Suriya prezident Türkiyənin baş naziri ilə olan münasibətlərindən danışıb
“Ərdoğanın mənə, ailəmə və uşaqlarıma xüsusi sevgisi var idi. Amma “Müsəlman qardaşları”na olan bağlılığı bu sevgiyə qalib gəldi”. “Cihan”a istinadən xəbərə görə bunu Suriyanın dövlət başçısı Bəşər Əsəd iordaniyalı yazar Səud Əqbilatla söhbəti zamanı deyib. Əqbilat “əl-Əxbar” qəzetindəki köşəsində görüşün detalları barədə yazıb. “... Ərdoğan duyğusal bir insandır. Mənə, uşaqlarıma və ailəmə xüsusi sevgi bəsləyirdi. Amma Ərdoğan “Müsəlman qardaşları”nın tərəfini saxlayırdı. Onun üçün “İxvan”ın (müsəlman qardaşlar) mənfəətləri dostluğumuzdan daha əhəmiyyətli oldu. Ərdoğana görə “İxvan”ın mənfəətləri Türkiyə - Suriya münasibətlərindən də daha əhəmiyyətlidir...”. Bundan başqa Bəşər Əsəd Ərdoğanın xarici siyasətdə səhvlərə yol verdiyini, buna görə xarici işlər naziri Əhməd Davudoğlunun məsuliyyət daşıdığını vurğulayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?