GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » İran və Ermənistan bir medalın iki üzü kimi... - NƏ ETMƏLİ?

İran və Ermənistan bir medalın iki üzü kimi... - NƏ ETMƏLİ?

Tarix: 14-10-2021, 10:42 Bölmə :Siyasət Baxış: 255


44 günlük müharibədən darmadağınla çıxan Ermənistan heç cür haqq yoluna gəlmək istəmir və hələ də odla oynayır. İrəvanda bir yandan sülhün vacibliyindən dəm vururlarsa, o biri yandan daim iki xalq arasında ədavəti, düşmənçiliyi körükləyir, Türkə nifrətin səngiməsinə imkan vermirlər. Bu da növbəti fakt.

Erməni mediasının yaydığı xəbərə görə, oktyabrın 12-də Ermənistan parlamentinin sədri Alen Simonyan Suriyanın (daha dəqiqi, Bəşər Əsəd rejiminin) İrəvandakı səfiri Məhəmməd İbrahimi qəbul edib. “Hər iki tərəf Türkiyənin bölgədəki pozucu roluna toxunub, muzdluların və terrorçuların 44 günlük müharibədə iştirakını yolverilməz və qəbuledilməz hesab ediblər”, - deyə məlumatda bildirilir.

*****

Aydındır ki, on illərdir öz xalqına qənim kəsilən, rus və fars süngüləri ucunda hakimiyyətdə qalan zalım Bəşər Əsədin İrəvandakı təmsilçisinin Türkiyə haqda hansısa xoş söz deməyəcəyini Paşinyan komandasının üzvləri də bilir. Bu həmin Əsəd rejimidir ki, iki il öncə onun qondarma parlamenti qardaş ölkənin acığına hətta saxta “erməni soyqırımı”nı Suriya dövləti adına tanımışdı - yeganə müsəlman ölkəsi olaraq. “Düşmənimin (Türkiyənin - red.) düşməni mənim dostumdur” prinsipi üzrə.

Məlumdur ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan baş nazir Nikol Pasinyanın silahdaşlarından biridir. Demək, o da öz adından danışmır. İndi bunu necə anlayaq? Rəsmi İrəvan gerçəkdənmi bölgədə sülhün bərqərar olmasında maraqlıdır, yoxsa Bakının növbəti “dəmir qapaz”ı üçün darıxıb?

Diqqət edin, neçə vaxtdır Tehran rəsmiləri də ölkəmizə, Türkiyəyə qarşı eyni böhtançı ritorikadan istifadə edirlər. Azərbaycanda “sionist” və “terrorçu” axtarırlar. Çünki İran da Ermənistan və Bəşər Əsəd rejimi kimi Türk düşmənlərinin səfində yer alır, bir bezin qırağıdır. Doğrudan da “su axıb çuxurunu tapır”.

Ancaq bunlar hamısı əbəs cəhdlər, boşuna demarşlardır. Ən birinci o səbəbə ki, nə Ermənistan və Əsəd rejimi, nə də İranın özü nə yaxşı ki, bölgəmizdə həlledici söz sahibləri deyillər. Onların cəm hərbi potensialı isə güclü ordusu olan heç bir ölkəyə təhdid yarada bilməz, o ki ola Türkiyəyə və ya Türkiyə-Azərbaycan tandeminə. Bacara bildikləri tək şey vaxtaşırı guruldamaq, havanı silkələmək, suyu bulandırmaqdır. Deməli, pislikləri də mütləq özlərinə qalacaq. Şəkk-şübhəsiz, sülhün altını qazımağın ən böyük bədəlini “əlinə bel götürənlər” ödəyəcəklər...

*****

Bu arada Paşinyan Moskvada Putinlə görüşər-görüşməz ilk kəlməsi və ya ilk şikayəti “Dağlıq Qarabağ problemi həll edilməyib” ifadəsi olub. Bu, əlbəttə ki, Azərbaycanla sülh müqaviləsini əngəlləməyə hesablanmış növbəti gedişdir. Çünki bununla o, sülh üçün bir növ şərt qoyur. Rəsmi Bakı isə dəfələrlə bəyan edib ki, nəinki bu adda problem, heç “Dağlıq Qarabağ” anlayışı mövcud deyil. Azərbaycanda indi yalnız Qarabağ adında iqtisadi zona var. Vəssalam.

Əgər Nikol İlham Əliyevlə görüşə də bu iddia ilə gəlməyi düşünürsə, o zaman özünə əziyyət verməyə bilər. Çünki Azərbaycan belə bir gündəmi yaxına buraxmayacaq. Xüsusən də cəhənnəmlik olmuş “status” məsələsini. Ümumən İrəvan özünü ağıllı aparmasa və İran timsalında havadarlarına arxayın olub böyük sülhə olan kövrək ümidləri torpedalamaqla, təxribatlarla məşğul olacaqsa, altını ən əvvəl o və dostları çəkəcək. Görünür, onlar həqiqətən də “dəmir qapaz” üçün darıxıblar.

