GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Məgər Bakıdakı israillilər haqqında Xameneiyə məruzə olunmayıb?

Məgər Bakıdakı israillilər haqqında Xameneiyə məruzə olunmayıb?

Tarix: 7-10-2021, 10:24 Bölmə :Siyasət Baxış: 298


Müəllif: Valeriy Kantor

İran tərəfindən Azərbaycana qarşı səsləndirilən misilsiz və sivil dünyada qəbul olunmayan təhdidlər Qərb KİV-lərində qızğın analiz olunur…
İslam respublikasının rəsmi nümayəndələri iki ölkənin ənənəvi ehtiyatlı münasibətlərindəki bu dəfə sərhədə qoşun yığmaqla nəticələnən gərginliyini  onunla izah edirlər ki, qonşu dövlətin “sionist qurumun (İranda İsrail dövlətini rəsmən bu cür adlandırırlar) hərbi bazaları üçün platsdarma çevrilməsi” ilə barışa bilməzlər.
Baxmayaraq ki, prezident İlham Əliyev rəsmi Tehranın ittihamlarını qətiyyətlə rədd edərək Azərbaycanda əcnəbi hərbi birliklərin fiziki mövcudluğu ilə bağlı konkret sübutlar tələb edib, İranın qəzəbli ritorikası get-gedə daha qıcıqlandırıcı və yolverilməz intonasiya daşıyaraq güclənməkdədir.

Bununla əlaqədar sadə suallar yaranır.

Məgər İran rəhbərləri Azərbaycanla İsrailin hələ ötən əsrin 90-cı illərində başlayan strateji  əməkdaşlığının miqyasından xəbərsizdilər?
Məgər İslam inqilabı keşikçiləri Korpusunun (İİKK) kəşfiyyatının rəhbərliyi ali ruhani lider Əli Xameneiyə məruzə etməyiblər ki, hələ 2011-ci ildə Azərbaycan İsrail texnologiyaları ilə müasir PUA-ların istehsalına başlayıb?
Məgər İran kəşfiyyatının rəhbərləri Tehran hökumətini İsrail hökumətinin ən nüfuzlu üzvlərinin və Baş nazirinin Azərbaycana səfərləri barədə məlumatlandırmayıb?
Əlbəttə, bilirdilər, məruzə etmişdilər, məlumatlandırmışdılar!
Elə isə niyə məhz indi, 2021-ci ilin ikinci yarısında İran Bakı ilə Təl-Əvivin strateji əməkdaşlığından (Tehran Azərbaycanda İsrail hərbçilərinin fiziki mövcudluğuna dair bircə sübut belə təqdim etməyib) şimal qonşusuyla münasibətləri kəskin şəkildə gərginləşdirmək üçün bəhanə kimi istifadə etmək qərarına gəlib? Adətən çevik və qəliz İran diplomatiyasını ona xas olmayan ultimativ, döyüşkən intonasiyalara dəyişdirən “tumbler” rolunu məhz nə oynayıb?
Ehtimal edirəm ki, ayətollaların və İİKK-in ali rəhbərliyin narahatlığının əsas səbəbi islam respublikasının hərbi-sənaye kompleksinin müasir silah növlərinin, xüsusilə də döyüş və kəşfiyyat PUA-larının istehsalı texnologiyasında yetərincə geridə qalması ilə bağlıdır.
Bunu Tehranın gözlərini bölgədə yaranan prinsipial yeni situasiyaya açmış İkinci Qarabağ müharibəsinin gedişatı və nəticələri də təsdiqlədi...
Eyni baxış, ayrı-ayrı məqsədlər

