GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Ermənistana əl verməyən KÖHNƏ NƏFƏSLİKLƏR... - Sərhədlər və dəhlizlər tezliklə açılmasa...

Ermənistana əl verməyən KÖHNƏ NƏFƏSLİKLƏR... - Sərhədlər və dəhlizlər tezliklə açılmasa...

Tarix: 2-12-2021, 10:03 Bölmə :Siyasət Baxış: 288

Kapitulyant Ermənistan üzərinə götürdüyü öhdəliklərin icrasını ləngitməklə, şübhəsiz, ən böyük zərbəni özünə vurur. Çünki bu qondarma dövlətin mövcudluğu, orada erməni adında məxluqatın varlığı böyük ölçüdə məhz həmin öhdəlikləri yerinə yetirməyə bağlıdır.


Əfsus ki, biz əksini müşahidə etməkdəyik. Məğlub ölkədən konstruktivlik adına heç bir addım gözə dəymir. Belə görünür ki, bu mazoxist toplum və onun iqtidarlı-müxalifətli xəyalpərvər elitasi hələ də özlərindən yazıq, “əzabkeş xalq” obrazı düzəltməkdə israrlıdır, nəinki gerçəklə hesablaşıb inkişaf yoluna çıxmaq. Bu yolla, yəni düşdükləri bəlalarda yalnız qonşuları ittiham eləməklə yenə də dünyanı öz mənfur niyyətlərinə inandıracaqlarını güman edirlər.

*****

Amma 44 günlük savaşdan sonrakı zaman kəsiyi göstərdi ki, dünya onların hiylə və məkrlərindən heç vaxt olmadığı qədər agahdır, üstəlik, belə naşükür, yalançı və saxtakar toplumun ah-naləsindən, şikayətlərindən təngə gəlib. Təbii ki, erməni lobbisinin təsiri altında olan, diasporun yemlədiyi bəzi çevrələr və satılmış Qərb siyasətçiləri istisna olmaqla.
Lakin “miatsum” qatarı da, ona qoşulu olan “status” və “artsax” vaqonları da artıq gedib. Soçidəki üçtərəfli görüş, ardınca İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabad sammiti, iki şəhərdə qəbul edilən yekun bəyanatlar və imzalanan ikitərəfli, üçtərəfli (Azərbaycan, Türkmənistan, İran) sənədlər, Bakının qələbə münasibətilə, öz ərazi bütövlüyünü güc yolu ilə bərpa etməsi münasibətilə təbrik edilməsi buna öz silinməz “möhürünü” basmış oldu.
O da bəlli oldu ki, hətta İrəvanın çox ümid bəslədiyi qonşu İran belə, izolyasiyadan çıxmaq istəməyən “izqoy” Ermənistanla əlaqələrdə perspektivlər görmür və Azərbaycanı seçir, durğunluğu deyil, tərəqqini və inteqrasiyanı seçir, “cəhənnəmə getməyə yoldaş axtaran” Ermənistanı yox...

*****

Son mühüm gəlişmələr, kapitulyant ölkəyə və onun sükanı arxasında duranlara çox ciddi xəbərdarlıq siqnalları olmalı idi. Olacaqmı? Söyləmək çətindir. Görünən budur ki, rəsmi İrəvan daxildəki radikal ovqatdan və revanşist müxalifətdən ehtiyat edərək, yetərincə böyük zaman kəsiyi ərzində nə 9/10 noyabr 2020-ci il, nə də 11 yanvar 2021-ci il üçtərəfli sazişlərlə götürdüyü öhdəliklərə demək olar, əməl etməyib.
Soçidə baş nazir Nikol Paşinyana bir daha həmin öhdəliklər “başa salındı”. Eyni zamanda Bakının səbrinin sonsuz olmadığını erməni tərəfi bilməlidir. Məsələn, Zəngəzur dəhlizi açılmayacaqsa, Laçın dəhlizi niyə işlək olmalıdır ki? Yaxud hələ də Qarabağda qalan qanunsuz erməni silahlı birləşmələri. İrəvanda düşünürlərsə ki, Azərbaycan onların varlığına sonsuzadək dözəcək, möhkəm yanılırlar.
Doğrudur, Rusiya da öhdəliklərin yerinə yetirilməsinə məsuliyyət daşıyır. Çünki həm ortada konkret yazılı sənəd və öhdəlik var, həm də daşdan keçən gerçək: bu da ondan ibarətdir ki, 2-ci Qarabağ savaşından sonra məğlub Ermənistan heç vaxt olmadığı qədər Rusiyadan güclü asılılığa düşüb. Moskvanın yüngülcə təzyiqi yetər ki, ermənilər və onların “qərbçi” rəhbəri Paşinyan ağıllarını başlarına yığsınlar.

*****

Təbii ki, Ermənistan özü də Rusiyadan, Azərbaycandan təzyiq gözləmədən konstruktiv mövqe tutmağın alternativinin olmadığını anlamalıdır. Əks təqdirdə, altını həmişə olduğu kimi, erməni xalqı çəkəcək. Necə ki, çəkir. Bu da isti fakt.
Erməni mediasının yazdığına görə, son 3 ayda ölkədən xaricə miqrasiya 33% artıb. Belə ki, 2021-ci ilin 8 ayı ərzində Ermənistandan hava nəqliyyatı ilə gedən vətəndaşların sayı gələnlərdən 64 078 nəfər çox olub. 9 ayda bu yolla çıxıb gedən vətəndaşların sayı gələnlərdən 74506 nəfər, 10 ayda isə gələnlərdən 84934 nəfər çoxdur. Rəqəmlərdən məlum olur ki, Ermənistandan miqrasiyanın mənfi saldosu 3 ayda az qala, 21 min nəfər, yəni 33% artıb.
Ermənistanda təbii artımın aşağı olduğu da nəzərə alınsa, bu minvalla ölkənin yaxın 1-2 ildə faktiki boşalacağını və orada əsasən yaşlı pensionerlərin qalacağını söyləmək olar. Bütün bunlar o anlama gəlir ki, məğlub ölkə tezliklə qonşularla əməkdaşlıq və inteqrasiya yolu tutmasa, onun özünəqəsdi qaçılmaz olacaq. Artıq Ermənistanın boynundakı “ilgək” sürətlə sıxılmaqdadır. Bu ilgəyi isə onun boynundan yalnız özü çıxara bilər.

*****
Ancaq görün Ermənistanda hələ də hansı “çəhrayı” arzular və xam xəyallarla yaşayırlar.
“Ermənistanın tarixi şansı var idi. Böyük işlər görülmüşdü, pullar tökülmüşdü, diasporumuzun əsas işi bundan ibarət idi - 15 dekabr Brüsseldə baş tutacaq sammitdə İlham Əliyevlə Nikol Paşinyanın görüşü və bu zaman bəzi Qərb ölkələrinin İrəvanın maraqlarını qoruması. Amma Vladimir Putin bütün planlarımızı alt-üst etdi”.
Bunu erməni siyasi şərhçi Ambarsum Kabanyan deyib (Axar.az).
Onun sözlərinə görə, bu plandan heç kəsin xəbəri yox idi, lakin məxfilik qoruna bilmədi. “Kreml hər şeyi anladı və Soçi üçtərəfli görüşünü təşkil etdi. Soçidə isə Əliyev yenidən siyasi qələbə əldə etdi. Putin elə etdi ki, Brüssel görüşü formal xarakter daşıyacaq bir protokol görüşünə çevrildi. İrəvan bundan güclü zərbə ala bilməzdi. Soçi görüşündə ictimaiəşdirilməyən bir neçə məqam da öz həllini tapıb. Sözsüz ki, Bakının lehinə”, - deyə o, dərin məyusluqla vurğulayıb.
Hələ harasıdır, Ermənistan üçün bundan da betər olacaq. “Göylərdən yerə enmək” zamanı çoxdan çatıb.../“Yeni Müsavat”/

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənilər Xankəndidə yalnız bu halda qalacaqlar - Bakının verdiyi möhlət bitir

    Ermənilər Xankəndidə yalnız bu halda qalacaqlar - ...

    3-07-2021, 16:55

  • 
  • Gecikən sülh müaviləsi İRƏVANA NƏ VERİR? - TƏHLİL

    Gecikən sülh müaviləsi İRƏVANA NƏ VERİR? - TƏHLİL ...

    30-11-2021, 10:12

  • 
  • Kremlin “danışan dil”idən Azərbaycana böyük sayğısızlıq

    Kremlin “danışan dil”idən Azərbaycana böyük ...

    16-02-2018, 11:06

  • 
  • Ermənistan saatını “Bakı vaxtı”na qurmasa, xəritədən silinəcək - kapitulyasiyanın diktəsi

    Ermənistan saatını “Bakı vaxtı”na qurmasa, ...

    7-01-2021, 10:25

  • 
  • “Gözü” NATO-da olan Ermənistanın revanş planı: - İrəvan hələ də “2 stul” siyasətinə ümidlidir

    “Gözü” NATO-da olan Ermənistanın revanş planı: - ...

    18-03-2021, 14:00


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu