GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » PAŞİNYAN MOSKVANIN “QIRMIZI XƏTTLƏRİNİ” TAPDAYIR – Putinin “saatlarımızı birgə quraq” xəbərdarlığı nəticə verəcəkmi?

PAŞİNYAN MOSKVANIN “QIRMIZI XƏTTLƏRİNİ” TAPDAYIR – Putinin “saatlarımızı birgə quraq” xəbərdarlığı nəticə verəcəkmi?

Tarix: 15-10-2021, 11:32 Bölmə :Siyasət Baxış: 250


Ermənistanın Baş naziri Nikol Paşinyan oktyabrın 10-da Moskvaya əvvəlcədən elan olunmamış səfərə gedərək, Prezident Vladimir Putinlə görüş keçirib.

Kremlin rəsmi saytında dərc olunmuş məlumatda Putinin dəvəti qəbul edib gəldiyi üçün Paşinyana təşəkkür etdiyi yazılıb. Prezident əlavə edib ki, onlar daim telefonla əlaqə saxlasalar da, üzbəüz görüşlər daha nəticəli olur: “Ümid edirəm ki, bu dəfə də belə olacaq. Biz həm rəsmi, həm də qeyri-rəsmi formatda söhbət edəcəyik. Biz nahar edəcək, hazırkı məsələləri müzakirə edəcək və planlarımız barədə danışacağıq. Bizim tezliklə MDB sammitimiz olacaq. Mən istərdim ki, biz saatlarımızı buna, həm də əlbəttə, regionda bugün üçün və uzun perspektiv üçün tənzimləmə də daxil əsas əməkdaşlıq məqsədlərimizə uyğun quraq”.

Putinin dediklərindən məlum olur ki, o Paşinyanı Moskvaya çağırtdırıb və şübhəsiz ki, bunun çox ciddi səbəbləri var. Pandemiya şəraitinə görə rəsmi görüşlərini minimuma endirən Kreml rəhbərinin yəqin ki, Ermənistanın Baş nazirinə birbaşa demək istədiyi vacib məsələlər olub. 

Maraqlıdır, İrəvanın davranışlarında Rusiyanı narahat edən hansı məsələlər ola bilər? Putin görüşün rəsmi hissəsində N.Paşinyana xitabən "saatlarımızı birgə quraq" ifadəsi işlətməsi bəzi bəzi mətləblərə aydınlıq gətirməyə imkan verir.



Kreml rəhbərinin bu cümləsi ilk növbədə N.Paşinyanın Rusiyanın maraqlarından kənar fəaliyyətlərlə məşğul olmasına işarədir. Bura İranla Moskva ilə razılaşdırılmayan əlaqələr və Azərbaycanla gərginlik fonunda onu daha da sıxlaşdırmaq cəhdləri, İrəvanın da istədiyi kimi Minsk Qrupunun Azərbaycan-Ermənistan münaqişəsində vasitəçiliyə təkrar qayıtması, Paşinyanın Türkiyə ilə sərhədlərin açılması məsələsində Gürcüstan rəhbərliyini vasitəçi kimi prosesə qoşması, nəhayət, Azərbaycan rəhbərliyi ilə birbaşa təmaslara cəhd etməsi daxildir.

Xatırladaq ki, Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb, iki gün əvvəl Ararat Mirzoyan bəyan edib ki, bu formatda daha bir görüşün keçirilməsinə hazırlıq gedir. O, liderlərin görüşmsini də istisna etməyib. Bu təmas birbaşa Moskvanın vasitəçiliyi ilə baş tutmayıb. Sadalanan mövzuların hər biri ayrı-ayrılıqda Kremlin maraqlarına uyğun deyil.

Əvvəla, Rusiya İranı Cənubi Qafqazda oyunçulardan biri kimi görmək istəmir. Ötən həftə İranın xarici işlər naziri Abdullahianın rusiyalı həmkarı Sergey Lavrovla görüşünün nəticəsiz bitməsi bundan xəbər verir. İran Rusiyanın da maraqlı olduğu Zəngəzur dəhlizinin açılmasını qəti şəkildə istəmir. Çünki Azərbaycanı və Rusiyanı birbaşa Türkiyəyə birləşdirən bu kommunikasiya Tehranı bölgədə tamamilə oyundakənar vəziyyətə salır. Amma Ermənistan bu dəhlizin əleyhinədir və İrəvanın və Tehranın maraqları bu məsələdə üst-üstə düşür.



