GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənistan bölgədə ayaqaltı olmaq istəmirsə... - GƏLİŞMƏ

Ermənistan bölgədə ayaqaltı olmaq istəmirsə... - GƏLİŞMƏ

Tarix: 6-11-2021, 13:42 Bölmə :Siyasət Baxış: 359



Ermənistan düşdüyü durumun ağırlığına uyğun özünü aparmır. Məğlub ölkə həm Azərbaycana və qardaş Türkiyəyə qarşı əsassız ərazi iddialarını davam etdirir, həm də blokada rejimində qala-qala dirçəlməyi, hətta darmadağın edilmiş ordusunu təzədən qurub Bakı və Ankara ilə “kəllə-kəlləyə qoymağı” xəyal edir. Yəni hərbi gücə çevrilmək planları qurur.

Halbuki 44 günlük dağıdıcı müharibə il bitən yanlış siyasət, 30 illik zaman kəsiyinin acı təcrübəsi göstərdi ki, bu yöndə İrəvanın heç bir şansı yoxdur, olmayacaq. Ona nə Rusiya yardımçı ola biləcək, nə də Qərb və ya varlı erməni lobbisi. Tək çıxış yolu əsas qonşu dövlətlər - Azərbaycan və Türkiyə ilə təcili dil tapmaqdır. Şərtlər bəlli. Təəssüf ki, Ermənistanda sərt gerçəyi anlayanlar çoxluqda deyil. Bu da erməni xalqının faciəsidir, çünki növbəti fəlakətə tuş gələ bilər, əgər rasional düşünənlər tezliklə çoxluğa çevrilməsə...

*****

“Kommunikasiyaların blokdan çıxarılması nəticəsində Ermənistan iqtisadiyyatı qısa müddətdə 30% artacaq”.

Bunu srağagün Ermənistan parlamentində 2022-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Vaan Kerobyan bildirib.

Onun sözlərinə görə, nazirlik Ermənistan Milli Elmlər Akademiyasının Elmi-Tədqiqat İqtisadiyyat İnstitutuna bu tədqiqatın yeni variantını hazırlamaq tapşırığı verib. Bildirib ki, məsələ təkcə Ermənistan üçün deyil, digər ölkələr üçün də fayda baxımından öyrəniləcək ki, bu da danışıqlar prosesinin gedişində mühüm arqument olacaq. “Ona görə də göstərmək lazımdır ki, bu, təkcə bizə deyil, Türkiyə, Azərbaycan, İran, Gürcüstan və digər ölkələrə nə verəcək. Bu da danışıqlarda öz mövqeyimizi düzgün qurmağa yardımçı olacaq”, - Kerobyan əlavə edib.

Hərçənd burada Ermənistan Milli Elmlər Akademiyasının Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun öyrənəcəyi bir şey yox. Olsaydı, ötən bir ildə öyrənib deyərdilər. Hər halda, yolların və kommunikasiyaların açılmasından hamının, öncəliklə illərdir blokadada olan Ermənistanın fayda götürəcəyini bilmək üçün iqtisadçı-alim olmağa lüzum qalmır.

Sanki 30 ildir Azərbaycan və Türkiyəni blokada rejimi tətbiq eləməkdə suçlayan Ermənistan rəsmiləri deyilmiş. İndi də tərəddüd keçirirlər ki, yolları açaq, açmayaq? Qonşularla iqtisadi-ticari əlaqələr quraq, qurmayaq? Hətta bu yaxınlarda İrəvanda blokadanın götürülməsinə qarşı etiraz aksiyası keçirilmişdi. Doğrudan da bədxislətli əcaib bir toplumdur...

*****

Söz düşmüşkən, 1992-ci ildə ABŞ Konqresi Azərbaycana qarşı “Azadlığı Müdafiə Aktı”na bədnam “907-ci düzəliş”i məhz ölkəmizin guya Ermənistanı blokadada saxladığı üçün qəbul eləmişdi. Sən demə, biz işğalçının başını tumarlamalı imişik. Amma Ermənistanın siyasəti üzündən Naxçıvanın 30 ildir blokadada qalması ABŞ Konqresinin vecinə də olmadı.

Hər şey qırağa, bəs indi nədən Vaşinqton İrəvanın bu anormal mövqeyinə etiraz eləmir? Axı Bakı bir ildir bütün yolların və sərhədlərin açılmasını təklif edir, barış əli uzadır. Eləcə də Zəngəzur dəhlizinin açılmasını gözləyir. Daha bir aktual sual: görəsən Ermənistanın blokadası götürüləndən sonra “907-ci düzəliş” ləğv olunacaqmı, yoxsa bu dəfə “artsax”a qarşı təcavüz" bəhanəsi işə düşəcək?

Bütün hallarda proseslərin gedişatı belə deməyə əsas verir ki, ABŞ kimi qlobal güclər də Azərbaycan dövlətinin regionda yaratdığı yeni reallıqla, həm də böyük inkişafa vəsilə olacaq reallıqla hesablaşmalı olacaq. İrəvan kimi Vaşinqtonun da ayrı yolu qalmayıb. Çünki Güney Qafqazda həlledici söz sahibi artıq Azərbaycandır, Azərbaycan-Türkiyə tandemidir. Və həmişə də belə olacaq. Bunu Ermənistanın siyasi və ekspert dairələri də getdikcə anlamağa başlayıblar.

*****

“Zəngəzur dəhlizi məsələsi demək olar ki, həll olunub və müzakirələr detallar üzərində gedir”.

Bu sözləri İrəvandakı Qafqaz İnstitutunun rəhbəri Aleksandr İsgəndəryan yerli mediaya müsahibəsində deyib. Onun sözlərinə görə, noyabrın 8-də, 9-da, yaxud 10-da Ermənistan baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyev arasında görüşün baş tutub-tutmayacağı mühüm deyil, mühüm olanı budur ki, belə görüş gec-tez olacaq və dəhliz məsələsi müzakirə ediləcək, hansısa müqavilə imzalanacaq.

“Bu sənəd müqavilə, yaxud başqa necəsə adlana bilər, amma heç bir şübhə yoxdur ki, proses gedir. Məsələ olduqca fəal müzakirə olunur, ümumən, kobud desək, həll olunub və aydındır ki, dəhliz açılacaq. Hansı variantda, hansı texniki şərtlərlə, necə, bütün bunlar müzakirə predmetidir”, - erməni ekspert bildirib.

İsgəndəryanın fikrincə, dəhlizin açılması məsələsi praktiki olaraq həll edilsə də Ermənistan rəhbərliyi bunu ictimaiyyətdən ört-basdır etməyə çalışır. “Bu məsələdə Ermənistana təzyiqlər çox ciddidir, konsolidə edilib və müxtəlif tərəflərdən yönəlib”, - o əlavə edib.

*****

Məsələ həm də ondadır ki, Ermənistan blokadada qalsa da, çıxsa da, Azərbaycanla ayaqlaşmaq gücündə olmayacaq. Ona görə ki, sonuncu halda məğlub ölkə böhrandan qurtulmağa başlayacaqsa, Azərbaycan ondan qat-qat sürətli inkişafa üz tutacaq - əlbəttə ki, həm də Zəngəzur dəhlizi hesabına.

Ancaq Azərbaycanın gücü bu halda qonşu ölkənin də dirçəlməsinə gətirə bilər. Gürcüstandakı kimi, böyük sərmayə yatırımları və digər maliyyə-iqtisadi dividendlər və meqa-layihələr sayəsində. Kəsəsi, xilas yollarının hamısı Bakıya aparır. Qalır bu perspektivin qonşu ölkədə hakimiyyət və cəmiyyət olaraq tam dərki. Əks halda, Ermənistan bölgədə ayaq altda qalaraq, simvolik dövlətçiliyini də itirəcək...
“Yeni Müsavat”

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya erməni ordusunu guya “gücləndirir”… - GƏLİŞMƏ

    Rusiya erməni ordusunu guya “gücləndirir”… - ...

    16-04-2021, 09:46

  • 
  • Paşinyan və Overçuk kommunikasiyaların blokdan çıxarılmasını müzakirə edib

    Paşinyan və Overçuk kommunikasiyaların blokdan ...

    2-04-2021, 10:36

  • 
  • Özünü bicliyə və gicliyə vuran Ermənistan - Bakının səbri sonsuz deyil!..

    Özünü bicliyə və gicliyə vuran Ermənistan - ...

    2-09-2021, 10:30

  • 
  • İrəvanın “dəmir” təlaşı – Bakı İranın Ermənistana yolunu bağlayır

    İrəvanın “dəmir” təlaşı – Bakı İranın Ermənistana ...

    13-02-2018, 11:00

  • 
  • [b][color=#0000FF]İşğalçı ölkənin xarici borcu ilə yanaşı, Kremldən asılılığı da sürətlə artır; düşmən ölkə Azərbaycan və Türkiyə ilə dil tapmadan süquta məhkumdur...

    [b][color=#0000FF]İşğalçı ölkənin xarici borcu ...

    11-07-2017, 10:12


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (325)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu