Avstriya Ərdoğanın bu ölkədə keçiriləcək seçki kampaniyasına icazə verməyəcək. Bu barədə ölkənin baş naziri Sebastyna Kurts açıqlama verib. Onun sözlərinə görə, Ərdoğan Avstriyada yaşan türkləri məcbur şəkildə öz seçki propaqandasına alət edir: “Bizim ölkədə yaşanan türklər seçki kampaniyasında iştirak etmək istəmir. Buna görə də biz Ərdoğanın seçki kampaniyası keçirməyinə icazə verməyəcəyik”.
Kurts vurğulayıb ki, Avstriyadakı siyasi partiyalarda təmsil olunan türklər də Ərdoğanın seçki kampaniyasına mane olacaq.
Məlumat üçün qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) və Milliyətçi Hərəkat Partiyasının (MHP) erkən seçkilərin 2018-ci il 24 iyuna təyin edilməsi ilə bağlı qərarı parlamentin Konstitusiya Komissiyası tərəfindən qəbul edilib. HDP-çilər iclasda protest elan etsələr də, CHP-nin də dəstəyi ilə qərar qəbul edilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?