Gundemxeber.az » Siyasət » Sərhədlər 1974-cü ilin xəritəsi ilə müəyyənləşəcək? – “Bizə sərf etmir, ermənilər isə…”
Ermənistanın hakim “Mülki müqavilə” partiyasından olan deputat Arman Yeqoyan dekabrın 16-da jurnalistlərə açıqlamasında Rusiya Federasiyasının Azərbaycan-Ermənistan sərhədlərini müəyyənləşdirmək üçün 1974-cü il xəritəsini təqdim etdiyini deyib.
O, Ermənistan SSR və Azərbaycan SSR tərəfindən təsdiq edilmiş 1926-cı il xəritəsinə daha çox arxalandığını deyərək, Rusiyanın 1974-cü il xəritələrinə dəyişikliklər etdiyini iddia edib.
Maraqlıdır, sərhədlərin delimitasiya və demarkasiyasının Rusiya Müdafiə Nazirliyinin Baş Qərargahı tərəfindən təsdiqlənmiş 1974-cü il xəritəsi əsasında aparılması Azərbaycana nə vəd edə bilər?
Mövzu ilə bağlı sfera.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, sərhədlərin delimitasiya və demarkasiyasının 1974-cü il xəritəsi əsasında aparılması bizə sərf etmir:
“Mən 1974-cü il xəritələrində Azərbaycandan alınıb Ermənistana verilən ərazilərin tam və qərəzsiz şəkildə göstərildiyini düşünmürəm. Məsələ ondadır ki, Qazaxdan və Qaragöldən alınaraq Ermənistana verilmiş otlaq sahələri bu xəritələrdə öz əksini tapacaq, lakin Göyçə mahalı, Dərələyəz, Zəngəzur, Qərbi Zəngəzur mahalından alınan ərazilər bu xəritələrdə öz əksini tapmayıb. Bütün hallarda sərhədlərin delimitasiya və demarkasiyası 1920-ci il xəritələri əsasında aparılmaldır. Çünki məhz 20-ci illər ərzində Azərbaycanın tarixi torpaqları Ermənistana qeyri-qanuni formada xalq referendumu olmadan verilib”.
Politoloq hesab edir ki, xəritələrlə bağlı ermənilər tərs psixologiyadan istifadə edir:
“Məsələ ondadır ki, hakim “Mülki müqavilə” partiyasından olan deputat Arman Yeqoyan jurnalistlərə açıqlama verərkən deyib ki, Ermənistan SSR və Azərbaycan SSR tərəfindən təsdiq edilmiş 1926-cı il xəritəsinə arxalanırıq. Bu çox məntiqsiz yanaşmadır. Qeyd olunan tarixi xaritələrdə bu gün Ermənistanın ərazisi olan bir çox ərazinin Azərbaycana məxsusluğu açıq qeyd olunub. Hesab edirəm ki, rəsmi İrəvan ona sərf edən xəritələri istəmədiyini göstərərək qarşı tərəfə tərs psixologiya tədbiq edir.
1974-cü il xəritəsi ermənilərə sərf edir. Söhbət bir neçə otlaq sahəsindən yox, bötöv bir tarixi vilayətin taleyindən gedir. Ermənilər nəyi niyə istədiklərini də, istəmədiklərini də yaxşı bilir. Yəni ermənilər 1974-cü il xəritələrini istəmədiklərini deyərək, əslində istədiklərini nümayiş etdirir”.
Gundemxeber.Az
9-04-2021, 12:20
5-03-2016, 20:41
10-12-2013, 13:38
7-12-2016, 00:11
28-11-2013, 12:15
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?