Əfsus ki, Tehran və İrəvan Azərbaycana qarşı destruktiv siyasəti, şantaj və böhran taktikası müştərək şəkildə davam etdirir. Bakıya qarşı eyni ritorikanı bu dəfə İrəvana 3 günlük (?!) səfərə gələn İranın baş prokuroru Cəfər Müntəzir davam etdirib. Belə ki, dünən erməni həmkarı Artur Davtyanla görüşdə o, öz rəislərinin həyasız böhtanlarını təkrarlayaraq bəyan edib ki, “İran öz qonşuluğunda terrorizmə dözməyəcək”. Təbii ki, Davtyan da ona züy tutub.

Absurda bax, İran dünyada terrorçuluğun 1 nömrəli sponsoru kimi tanındığı halda, Ermənistan isə əsl terrorçu dövlət ola-ola, bunlar terrorçuları üçüncü ölkədə, qonşuluqda, uzaqlarda axtarırlar.

Azərbaycan XİN-in bu xüsusda bir neçə gün öncə rəsmi Tehranın iftiralarına cavab olaraq yaydığı bəyanatdan bir sitat yerinə düşür: “Terrorçuları axtarmaq istəyənlərə məsləhətimiz odur ki, onlar öz ətraflarına yaxşı baxsınlar. Hələ ötən ilin oktyabr ayında Azərbaycan XİN ölkənin o zaman işğal altında olan ərazilərində gedən döyüşlərdə erməni muzdlu döyüşçülərinin iştirakına dair konkret faktlara əsaslanan məlumatı ölkədəki diplomatik korpusa, o cümlədən İran İslam Respublikasının səfirliyinə təqdim edib”.

Amma nə olsun. Xarici siyasəti total yalan, böhtan üzərində qurulan və “bir medalın iki üzünü” xatırladan İranla Ermənistanın dəlil-sübut nəylərinə gərək...

*****

“Həmişə qorxan adam çox danışır. İranın da çox danışması bundandır. Onların təhdidlərinə fikir vermək lazım deyil. Azərbaycan kifayət qədər güclü dövlətdir və özünü öz imkanları ilə qoruya bilir və qoruyur. Ola bilsin ki, İran hansısa addım atsın, amma bu onu bitirəcək”.

“Yeni Müsavat”ın məlumatına görə, bu fikri politoloq Cümşüd Nuriyev Teleqarf.com-a müsahibəsində deyib.

“İran 44 günlük müharibənin gedişatında Azərbaycana xəyanət etmişdi. Azərbaycan Zəngilanı azad etmək istəyəndə İran qoşunlarımıza maneə yaratdı. Bunun nəticəsində Azərbaycan ordusu 35 kilometr dolandıqdan sonra Zəngilanı azad edə bildi. Demək, İranın orada nələrisə var imiş ki, həmin müddətdə bunları çıxarıb. Məlum olur ki, İran müharibə vaxtı orada xüsusi lokasiya sistemi yerləşdirib. Həmin sistem vasitəsilə Azərbaycan ordusunun həm mövqeləri, həm komandirlərimizin bir-birlərinin aralarındakı danışıqları, həm də digər hərbi məsələlərlə bağlı məlumatları Ermənistana ötürüb”, - deyə o xatırlatma edib.

Politoloqa görə, İran bu günədək maskalana bilmişdisə, artıq çətindir. “Azərbaycan dövləti də çalışır ki, İranın təxribatları ilə bağlı məlumatlar açıq müstəviyə çıxmasın. Amma İranın həyasızlığı, Amili və Xamneyinin feodal düşüncəli açıqlamaları Azərbaycanı məcbur etdi ki, bunları açsın. İran siyasi cəhətdən quduzlaşıb. Öz aləmlərində Azərbaycanı təhdid edirlər. Amma bir şeyi anlasınlar ki, İran atacağı hansısa addıma görə viran qalacaq, sonra da Turan olacaq. İran bunu başa düşməlidir...”

P.S. Srağagün Azərbaycan və İran XİN rəhbərləri arasında telefon danışığı da əfsus ki, rəsmi Tehranın ölkəmizə münasibətdə yanlış yolda olduğunun etirafı kimi yadda qaldı. İran tərəfi yenə dostluqdan danışsa da, əməldə əvvəlki ənənəvi qeyri-dost, təhdidçi mövqeyini saxlayır. Demək, Tehranın Azərbaycan siyasətinin yaxşıya dəyişəcəyindən danışmağa dəymir.../“Yeni Müsavat”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Əsəd erməniləri Qarabağa göndərir – Ermənistanda ŞOK anlaşma

    ​Əsəd erməniləri Qarabağa göndərir – Ermənistanda ...

    18-07-2018, 13:47

  • 
  • Əsədin planına Obama balta vurdu

    Əsədin planına Obama balta vurdu ...

    19-11-2015, 15:03

  • 
  • Bəşər Əsəd rus hərbi bazasına qaçdı

    Bəşər Əsəd rus hərbi bazasına qaçdı ...

    13-04-2018, 11:20

  • 
  • “Putinin tulası” Ərdoğana şər atdı - Gör dünyanın harasıdır ki, Bəşər Əsəd Qarabağdan danışır...

    “Putinin tulası” Ərdoğana şər atdı - Gör dünyanın ...

    6-10-2020, 14:00

  • 
  • Bəşər Əsəd: "Ərdoğan məni satdı..."

    Bəşər Əsəd: "Ərdoğan məni satdı..." ...

    10-06-2013, 23:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (287)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu