GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Azərbaycan BMT məhkəməsində Ermənistanı etnik təmizləmədə ittiham edib

Azərbaycan BMT məhkəməsində Ermənistanı etnik təmizləmədə ittiham edib

Tarix: 19-10-2021, 09:56 Bölmə :Siyasət Baxış: 255

Azərbaycanın xarici işlər nazirinin müavini Ermənistanı "etnik təmizləmə" və ötən ilin sonunda regionda altı həftəlik müharibə başa çatdıqdan sonra belə ərazilərə mina yerləşdirməkdə davam etməkdə günahlandırıb. Birləşmiş Millətlər Təşkilatının Haaqadakı məhkəməsində münaqişə ilə bağlı ikinci işə baxış oktyabrın 18-də başlayıb.

Ermənistan bu ittihamları rədd edir.

Oktyabrın 14-də məhkəmədə Ermənistanın Azərbaycana qarşı şikayəti ilə bağlı dinləmələr keçirilib. Bu məhkəmə işi də keçən il 6600-dən çox insanın ölümü ilə nəticələnən və Azərbaycanın böyük ərazilərin nəzarətini bərpa etməsi ilə başa çatan müharibə ilə əlaqədar olub.

"Etnik təmizləmə və azərbaycanlılara qarşı zorakılığa təhrik kampaniyası davam edir" - deyə, Elnur Məmmədov oktyabrın 18-də Haaqada Ədalət Məhkəməsində bildirib.

Elnur Məmmədov əlavə edib ki, iddia edilən mina yerləşdirilməsi kampaniyası "Ermənistanın onilliklərdir davam edən etnik təmizləmə əməliyyatının davamıdır və bu əraziləri azərbaycanlılardan təmizləmək cəhdidir".

Ermənistan tərəfin nümayəndəsi Yeqişe Kirakosyan Azərbaycanın iddialarını rədd edərək, bunları "qondarma və özünümüdafiə" kimi qiymətləndirib.

O, Azərbaycanın özünün 1990-cı illərin əvvəllərində münaqişə bölgəsinə yüz minlərlə mina yerləşdirdiyini deyib.

Kirakosyan Azərbaycanın iddialarını "saxta ekvivalentlik məşqi" olduğunu deyib və bunu Azərbaycan tərəfindən "əsl qurban olduğu təəssüratı yaratmaq üçün bir taktika" adlandırıb.

"Ermənistan artıq minalanmış sahələrin iki xəritəsini verib və əlimizdə olan başqa xəritələri verməyə hazırıq" - deyə, Kirakosyan məhkəmədə bildirib.

Məmmədov münaqişənin Rusiyanın vasitəçiliyi ilə imzalanan müqavilə ilə başa çatmasından sonra müharibə zamanı və ondan sonra erməni qüvvələri tərəfindən yerləşdirilən minaların 65 mülki vətəndaş da daxil olmaqla, azı 106 azərbaycanlının ölümü və ya yaralanmasına səbəb olduğunu deyib.

"Ermənistanın azərbaycanlıları bu şəkildə hədəf alması və terrorizə etməyə davam etməsi üçün etibarlı hərbi və ya başqa bir səbəbi yoxdur" - deyə, Məmmədov bildirib.

Ermənistan keçən həftə keçirilən dinləmələr zamanı Azərbaycanı ciddi insan haqları pozuntularında günahlandırıb, Azərbaycan isə Ermənistan tərəfindən iddiaları rədd edib.

Hər iki ölkə tərəfindən irqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın pozulmasına dair irəli sürülən iddiaları ilə bağlı məhkəmələrin yekunlaşması illər sürə bilər.

Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.


Gündəmxəbər.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi BMT Baş Assambleyasının komitəsinin iclasında qaldırılıb

    Ermənistanın Azərbaycana qarşı təcavüzü məsələsi ...

    2-11-2017, 12:37

  • 
  • Erməni nazir müavinindən Avropada həyasızlıq

    Erməni nazir müavinindən Avropada həyasızlıq ...

    5-10-2017, 16:41

  • 
  • Azərbaycan və Ermənistan nümayəndələri BMT Baş Assambleyasında debatlarda çıxış edib

    Azərbaycan və Ermənistan nümayəndələri BMT Baş ...

    2-10-2018, 21:41

  • 
  • Hikmət Hacıyev Ermənistanın mina siyasətinin təhlükəsini açıqladı

    Hikmət Hacıyev Ermənistanın mina siyasətinin ...

    5-04-2021, 10:21

  • 
  • Prezident: "Azərbaycanın şanlı Qələbəsi beynəlxalq hüququn, ədalətin və Qoşulmama Hərəkatı dəyərlərinin təntənəsidir"

    Prezident: "Azərbaycanın şanlı Qələbəsi ...

    13-07-2021, 16:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu