Gundemxeber.az » Siyasət » Moskvada görüş əvəzinə təxribatlar başladı - NƏ BAŞ VERİR?
Əlbəttə, bu, gözlənilən idi. Çünki Ermənistan tərəfi Azərbaycanla iki vacib sahədə razılaşmalı və ya müqavilə imzalamalıdır: birinci, sərhədlərin delimitasiya və demarkasiyası, ikinci, Zəngəzur dəhlizinin açılması. Bununla da sülh müqaviləsi imzalana bilərdi. Ermənistan isə sərhəddə vəziyyəti gərginləşdirərək, sülh danışıqlarına mane olmağa çalışır.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Ermənistanın Qarabağın rus sülhməramlılarının yerləşdiyi ərazidəki qanunsuz silahlı birləşmələri və Kəlbəcər və Laçın rayonları istiqamətindəki son təxribatları haqda danışarkən deyib.
Politoloq üçtərəfli görüşlə bağlı yayılan məlumatlara diqqət çəkib:
“Rusiya mətbuatı Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü ilə bağlı məlumatlar yayırdı. Sonradan isə belə bir görüşün olmayacağı üzə çıxdı. Ən ciddi ehtimallardan biri kimi Azərbaycan tərəfinin şərtlərinin yerinə yetirilmədiyi üçün bu görüşün baş tutmadığı bildirilirdi. Bunun ardınca Şuşa yaxınlığında Azərbaycan və rus hərbçilərinin olduğu posta qumbara atılması və sərhəddə bir-birinin ardınca baş verənlər bu təxribatların sistemli və düşünülmüş olduğunu düşünməyə əsas verir. Təxribatlara Rusiya daxilindən də dəstək verildiyi ehtimalı çox yüksəkdir.
Digər tərəfdən isə Paşinyanı dəstəkləyən Qərb qüvvələri Ermənistanı cəsarətləndirərək Azərbaycana qarşı bu cür addımlar atmağa təhrik edir”.
Politoloqun sözlərinə görə, istənilən halda sərhəddəki bu gərginlik nəticəsiz ötüşməyəcək:
“Azərbaycan dövləti bunun qarşısını almaq üçün kifayət qədər resurslara malikdir və düşünürəm ki, yaxın vaxtlarda biz bunun şahidi olacağıq. Lakin dünya ictimaiyyətinə biz öz mövqeyimizi izah etməliyik. Münaqişə bitib və bütün məsələlər sülh yolu ilə həll olunmalıdır”.
GUNDEMXEBER.AZ
13-11-2021, 10:03
10-08-2014, 18:39
23-07-2021, 11:00
20-12-2017, 11:19
24-07-2021, 18:39
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?