və İranın hökmranlığını qəbul etmək istəmir”. Heritage Foundation təşkilatından Ariel Koen hesab edir ki, İran Xəzər dənizinin bölünməsində müqavimət göstərməklə müasir boru kəməri infrastrukturunun inşasına və beynəlxalq energetika şirkətlərinin iştirakı ilə regionun enerci resurslarının işlənməsinə əngəl törədir. İran liderləri qonşu dövlətlərin xalqlarının rifahını düşünmür, çünki Xəzərdə karbohidrogenlərin hasilatı İran üçün o qədər də vacib deyil, belə ki, o, özü cənubda zəngin neft və qaz resurslarına malikdir, Fars körfəzinə, Ərəb dənizinə geniş çıxışı var. Müzakirələr zamanı Cənubi Qafqaz və Xəzər regionundakı qonşuların təhlükəsizliyinin və iqtisadi maraqlarının müdafiəsi üçün ABŞ-ın siyasətinin canlandırılmasının vacibliyi vurğulanıb. Rasim
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?