Xatırladaq ki, Naxçıvanla əlaqənin bərpa olunması müharibədən sonra imzalanmış Rusiya, Azərbaycan və Ermənistan liderlərinin birgə bəyanatında da əks olunub. Sənəddə qeyd olunub ki, sözügedən yol Rusiya Təhlükəsizlik Xidmətinin nəzarətində olacaq. Amma Ermənistan rəsmiləri müxtəlif bəhanələrlə bu bəndi icra etməkdən yayınır. Bugünlərdə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranın "Təsnim" agentliyinə müsahibəsində bunları deyib: "Əminliklə vurğulamaq istəyirəm ki, nə bəyanatda, nə də görüşlərdə dəhlizdən bəhs olunmur. Əksinə, Azərbaycan tərəfi dəfələrlə bu (Zəngəzur - red.) dəhlizlə bağlı məsələ qaldırıb. Vurğulamaq istərdim ki, Ermənistan dəhlizlə bağlı heç vaxt heç bir müzakirə aparmayıb, aparmır və aparmayacaq da. Marşrutların açılması məsələsi həm atəşkəslə bağlı 9 Noyabr 2020, həm də 11 yanvar 2021-ci il bəyanatlarında əks olunub. Bu iki sənədə görə, Ermənistan Mərkəzi Asiya və Rusiyaya çıxış üçün Azərbaycan ərazisindən də istifadə edə bilər, yəni biz Azərbaycanın avtomobil və dəmir yollarının imkanlarından və infrastrukturundan Orta Asiya və Rusiyaya daxil olmaq və qoşulmaq üçün istifadə edə bilərik. Azərbaycan da Naxçıvanla Ermənistan vasitəsilə əlaqə qura bilər".

Ehtimal etmək olar ki, Ermənistanın bu variasiyaları Rusiya rəhbərliyini hövsələdən çıxarıb və Putin Moskvada Paşinyana bu öhdəliyi xatırladaraq onun icrasını tələb edib.

Daha sonra İran-Ermənistan əlaqələrini təmin edən Gorus-Qafan yolunun Qubadlı rayonundan keçən 21 kilometrlik hissəsinin Azərbaycan tərəfindən nəzarətə götürülməsi Tehran və İrəvanı yeni ticarət yolu yaratmağa vadar edib. Hazırda iki ölkə rəsmiləri mütəxəssislərin iştirakı ilə Meğridən, çətin dağ reyleflərini aşmaqla yeni yolun inşasını müzakirə edirlər. İran bu marşrutla həm Ermənistana, həm də Qara dənizə maneəsiz çıxış əldə etmək istəyir. Şübhəsiz ki, İrəvanın bu "özfəaliyyəti" də Moskvanın xoşuna gəlmir, Kremlin bu barədə narazılığı Moskvada Paşinyanın nəzərinə çatdırılıb.

Rusiya Paşinyanın Türkiyə ilə sərhədlərin açılması və əlaqələrin bərpa olunması cəhdlərindən də qıcıqlanır. Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi bəyan edib ki, iki ölkənin münasibətlərinin normallaşdırılmasında vasitəçilik etməyə hazırdır. Bu bəyanatın diplomatik dildən tərcüməsi o deməkdir ki, proses ancaq Moskvanın patronajlığı altında mümkündür. Yəni, biz istəməsək, bu əlaqələr bərpa oluna bilməz.

Paşinyan isə Moskvaya yox, Tbilisiyə üz tutaraq Türkiyə rəhbərliyinə mesajlarını bu kanal vasitəsi ilə çatdırıb. Bunu Türkiyə lideri R.T.Ərdoğan ictimaiyyətə açıqlayıb. Yəqin ki, Putin Paşinyanla söhbətin qeyri-rəsmi hissəsində bu barədə mövqeyini ona açıq şəkildə ifadə edib. Nəhayət, Minsk Qrupunun vasitəçiliyi ilə Azərbaycan Ermənistan danışıqlarının start götürməsi də yeni situasiya yaradır. Məlumdur ki, müharibə bitdikdən sonra Paşinyan təkidlə vasitəçilərin prosesə qayıtmasını istəyib və bu sahədə Fransa və ABŞ-la fəal iş aparıb. Rusiya həmsədrlərdən biri olsa da indiki status-kvonun pozulmasında o qədər də maraqlı deyil. Yəni Vaşinqton və Parisin bölgəyə qayıtmasını istəmir və bu məsələdə Bakı və Moskvanın maraqları üst-üstə düşür. İrəvan isə Minsk Qrupunda daha çox Qərb tərəfdaşları ilə işləyir, Putinin təbirincə desək "saatlarını Moskva ilə birgə qurmur".

Güman etmək olar ki, Rusiya Prezidenti prosesin başlanğıcında Paşinyanı açıq şəkildə xəbərdar etməyə ehtiyac görüb ki, İrəvan heç bir halda Moskvanın cızdığı xəttdən kənara çıxmamalıdır. Yəni, vasitəçilərin təkliflərinə Kremlin razılığı olmadan "hə" demək olmaz.



Bu kontekstdə başqa bir məsələ 10 noyabr bəyanatının icra olunması ilə bağlı ola bilər. Təxminən 1 ay sonra 44 günlük müharibənin bitməsindən 1 il ötəcək və bu zaman kəsiyində atəşkəs sənədinin 3 maddəsi icra olunmur. Bu isə Azərbaycanın ciddi narazılığı ilə qarşılanır və Moskva qarşısında problem tez-tez qaldırılır. Ehtimal etmək olar ki, yaxın həftələrdə Azərbaycan, Rusiya, Ermənistan rəhbərlərinin iştirakı ilə sammit keçirilsin və yeni razılaşmalarla bağlı birgə bəyanat qəbul edilsin. Bu, Minsk Qrupunu qabaqlamaq, tərəflərə təsir imkanlarını saxlamaq üçün Moskvaya lazımdır. Rusiya rəhbəri ilə görüşdə Paşinyan bildirib ki, belə tez-tez keçirilən görüşlər münasibətlərin dinamikasına və ikitərəfli stateji, müttəfiqlik münasibətlərinin qarşılıqlı dərk olunmasına xidmət edir: “Əlbəttə, təəssüf ki, biz hələlik regionda tam stabilləşmədən danışa bilmirik. Sizin də qeyd etdiyiniz kimi, Dağlıq Qarabağ münaqişəsi problem olaraq qalır. Aydındır ki, Rusiya münaqişənin həllində və regionda ümümi təhlükəsizliyin təminatında ATƏT-in Minsk Qrupunun həmsədri kimi əsas rol oynayır. Təbii ki, bütün bu problemlərin hamısı mühümdür. Bunlar əsas məsələlərdir və mən şadam ki, bizim bütün bu gündəliyi müzakirə etmək imkanımız olacaq”.

Moskvadan qayıtdıqdan sonra isə Ermənistanın Baş naziri Putinlə görüşünü məhsuldar və səmərəli adlandırmaqla kifayətlənib. Onun Kremlin şərtlərini və tələblərini nə dərəcədə yerinə yetirəcəyini isə zaman göstərəcək.

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Planlaşdırılmamış görüş: Putin Paşinyana nə deyib? - TƏHLİL (VİDEO)

    Planlaşdırılmamış görüş: Putin Paşinyana nə ...

    14-10-2021, 11:20

  • 
  • Paşinyan Putinlə görüşmək niyyətindədir

    Paşinyan Putinlə görüşmək niyyətindədir ...

    3-09-2018, 11:44

  • 
  • ​Serj Sarkisyan Putinin görüşünə gedir

    ​Serj Sarkisyan Putinin görüşünə gedir ...

    26-12-2017, 00:31

  • 
  • Putin Paşinyana nə dedi... -Kremlin məlumatı (YENİLƏNİB)

    Putin Paşinyana nə dedi... -Kremlin məlumatı ...

    1-04-2019, 18:35

  • 
  • PUTİN "KOMPROMİS" DEDİKDƏ NƏYİ NƏZƏRDƏ TUTURDU? - "4 ildən sonra rusiyalı hərbçilər Qarabağı tərk etməlidirlər..."

    PUTİN "KOMPROMİS" DEDİKDƏ NƏYİ NƏZƏRDƏ ...

    21-07-2021, 11:19


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (294)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu