Suriya Prezidenti Bəşər Əsəd türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Dağlıq Qarabağdakı münaqişəni alovlandırmaqda günahlandırıb.
Gundemxeber.az xəbər verir ki, Əsəd “RİA Novosti”yə müsahibə verib.
“O, (Ərdoğan nəzərdə tutulur) Liviyadakı terrorçuları dəstəkləyir, bu yaxınlarda Dağlıq Qarabağda Azərbaycan və Ermənistan arasında baş verən münaqişənin əsas təşəbbüskarı idi” deyib.
Suriya Prezidenti əlavə edib ki, Ərdoğan həqiqətən suriyalı silahlılarını hərbi münaqişədə iştirak etdikləri Dağlıq Qarabağa (Bu haqda heç bir sübut yoxdur) göndərib. O, rəsmi Dəməşqin bunu təsdiq edə biləcəyini vurğulayıb.
B.Əsəd oktyabrın 1-də Türkiyənin dəstəklədiyi suriyalı muzdluların Dağlıq Qarabağa göndərilməyə hazırlaşdıqları bildirilib. İddia edilir ki, Türkiyə tərəfdarı olan “Suriya Milli Ordusu”ndan olan könüllülər münaqişə bölgəsinə getmək üçün Türkiyə və Suriya sərhədləri yaxınlığında toplaşıblar.
Ermənistan tərəfindən işğal edilən Dağlıq Qarabağda vəziyyət sentyabrın 27-də kəskin şəkildə kəskinləşib. Erməni qüvvələri təmas xəttində Azərbaycanın mövqelərini və yaşayış məntəqələrini atəşə tutub. Azərbaycan Ordusu isə əks-hücum əməliyyatına başlayıb.
Haşiyə: Rəsmi Bakı “Putinin tulası” hesab edilən bu zatın sərsəm açıqlamasına cavab vermək zorunda deyil. Çünki şər dolu belə “nağılları” təkcə o yox, Makron və digər ermənipərəstlər də səsləndirib. Azərbaycanın isə qarşısında duran yeganə məqsəd torpaqlarını erməni faşistlərindən azad etməkdir.
Sorğu
Yeni dizaynımız necədir?