Gundemxeber.az » Siyasət » "Şuşa bəyannaməsi həmişə qüvvədə olacaq" -"Ərdoğanın səyi ilə bu ittifaq elə bir şəkil alıb ki..."
Türkiyədə Mərkəzi Bankın faiz endirimindən sonra lirənin sürətlə dəyərdən düşməsi, infilyasiya rəqəmlərinin yüksəlməsi müşahidə olunur. Düzdür, Türkiyə iqtisadiyyatının böyüməsi, ÜDM-in və ixracatın rekord səviyyədə artması böyük ölçüdə xaricdən qaynaqlanan “dollar probleminin” də yaxın gəlcəkdə həll olunacağını söyləməyə əsas verir.
Ancaq mövcud vəziyyətdən yararlanmağa çalışan qüvvələr, o cümlədən FETO-ya və “faiz lobbisinə” bağlı şəbəkələr fəlakət ssenariləri yayaraq, vətəndaşları qorxutmağa çalışır, Türkiyənin müxtəlif şəhərlərində spekulativ etirazlar təşkil edirlər. Bununla da hökuməti erkən seçkilər keçirməyə məcbur etməyə çalışırlar.
Politoloq Elxan Şahinoğlu xatırladır ki, Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğan qətiyyətlə erkən seçki keçirilməyəcəyini bildirib. Onun sözlərinə görə, hakim partiyanın reytinqinin azalması fonunda erkən seçki Ərdoğanın maraqlarına uyğun deyil.
"Rəcəb Təyyub Ərdoğan Cumhuriyyətin yüz illiyinə - 2023-cü ilə qədər istefa verməyəcək, o həmin tarixdə böyük meqa layihələrin işə düşməsinə şahidlik etmək istəyir",-ekspert vurğulayıb.
Bu arada, Azərbaycanda başqa bir sual aktuallaşıb: “Türkiyədə Ərdoğanın yerinə bir başqası prezident seçilərsə, bunun Türkiyə-Azərbaycan münasibətlərinə təsiri necə olacaq?”
E. Şahinoğlu bildirir ki, Ərdoğanın Türkiyə - Azərbaycan siyasi və hərbi ittifaqının güclənməsi üçün gördüyü işlər danılmazdır.
O, əlavə edir ki, Azərbaycanın ikinci Qarabağ müharibəsində qələbəsində Ərdoğanın dəstəyini inkar etmək mümkün deyil: "Misal üçün, Türkiyədə hakimiyyətdə Süleyman Dəmirəl kimi birisi olsaydı, Azərbaycan eyni dəstəyi almaya da bilərdi. Ancaq bu o demək deyil ki, Ərdoğandan sonra Türkiyə-Azərbaycan siyasi və hərbi ittifaqı zəifləyəcək. Ərdoğanın səyi ilə bu ittifaq elə bir şəkil alıb ki, onun yerinə gələn bu siyasəti davam etdirməli olacaq, “Şuşa bəyannaməsinə” uyğun siyasət yürüdəcək.
Digər tərəfdən, Türkiyə ilə Azərbaycanın hərbi və müdafiə sistemləri xeyli inteqrasiya olunub. Türkiyədə növbəti prezidenti bu amili də nəzərə almaq məcburiyyətində qalacaq. Ona görə də Ərdoğan sonrası Türkiyə-Azərbaycan münasibətlərinin gələcəyi barədə narahat olmağa dəyməz".
GUNDEMXEBER.AZ
19-04-2018, 16:27
25-06-2018, 22:34
23-04-2018, 15:55
7-07-2018, 14:40
16-07-2016, 11:24
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?