Hərbi əməliyyatlar və kəşfiyyat əməliyyatlarında müasir PUA-lardan kütləvi istifadə məsələsində İran və Azərbaycan ordularının Baş Qərargahlarının mövqelərində strateji baxış fərqi yox idi: Bakı da, Tehran da bu silah növündən istifadənin üstünlüklərini aydın şəkildə anlayırdı, odur ki, PUA-ların kütləvi istehsalını genişləndirirdi: İranda bu, 2000-ci illərin əvvəllərində, Azərbaycanda isə İrandan 10 il sonra başlamışdı.
Prinsipial fərq isə iki qonşu dövlətin məqsədlərində idi.
İlham Əliyev Azərbaycan ordusunu ardıcıl şəkildə yenidən quraraq və silahlandıraraq qarşısına Qarabağ ərazisini və ətraf rayonları otuz illik erməni işğalından azad etmək kimi vahid məqsəd qoymuşdusa, İran PUA-dan Yaxın Şərqdəki sünni monarxiyalarla mübarizədə universal silah kimi, habelə ABŞ-ın İraqdakı hərbi bazalarına və İsrailin mülki əhalisinə qarşı “qisas aksiyaları”nda istifadə edirdi.
PUA-ların kütləvi istehsalına bel bağlamağı sanksiyalar şəraitində elmi-texniki tərəqqinin nailiyyətlərinin tətbiqini Əli Xameneinin fəxrlə “müqavimət iqtisadiyyatı” adlandırdığı öz gücünə arxalanmaq konsepsiyası ilə birləşdirən İranın spesifik yanaşması idi.
Bu strategiyanın ilk baxışda ciddi nöqsanı yoxdu:  İranın öz satellitlərini təchiz etdiyi PUA-lar ona başqalarının əli ilə rəqiblərini daima gərginlikdə saxlamaq, onlara məqsədyönlü zərbələr endirmək və bu vaxt Körfəz monarxiyalarına, ABŞ və İsrailə İran ərazisindəki hədəflərə hücum etmək üçün bəhanə verməməklə  cavab reaksiyasından qaçmaq imkanı qazandırırdı. Belə ki,  aqressiv əməllər üçün məsuliyyəti əslində büsbütün İrana tabe olan və “milli-vətənpərvərlik mübarizəsi” aparan şiə könüllüləri daşımış olurdu.
Iran Primer  saytının məlumatına görə, hələ 2004-cü ildə İran öz istehsalı olan, təsir radiusu 15 km.-dən 1700 km.-ə qədər məsafəni əhatə edən PUA-larla Livan, İraq, Yəmən və Qəzza sektorundakı şiə milislərini, habelə kontrabanda yoluyla, tankerlərin anbarlarında çatdırmaqla Venesuelada Uqo Çaves rejimini təchiz edib.
Artıq həmin vaxt Londonun IISSinstitutunun tədqiqatçısı Fabian Xinz PUA-larla hərbiləşdirilmiş şiə strukturlarının kütləvi  təchizini İranın öz hərbi zəifliyini pərdələmək üçün işləyib hazırladığı asimmetrik strategiyanın tərkib hissəsi kimi qiymətləndirmişdi. Bir sözlə, bu, müharibəni düşmən ərazisində aparmaq kimi Stalin konsepsiyasının sırf İran variantı…
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi komandanlığının rəhbəri Kennet Makkenzi 2019-cu ildə İran “puamaniya”sını dəyərləndirərək bildirmişdi ki, Yaxın Şərq əksəriyyəti İranda istehsal olunan pilotsuz uçuş aparatlarının geniş tətbiqi üçün poliqona çevrilib.
Yeri gəlmişkən, elə həmin Makkenzi bildirmişdi ki, iranlıların PUA-lardan kütləvi istifadəsi ABŞ və müttəfiqlərinin təhlükəsizliyi baxımından müsbət faktordur. Belə ki, ayətollalar müxtəlif uzaqlıqlı ballistik raketlərin işlənib hazırlanmasına ayrılan xərcləri kəskin azaltmalı olublar. Bu sonuncuların tətbiqini isə  HAMAS və ya “İslam cihadı” döyüşçülərinin üzərinə yıxmaq mümkün olmayacaqdı…
İran PUA-ları - yoxsullar üçün HHQ-dir
Problemlər o vaxt başladı ki, İranda kütləvi şəkildə PUA istehsalının onların keyfiyyəti və texnoloji səviyyəsi ilə ayaqlaşa bilmədiyi  tədricən aydın görünməyə başladı.
Bəlli olduğu kimi, İran hərbi-sənaye kompleksi bu gün də bəzi silah növlərini, o cümlədən PUA-ları digər ölkələrdə hazırlanan qabaqcıl sistemlərin bazasında, “əks layihələşdirmə” prinsipi ilə istehsal edir. Təəccüblü deyil ki, bu cür məhsul çox vaxt peşəkar keyfiyyət standartlarına müvafiq gəlmir - bu, şiə ekspansiyasının liderlərinin illər boyu etinasızlıqla yanaşdıqları faktdır. Bu illər ərzində onlar özlərinin geosiyasi ambisiyalarına təsəllini Qərb KİV-lərində yayımlanan informasiyalarda tapırdılar. Həmin KİV-lər isə İran PUA-larının ABŞ-ın İraq və Suriyadakı hərbi bazalarına, Səudiyyə Ərəbistanının neft mədənlərinə və İsrailin sənaye mərkəzlərinə cəsarətli hücumlardan bəhs edirdilər. Və bütün bu hücumlara görə İran heç bir məsuliyyət daşımırdı. Bu, şiə İranının Polişinel sirriydi - ayətolla rejiminin bədxahlarına və düşmənlərinə verilən siqnaldı ki, “İranın cəzalandıran əli” Yaxın Şərqin istənilən nöqtəsinə qədər uzanır…
Ayılma dərhal baş vermədi.  Tədricən İranın təkcə düşmənləri yox, həm də onun proksiləri anlamağa başladı ki, PUA-ların effektivliyi yetərincə aşağıdır -  həm hücum xarakteristikasına, həm də rəqibin hava hücumundan müdafiə sisteminin zərbələrindən qorunmaq imkanlarına görə.  Bu narazılığı digərlərindən daha aydın şəkildə HAMAS-ın Qəzzadakı səhra komandiri ifadə etdi. O, İsrailin Müdafiə ordusunun Qəzzada “Divar keşikçisi” əməliyyatının tamamlanmasından sonra bildirdi ki, İran PUA-ları - İsrail aviasiyasının zərbə gücünə qarşı ucuz alternativ, özünəməxsus kasıb HHQ-dir. Onunla güclənmək olar, ancaq real zərər vurmaq olmaz …
Sonra müxalif İran jurnalistlərinin “Milli həqarətin simmetriyası” adlandırdıqları dövr gəldi. İran liderlərinin İİKK-nin Baş komandanı, “millətin siması” adlandırılan Qasım Süleymaninin qətlinə, Natanzedəki atom tədqiqatları Mərkəzində baş verən sirli partlayışlara, Milli nüvə proqramının rəhbəri Möhsün Fəxrizadənin müəmmalı şəkildə öldürülməsinə, Suriyanın cənubunda İran hərbi bazalarının və İİKK zabitlərinin mütəmadi məhv edilməsinə görə ABŞ imperialistlərindən və “sionist işğalçılar”dan qisas alacaqları ilə bağlı bütün dünyaya verdikləri vədlər elə vəd olaraq da qaldı. Ayətollalar hədələdilər, qorxutdular, ancaq cəzalandırmadılar.  “Bilirsən kimi, bilirsən niyə, ancaq bilmirsən nə ilə!” - oxşar vəziyyətlərdə deyirlər.
Nəhayət ötən il Tehranın gözləri tamam açıldı. İkinci Qarabağ müharibəsinə Azərbaycan ordusu Türkiyədə və İsraildə istehsal olunan PUA-ların güc və potensialını nümayiş etdirərək Ermənini atəşkəsə məcbur etdi.
Washington Post qəzeti 44 günlük müharibənin yekunlarından yazarkən qeyd etdi ki, Qarabağ uğrunda savaş və Azərbaycan ordusunun texnoloji cəhətdən qabaqcıl PUA-lardan istifadəsi təkcə indiyədək HHQ-nin və quru qoşunlarının imkanlarına arxalanan ənənəvi hərbi kampaniyaların parametrlərini dəyişmədi, həm də sübut etdi ki, Hava hücumundan müdafiənin effektiv sistemlərinin və döyüş dronlarından etibarlı qorunmanın yoxluğu şəraitində məhv olmaq riski radarlardan ağır tanklara və raket qurğularına qədər silah və texnikanın bütün sistemlərini əhatə edir.
Məhz bu nəticə Qafqazda vəziyyətin gözlənilməz dərəcədə kəskin gərginləşməsinin və Azərbaycanın suverenliyi açıqca təhdid edən İranın aqressiv ritorikasının səbəbinə aydınlıq gətirir.
Məlumdur ki, Qarabağ müharibəsində Azərbaycan ordusu düşmənin T-54, T-62 və T-72 tanklarının üçdə ikisini məhv edib, Hava hücumundan müdafiə sistemlərinin yarısını, həmçinin 10-larla zirehli texnikanı, çoxsaylı zenit-raket komplekslərini, artilleriyanı, yaylım atəşi sistemlərini, minaatanları sıradan çıxarıb…
İran generalları bu statistikanı güman ki əzbər bilirlər.  Çünki İran ordusu və İİKK bölmələri də indiyədək məhz Sovet istehsalı olan köhnəlmiş silahlarla və döyüş texnikası ilə təchiz olunub.
Bu, həmin silahlardır ki, İranın hərbi-sənaye kompleksi “əks layihələşdirmə” prinsipi ilə öz gücünə və imkanlarına uyğun müasir şəklə salmağa çalışır.
Bu, həmin köhnəlmiş Sovet silahlarıdır ki, Azərbaycan PUA-ları Qarabağ müharibəsində onları kibrit qutuları kimi yandırıb.
Əyani ekstrapolyasiyadır.
İran liderləri böyük ehtimalla anlayır ki, tarixin rəqqası Tehrandan əks tərəfə hərəkət edəndə vaxtı fövtə veriblər, müasir İran texnoloji inkişafda ümidsiz dərəcədə geri qalır, bugünkü Azərbaycan isə təkcə inkişaf etmiş sənaye və qabaqcıl iqtisadiyyat yox, həm də hərbi güc deməkdir.  Əks halda siyasi əsəbiliyin gözlənilməz sıçrayışını və Azərbaycan sərhədi boyunca peyda olan Sovet tanklarının və yaylım atəşi sistemlərinin yerdəyişməsini necə izah etmək olar?
Buna baxmayaraq, əgər İran Azərbaycana göstərdiyi siyasi və psixoloji təzyiqin effektivliyinə ümid edirsə, bu təzyiqdən sonra Bakının özünün hansı dövlətlə münasibət qurmaq, hansılarla taleyüklü məsələləri həll etmək, hansılarla isə münasibətləri kəsmək kimi hüququndan əl çəkəcəyini düşünürsə, deməli islam dövlətinin liderləri hələ də Səfəvilər dövlətinin möhtəşəmliyi haqqında orta əsr əfsanələrinin əsiridirlər.  Əslində onlar çoxdan unudulmuş və sivilizasiyanın istisna etdiyi keçmişdə  yaşayırlar.
O keçmişdə ki, onun təqvimində bu gün XXI əsr yox, 1443-cü ildir…


GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İranın ali rəhbəri əsrin sonunda İsrailin mövcud olmayacağını bəyan edib

    İranın ali rəhbəri əsrin sonunda İsrailin mövcud ...

    11-09-2015, 17:08

  • 
  • Prezident İlham Əliyev İranda rəsmi səfərdədir

    Prezident İlham Əliyev İranda rəsmi səfərdədir ...

    23-02-2016, 12:59

  • 
  • İsraillə Rusiya arasında Azərbaycana qarşı sövdələşmə?

    İsraillə Rusiya arasında Azərbaycana qarşı ...

    11-11-2013, 10:29

  • 
  • İran Azərbaycanı çevrilişlə hədələməyə başladı

    İran Azərbaycanı çevrilişlə hədələməyə başladı ...

    25-11-2013, 13:13

  • 
  • İsrail Qırmızı dənizdə ələ keçirdiyi gəmini Eylat limanına gətirib

    İsrail Qırmızı dənizdə ələ keçirdiyi gəmini Eylat ...

    9-03-2014, 13:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (278)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu