GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Kreml Azərbaycanın təhlükəsizlik maraqları ilə hesablaşmır

Kreml Azərbaycanın təhlükəsizlik maraqları ilə hesablaşmır

Tarix: 11-11-2021, 16:19 Bölmə :Siyasət Baxış: 271


Rusiya 10 noyabr tarixinə özünəməxsus şəkildə hazırlaşıb və bu “hazırlıqlar” Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlib.


Birincisi, Qarabağda Rusiya hərbçilərinin hərbi düşərgəsinin ərazisində “Rusiya Şöhrət Xiyabanı” açılıb. Xiyabanda Rusiyanın tarixi və mədəniyyətinin 10 tanınmış xadiminin – Aleksandr Nevski, Denis Davıdov, Mixail Lermontov, Qavril Derjavin, Aleksandr Puşkin, Nikolay Karamzin, Lev Tolstoy, Anton Çexov, Vasili Şukşin və Mixail Şoloxovun büstləri qoyulub.
İkincisi, işğal altındakı Xocalıda kilsə inşa ediblər.
Üçüncüsü, rusiyalı sülhməramlıların keçmiş komandanı Rüstəm Muradov yenə Qarabağa gələrək Moskva bəyanatının qəbul edilməsinin bir illiyi ilə bağlı medallar paylayıb.
Azərbaycanda rus ədiblərinə, Lermontovdan tutmuş Puşkinə qədər böyük hörmət var, əsərləri məktəblərdə tədris olunur. Bakının mərkəzi bağlarının birində Puşkinə heykəl də qoyulub. Ancaq Rusiya hərbçilərinə kim səlahiyyət verib ki, onlar Azərbaycanın işğal altındakı torpaqlarında büstlər qoya bilərlər? 1992-ci ildə erməni separatçılarının Rusiyanın 366-cı alayı ilə birgə Xocalıda törətdikləri soyqırım ərazisində başqa heykəl də qoyulub – Rusiyalı əsgər ona gül verən erməni qızına minnətdarlığını bildirir. Xocalıda kilsə inşa edilməlidirsə, buna da qərarı Moskvada deyil, Bakıda verməlidirlər. Rüstəm Muradova gəldikdə, bu hərbçi işğal altındakı torpaqlara səfərlərinə ara vermir. Rusiya Müdafiə Nazirliyi bu hərbçini başqa vəzifəyə təyin etməsinə baxmayaraq, onu tez-tez Qarabağa göndərir. Qarabağda Rusiya sülhməramlılarının başqa komandanı olduğu halda Rüstəm Muradovun tez-tez Qarabağa ezam olunması bir başqa müəammadır.
Qarabağda kilsənin tikintisi, abidələrin qoyulması birbaşa Moskvanın təlimatıyla həyata keçirilir. Əgər Rusiya Müdafiə Nazirliyi Qarabağdakı hərbçilərinin fəaliyyəti - inşaat çalışmaları, kilsə və abidələrin qoyulması barədə Azərbaycan Müdafiə Nazirliyini əvvəlcədən məlumatlandırmırsa demək Moskva Bakı ilə hesablaşmır.
Rusiya Müdafiə Nazirliyi Qarabağdakı silahlı insidentlər barədə də yaydığı açıqlamalarda ermənilərin “məntiqinə” əsaslanır. Şuşada 8 noyabrda Zəfər bayramının keçiriləcəyi və həmin tədbirdə dövlət başçısı İlham Əliyevin xarici qonaqlarla birgə iştirakı əvvəlcədən bəlliydi. Rusiya hərbçilərin Qarabağdakı komandanı bunu bilərkən ermənilərin Şuşa yaxınlığında “su borularının dəyişdirilməsi” adı altında şübhəli çalışmalarını əngəlləyə və ya başqa tarixdə keçirilməsini təmin edə bilməzdimi? İnsident baş verdi və Rusiya ermənilərin itki verdiyi xəbərini yayımladı.
Azərbaycan rəsmilərinin və dövlət strukturlarının açıqlamalarında doğru olaraq “müvəqqəti bölgədə yerləşdirilmiş sülhməramlı qüvvələr” ifadəsi yazılır. Ancaq bu azdır. “Müvəqqəti” dediymiz rusiyalı hərbçilər hələ 4 il bölgədə qalacaqlar və bu müddətdə gördüklərimizdən başqa əlavə təxribatların da şahidi ola bilərik. Bu mövzularda Moskva ilə müzakirələr aparmalıdır, Azərbaycan Müdafiə Nazirliyi Qarabağda rusiyalı hərbçilərin iştirakı ilə baş verən və cəmiyyətimizi narahat edən hər məsələylə bağlı Rusiya Müdafiə Nazirliyindən hesabat istəməlidir. Rusiya prezidenti Vladimir Putin bircə dəfə müdafiə naziri Sergey Şoyquya “Qarabağdakı planlarınızı və çalışmalarınızı Bakı ilə də bölüşün” desə məsələ böyük ölçüdə həll olunar. Putinin Şoyquya belə bir təlimat verməməsi Kremlin Azərbaycanın təhlükəsizlik maraqları ilə hesablaşmadığı anlamına gəlir.

“Atlas” Araşdırmalar Mərkəzi
Elxan Şahinoğlu 


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Bu il Azərbaycanda müharibə ola bilər”- Rus astroloq

    “Bu il Azərbaycanda müharibə ola bilər”- Rus ...

    9-03-2014, 13:05

  • 
  • “Rusiya bazası olmasaydı, Ermənistan mövcud olmazdı” - Aleksandr Xramçix

    “Rusiya bazası olmasaydı, Ermənistan mövcud ...

    21-12-2018, 11:47

  • 
  • Rusiya Prezidenti Leyla Əliyevaya "Puşkin" medalını təqdim edib

    Rusiya Prezidenti Leyla Əliyevaya ...

    4-11-2015, 19:33

  • 
  • Rüstəm Muradovun Qarabağda sülhməramlı missiyası bitir

    Rüstəm Muradovun Qarabağda sülhməramlı missiyası ...

    7-09-2021, 14:04

  • 
  • Mixail Zabelin YAPkursuna qarşı

    Mixail Zabelin YAPkursuna qarşı ...

    13-06-2013, 16:20


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (327)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu