Gundemxeber.az » Siyasət » Gözlənilən üçtərəfli görüşün fəsadları...-ŞƏRH
Həm Ermənistanda, həm Azərbaycanda, həm də Rusiya Federasiyasında Dağlıq Qarabağ istiqamətində problemlərin təhlil olunması, düyün düşmüş məsələlərin çözülməsi gözlənilir.
Gundemxeber.az bildirir ki, politoloq, Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert Rövşən Novruzoğlu ayın 26-da gözlənilən üçtərəfli görüşü yenixeber.org-a şərh edib:
Bizim araşdırmalarımızda maraqlı məqamlar var. Məqamlardan biri budur ki, Rusiya prezidenti Putin görüşdə iştirak etməyə də bilər. Belə olduqda isə görüş başa tutmayacaq. Çünki prezident Putin koronavirus epidemiyasından yenicə çıxıb və o, COVİD-19 virusunun daşıyıcısıdır. Digər tərəfdən görüşdə müzakirə ediləcək məsələlər çoxdan həll olunub. Yəni, təhlillərə görə görüşün əsasını sərhədlərimizin yenidən Rusiya Federasiyasının səhəd xidmətinin nəzarətinə verilməsi təşkil edir. Rusiya prezidenti bu məsələni artıq həll edib.
Unutmaq olmaz ki, bu görüşlərə Türkiyə, Fransa, ABŞ, İran, İsrail, Almaniya baxışları da var. Hələ də həm Azərbaycan tərəfi, həm beynəlxalq təşkilatlar, xüsusən Avropa şurası, BMT-nin İnsan Hüquqları Komissiyası Fransanın Dağlıq Qarabağda apardığı yarımçıq təhqiqatın tamamlanmasını istəyir. İşğaldan azad olunmuş regionlarda nüvə tullantılarının basdırılmasında bilavasitə iştirak edən Fransa təhlükəsizlik qüvvələrinin hesabatı tələb olunur. Və digər bir sual: Əgər görüş baş tutarsa, Paşinyan Dağlıq Qarabağ ərazisində 1992-93-cü illərdə yandırılan şəhidlərimizin qəbrinin yerini deyəcəkmi? İtkin düşənlərin müfəssəl siyahısı təhvil veriləcəkmi? Eləcə də minalanma ilə bağlı əvvəlcədən təşkil olunmuş komissiyalar haqqında (Bu komissiyaların tərkibində Minsk Qrupunun həmsədrləri də iştirak edib) məlumat verəcəkmi?
Bundan əlavə, Avropa Şurasındakı təmsilçi erməni deputatlar arxiv sənədlərindən ermənilərin işğalçılıq siyasəti apardıqlarını göstərən çıxışları, məlumatları çıxarmağa cəhd edirlər.
Mənim düşüncəmə görə Rusiya prezidenti Putinin iştirak edəcəyi (Əgər iştirak edəcəksə) görüşdə nəyinsə həll olunacağına şübhələr var. Rus sərhədçilərinə gəlincə, onlar artıq sülhməramlılar adı ilə Azərbaycandadır.
GUNDEMXEBER.AZ
30-01-2019, 11:49
10-08-2014, 18:39
27-11-2020, 16:53
17-07-2017, 10:29
3-10-2018, 09:13
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?